Gözəl İslam / Əhli-beytin fəziləti

Əhli-beytin fəziləti

Əhli-beyt, Peyğəmbər əfəndimiz Muhəmməd aleyhissəlamın bütün ailə üzvlərinə deyilir. Mübarək xanımları, qızı Həzrət-i Fatimə ilə Həzrət-i Əli və bunların övladları olan Həzrət-i Həsən və Həzrət-i Hüseyn, onların uşaqları və qiyamətə qədər gələcək nəvələrinin hamısına Əhli-beyt deyilir. Hətta Peyğəmbərimizin təmiz soyunun (nəslinin) bağlı olduğu Haşimoğullarına da Əhli-beyt deyilir. Əshab-ı kiramdan olan Səlmanı Farisi də Əhli-beytdən hesab edildi. Bununla belə, xüsusilə Əhli-beyt deyilərkən Həzrət-i Əli, Həzrət-i Fatimə və iki mübarək oğlu Həzrət-i Həsən və Həzrət-i Hüseyn başa düşülür. (radıyallahü təala anhüm)
Rəsulullah əfəndimizin soyu (nəsli), Həzrət-I Fatimədən davam etdi. Həzrəti Həsənin övladlarına və nəvələrinə Şərif, Həzrəti Hüseynin nəslinə isə Seyyid deyilir. Peyğəmbər əfəndimizin təmiz və mübarək qanını daşıyan seyidlər və şəriflər müxtəlif ölkələrdə yaşayırlar. Hər biri gözəl əxlaq nümunəsi olub, vətənimizdə də sayları kifayət qədər çoxdur.
Doğru yoldakı İslam alimləri Əhli beyt sevgisini son nəfəsdə imanla köçmək üçün şərt hesab etmişlər. Əhli Beyti sevmək hər möminə fərzdir. Onlarda Rəsulullah əfəndimizin zərrələri vardır. Onlara qiymət vermək, hörmət göstərmək hər müsəlmanın vəzifəsidir. Çünki imanın təməli və ən qüvvətli əlaməti, Allahü təalanın sevdiklərini sevmək və Allahü təalanın sevmədiklərini sevməməkdir. Hədis-i şərifdə buyuruldu ki:

“İmanın təməli və qüvvətli əlaməti, Allah dostlarını sevmək və Onun düşmənlərınə düşmənlik etməkdir.” [İ. Qazali]
Haqq təala Həzrəti İsaya da buyurdu ki:

“Yer və göydəki bütün məxluqların ibadətini etsən, dostlarımı sevmədikcə və düşmənlərimə düşmənlik etmədikcə, heç bir faydası olmaz”. [İ. Qazali]
Allahu təala, Ehl-i beytə buyurur ki:

“Allah sizlərdən ricsi [hər qüsur və kirləri] uzaqlaşdırmaq və sizi tam bir təharət ilə təmizləmək istəyir”.
Peyğəmbər əfəndimiz Həzrəti Əlini, Həzrəti Fatiməni, Həzrəti Həsən və Həzrəti Hüseyni mübarək əbaları ilə örtərək bu şəkildə dua etdi:

“Baxın mənim əhli beytim bunlardır. Ya Rəbbi, bunlardan pisliyi götür və hamısını təmiz elə!” [Məsabih]

Hər namazda Ali Muhəmməd deyə dua etdiyimiz Əhli beyt bunlardır. Allahu təalanın ən çox sevdiyi rəsulu Muhamməd aleyhissalamdır. Onun da ən çox sevdiyi Əhli beyti və Əshabıdır. Hədisi şəriflərdə buyuruldu ki:

“Bu üç hörməti gözləyənin, dini və dünyası mühafizə edilər, əks halda heç bir şeyi qorunmaz: İslama, Peyğəmbərinə və Onun nəslinə hörmət” [Tabərani]
[İslama hörmət, Dinin əmrlərinə riayət etməkdir, Peyğəmbərinə hörmət, sünnətinə tabe olmaq, nəslinə hörmət seyidlərə, şəriflərə hörmətdir]
Seyid Abdülhakim Arvasi həzrətləri, “Əhli beyt asi [günahkar] olsalar da, onları sevmək lazımdır. Onları sevmək qəlb ilə, bədən ilə və mal ilə yardım etməklə olub, bunlara riayət və hörmək etmək iman ilə ölməyə səbəb olar” buyurdu.
Hədis-i şəriflərdə də buyuruldu ki:

“Əhl-i beyti sevəni Haqq təala sevər, sevməyəni isə sevməz”. [İbni Asakir]
“İslamın əsas mənə və Əhl-i beytimə sevgidir”. [İbni Asakir]
“Hər şeyin təməli var. Müsəlmanlığın təməli əshab və əhl-i beytimi sevməkdir”. [İ. Neccar]
“Allahın kitabına və Əhli beytimə tabe olan hidayətdə olar, olmayan yolunu azar”. [İ. Hibban]
“Əhli beytim, Nuhun gəmisi kimidir. Ona tutunan qurtular, tutunmayan boğular”. [Təbərani]
“Tutunduğunuz zaman heç vaxt zəlalətə düşməyəcəyiniz iki şeyi əmanət qoydum: Allahın kitabı Quran və Əhl-i beytim”. (Hatib)
“Əhl-i beytimə qarşı çıxan, üzü üstündə Cəhənnəmə atılar”. [İ. Əhməd]

“Əhli beytimə, Cəhənnəmlik olandan başqası qarşı çıxmaz”. [İ. Əhməd]

“Fatimə Cənnət xanımlarının üstünü, Həsən və Hüseyn də Cənnət gənclərinin yüksəkləridir”. [Tirmizi]
“Ey Fatimə, Allahu təala sənin qəzəbin üçün qəzəblənər, sənin rızan üçün razı olar”. [Hakim]
“Allahu təala Fatimə və nəslinə Cəhənnəmi haram etdi”. (Hakim, Təbərani)
“Ən yaxşısınız, Əhli beytimə yaxşılıq edəndir”. (Hakim)
“Əhl-i beytimi sevməyən ixtilafa düşər və şeytana yoldaş olar”. (Hakim)
“Vallahi Əhl-i beytimi sevməyənin qəlbinə iman girməz”. (İ. Əhməd)
“Mənim soyuma (nəslimə) dil uzadaraq məni incidənlərə Allahu təala çox əzab edər”. (Deyləmi)
“Allahu təala oğlum Həsənlə iki Müsəlman ordunu barışdırar”. (Buxari)
“Ya Rəbb, Həsən ilə Hüseyni sevirəm. Sən də sev. Onları sevənləri də sev!” (Tirmizi)
“Fatimə məndən bir parçadır. Onu incidən məni incitmiş olar”. (Hakim)
“Fatiməni Əlidən daha çox sevirəm, Əli mənə Fatimədən daha çox dəyərlidir”. (Hakim)
“Qızım Fatimənin adı, “Allah onu və sevənlərini Cəhənnəmdən qoruyar” mənasındadır”.  (Deyləmi)
“Əlini ancaq mömin olan sevər və ona ancaq munafiq olan qarşı çıxar (sevməz)” (Nesai)
“Əlini sevmək atəşin odunu yandırdığı kimi Müsəlmanların günahını yox edər”. (İ. Asakir)
“Əliyə düşmən olanın düşməni Allahdır”. (Ramuz)
“Mən elmin şəhəriyəm, Əli isə qapısıdır”. (Deyləmi)
“Elm ondur, doqquzu Əlidə, biri xalqdadır. O, bu biri də onlardan yaxşı bilir”. [Ebu Nuaym]

“Əlini sevən, məni sevib. Ona düşmənlik, mənə olan düşmənlikdir. Onu incidən məni incitmişdir. Məni incidən də Allahu təalanı incitmiş sayılır”. [Tabərani]
“İmanın birinci əlaməti Əlini sevməkdir”. [M. Ç. Güzin]
“Ənsara ancaq münafik qarşı çıxar (buğz edər). Əhli beytimə, Əbu Bəkr və Ömərə qarşı çıxan da münafiqdir”. [İ.Asakir]
“Əhli beytimi və Əshabımı çox sevənin, Sirat körpüsündə ayağı sürüşməz”. [Deylemi, İ. Adiy]
“Əshabımı, xanımlarımı və Əhli beytimi sevən, Cənnətdə mənimlə bir yerdə olar”. (Ramuz)
“Allahı sevən məni sevər, məni sevən də, Əhli beytimi sevər”. (Tirmizi)
“Məndən sonra Əhli beytimlə imtahan olunacaqsınız”. (Təbərani)
“Mənə və Əhli beytimə salavat gətirilmədikcə, dua ilə Allah arasında pərdə vardır”. (Ebuşeyx)
Əshabi kiramla əlaqəli 4 ayəti-kərimənin məalı:

“Məkkənin fəthindən əvvəl Allah üçün mal verən və döyüşən əshabın dərəcəsi, fəthdən sonra verən və döyüşənlərin dərəcəsindən daha yüksəkdir. Hamısı üçün hüsnanı (Cənnəti) vəd edirəm”. (Hədid 10)
“Əshabın hamısı, kafirlərə qarşı şiddətli və bir-birilərinə qarşı mərhəmətlidir”. (Feth 29)
“Siz ən yaxşı ümmətsiniz”. (Əli İmran 110)
“Mühacir və Ənsar ilə yaxşı keçinənlərin izindən gedənlərdən Allah razıdır”. (Tövbə 100)
Demək ki, qurtulmaq üçün Əhli beytin və Əshabı kiramına yoluna tutunmaq lazımdır. Əhli beyt Əhli sünnətin göz bəbəyidir. Əhli beytin fəzilət və kəmalatı çoxdur, saymaqla bitməz. Onları izah etməyə, mədh etməyə, insanın gücü çatmaz.
İmamı Əlini çox sevmək Əhli sünnət əlamətidir. Onu sevmək üçün, bir və ya bir neçə səhabəni sevməmək, insanı doğru yoldan çıxarar.
Əhli beyti sevmək, hər mömin üçün fərzdir. Son nəfəsdə imanla getməyə səbəb olar. Ağlı az olan, doğru düşünə bilməyən bəzi insanlar burda səhv edir.  Sevmək üçün sevgilinin düşmənlərini sevməmək lazımdır deyirlər. İctihadlarının nəticəsi olaraq Həzrəti Əli ilə müharibə etmiş olan Həzrəti Aişəni, Həzrəti Müaviyəni, Həzrəti Talhanı və Həzrəti Zübeyri Əhli beytə düşmən hesab edərək bu insanlara düşmənlik edirlər. Beləcə, doğru yoldan ayrılırlar. Halbuki, ayəti-kərimələrdən və hədisi-şəriflərdən anlaşılır ki, o müharibələr dünya tamahından, vəzifə və şöhrət sevgisindən deyildi. İctihad ayrılığından idi. Müharibə etmək üçün deyil, anlaşmaq üçün qarşı-qarşıya gəlmişdilər. Abdullah bin Səbə adlı yəhudinin və dostlarının hiyləsi ilə savaşa başlamışdı. Əshabı kiramın hamısı Əhli beyti sevirdi. Buna inanmayanlar, yəni Əshabı-Kiramı Əhli Beytə düşmən zənn edən, ayəti kərimələrə və hədisi-şəriflərə inanmamış sayılır. Ayəti kərimə və hədisi şəriflər göstərir ki, Əshabı kiram, Əhli beyt sevgisini imanlarının sərmayəsi kimi qəbul etmişlər. (Əshabı Kiram kitabı)
İmam Rəbbani həzrətləri buyurdu ki:

Atam zahir və batin elmlərdə, yəni qəlb elmlərində çox alim idi. Hər zaman Əhli beyti sevməyi tövsiyə və təşviq edərdi. Bu sevgi insanın son nəfəstə imanla köçməsinə çox kömək edər, deyərdi. Vəfat anında yanında idim. Son anlarında şüuru azaldığı zaman ona bu nəsihətini xatırlatdım və o sevginin necə təsir elədiyini soruşdum. O halda ikən belə, “Əhli beytin sevgisinin dənizində üzürəm” buyurdu.
Əhli beyti sevməmək, Xəvaric olmaqdır. Əshabı kiramı sevməmək yolunu azmaqdır. Əhli beyti də, Əshabı kiramın hamısını da sevmək və hörmət etmək Əhli sünnət olmaqdır.
Əhli beytin sevgisi, Əhli sünnətin sərmayəsidir. Axirət qazançlarını hər zaman bu sərmayə gətirəcəkdir. Əhli sünnəti tanımayanlar bu böyüklərin orta, ədalətli, xalis sevgilərini bilməyərək, ifratı seçərək, sevgidə həddi aşaraq, orta və ədalətli sevgini sevməmək hesab edirlər. Əhli sünnətə xəvaric damğası vururlar. Bu yazıqlar bilmirlər ki, həddən artıq və ifrat dərəcədə sevmək ilə heç sevməmək arasında, bir də doğru, insaflı, orta dərəcəli sevgi vardır. Haqqın yeri də hər şeydə ortada, mərkəzdədir. Bu haqq və ədalət mərkəzi Əhli sünnətə nəsib olmuşdur.
Sevməyin həddən artıq və təhlükəli olması belədir ki, Həzrəti Əlini sevmək üçün, digər üç Xəlifəyə düşmən olmaq lazımdır, deyirlər. İnsaflı olun, yaxşı fikirləşin, bu necə sevgidir ki, bu sevgini əldə etmək üçün, Rəsulullahın Xəliflərinə, yəni vəkillərinə düşmənlik şərti qoyulur? Bu necə sevgidir ki, insanların ən yaxşısı, Allahın sevgilisinin, Allahın rəsulunun əshabına söyməyi, lənət etməyi tələb edir. O mübarək insanlar necə pis bilinər, necə pislənər, necə təmiz bilinməz ki, Allahu təala hamısından razı olduğunu, hamısına Cənnəti vəd etdiyini Qurani-kərimdə bildirir. Onun rəsulu Muhəmməd əleyhissalam da əshabı haqqında pis danışmağı qadağan edir. Buna baxmayaraq onlara pis, çirkli, kafir deyilə bilərmi? Bu necə imandır, necə müsəlmanlıqdır? (Əshabı Kiram kitabı)


Hamısını sevmək əhli sünnətə qismət olmuşdur.

Rəsulullah Əshabı kiramdan heç birinin sonradan kafir olmayacağını, hamısının Cənnətə gedəcəklərini xəbər verdi. Hər hansı birinə dil uzatmağımızı qadağan etdi. Allahu təala Əshabı kiramdan razı olduğunu, Onları sevdiyini bildirir. Allahu təalanın sifətləri əbədidir, sonsuzdur. Onlardan razı olması sonsuzdur. Əshabdan heç biri mürtəd, munafiq olmadı. Allahu təalanın bunlardan razı olması dəyişməzdir. Münafiqlər, Əshabdan deyildir. Münafiqlərdən bir neçəsinin imansızlıqlarını sonradan açıqlamaları, Əshabı kiramın sonradan mürtəd olması demək deyildir.
Əbdüləziz Dəhləvi həzrətləri, Töhfəyi-isna aşeriyyə kitabında deyir ki:

“Əshabı kiram arasına qarışmış münafiqlər var idi. Bunlar əvvəllər bəlli deyildi. Lakin, Peyğəmbər əfəndimizin son illərində möminlər münafiqlərdən ayrıldı. Rəsulullah vəfat etdikdən sonra bu münafiqlərdən heç biri həyatda qalmadı. Əli İmran surəsinin, “Ey münafiqlər! Allah, sizə öz halınıza buraxmaz. Xalis möminləri münafiqlərdən ayırar” məalindəki 179-cu ayəti və Buxaridəki “Mədinə şəhəri münafiqləri möminlərdən ayırır. Dəmirçi ocağı, dəmiri pasından ayırdığı kimi ayırır” məalindəki hədisi-şərif münafiqlərlə kafirlərin ayrıldığını göstərir.  
Yenə “Töhfə” kitabında deyilir ki:

“Hürufilər, Əhli sünnət Əhli beytə düşməndir, deyirlər. Bu sözlərinə hər kəsi inandırmaq üçün hüznlü hekayələr də danışırlar. Çirkin hekayələrinin hamısı yalan və iftiradır. Əhli sünnət alimləri söz birliyi ilə bildirirlər ki, Əhli beytin hamısını sevmək qadın və kişi hər müsəlmana fərz və lazımdır. Onları sevmək imanın şərtidir. Əhli sünnət alimləri Əhli beytin üstünlüklərini bildirən çoxlu kitab yazdılar. Əhli sünnətin hamısı hər namazlarında Əhli beytə xeyir-dua etmişdir və edir.
“Özümdən sonra, sizə iki rəhbər əmanət qoydum: Allahın kitabını və Əhli beytimi” hədisi şərifi göstərir ki, Qurani Kərimin bir qisminə inanıb, başqa yerlərinə inanmamak fayda vermədiyi kimi, Əhli beytin bir qisminə inanıb sevmək, digərlərinə lənət edib, pisləmək də axirətdə fayda verməz. Qurani-Kərimin hamısına iman etmək lazım olduğu kimi, Əhli beytin də hamısını sevmək lazımdır. Əhli beytin hamısını sevmək də, “Əhli sünnətdən başqa heç kimə nəsib olmamışdır. Çünki xəvaricilər Həzrəti Əliyə və Onun təmiz övladlarına düşmən olmaq rəzilliyinə düçar oldular. Səbəiyyə firqəsi müsəlmanların mübarək anaları olan Həzrəti Aişəyi Siddiqəyə və Həzrəti Hafsaya və Rəsulullahın xalasının oğlu Zübeyr ibn Avvama düşmən olmaq fəlakətinə düşdülər. Kiramiyyə firqəsi də həzrəti Həsən və həzrəti Hüseynin imamlığına, Muxtariyyə firqəsi də imam Zeynəlabidinə inanmadılar. İmamiyyə firqəsi, Zeydi-şəhidə inanmadı. İsmayılliyə firqəsi də imam Musa Kazıma inanmadı. Onlar kimi daha neçə firqələr, Əhli beyti sevməktən və yuxarıdakı hədisi şərifə riayət etməkdən məhrum qaldılar. Heç birini ayırmadan hamısını sevmək Əhli sünnətə nəsib oldu. (Haqq Sözün Vəsiqələri kitabı)
Resulullahın yakınları
Sual:
 Suriye’ye gittiğimde biri ile tanıştım. Şiadan olduğunu söyleyen ve aslında İbni Sebeci olan biri, Resulullahın hanımları olmak üzere bütün eshaba sövüyor, namaz kılmıyor. Sonra da, “Biz Şura suresinin 23. âyetine göre hareket ediyoruz. Bizim ehli beyti sevmemiz her şeye yeter” diyor. “Şia Kur’anda da geçiyor” dedi. Bu konularda bilgi verebilir misiniz?

CEVAP
Önce şia kelimesini izah edelim. Şia, fırka, kol, din, yol, fraksiyon gibi anlamlara gelir. Bugünkü tabirle taraftar demektir. Kur’an-ı kerimde iki âyette geçmektedir.
1- Min şiatihi: Onun taraftarı (Kasas 15) Buradaki O, Musa aleyhisselamdır.
2- İbrahim de, onun taraftarıdır. (Saffat 83) Yani İbrahim aleyhisselam da Nuh aleyhisselamın dininden idi demektir.

Rəsulullahın yaxınları

Sual: Suriyaya getdiyim zaman bir nəfərlə tanış oldum. Şiə olduğunu deyən amma əslində İbni Səbəçi olan bu şəxs, Rəsulullahın xanımları daxil olmaqla bütün əshabı söyür, namaz qılmırdı. Sonra da, “Biz Şura surəsinin 23-cü ayəsinə görə hərəkət edirik. Bizim əhli beytə olan sevgimiz hər şeyə bəs edər”, “Şiəlik Quranda da bildirilir” deyirdi. Bu məsələr barədə məlumat verə bilərsinizmi?

Cavab: İlk öncə şiə kəliməsini izah edək. Şiə, firqə, qol, din, yol, fraksiya kimi mənalara uyğun gəlir. Bugünkü mənası ilə tərəfdar deməkdir. Qurani Kərimdə iki ayədə qeyd edilmişdir.

Kəlimə olaraq - Nuh əleyhissəlamın şiəsi olur, İbrahim əleyhissəlamın və Musa əleyhissəlamın şiəsi olur. Çünki onlar bir din gətirmişdilər. Muhamməd əleyhissəlamın şiəsi də ola bilər. Buna alimlərimiz Əhli-sünnət deyiblər. Yəni Rəsulullahın sünnətinə riayət edənlər deməkdir. Amma Əbu Bəkrin şiəsi, Ömərin şiəsi, Əlinin şiəsi olmaz. Belə demək bölücülük sayılır. Həzrəti Əli Peyğəmbər əfəndimizindən ayrı yol tutmadı ki, onun İslamiyyətdən ayrı bir dini olsun. Müsəlman olan hər kəsin Rəsulullahın yoluna riayət etdiyini bildirməlidir. Rəsulullahın yolunda olanlara da Əhli-sünnət deyilir, Rəsulullahın sünnətinə tutunmaq deməkdir. Biri biz Ömərin şiəsiyik desə bölücülük sayılır. Əhli-sünnət səhabənin hamısını sevir. Çünki Qurani Kərimdə hamısının Cənnətlik olduğu bildirilir. (Hədid 10)
Əhli beytlə bağlı olan ayənin məalı isə belədir:

“Mən bununla (İslam dinini gətirməklə) əqrəbalıq sevgisindən başqa heç bir qarşılıq istəmirəm” (Şura 23)

Təfsir ilə məşğul olan alimlər, buradakı “Mənə yaxın olanlar” kəliməsinin fərqli şəkildə təfsir edildiyini bildirmişlər. Beydayi və Medarikdə bildirildiyinə görə, bu 3 şəkildə təfsir edilmişdir:

“De ki: Mən bu dini gətirməklə sizin yaxşı əməllərlə Allaha yaxın olmağınızdan, Onu və Rəsulunu sevməyinizdən başqa heç bir qarşılıq istəmirəm” (Beydavi, Medarik)
Əlbəttə, hər Müsəlmanın Rəsulullahı, dostlarını, xanımlarını, qaynata və kürəkənlərini sevməsi lazımdır. Bunlardan bəziləri sevilməzsə, Rəsulullahı sevmək yalan olar. Xristiyanların İsanı sevirik deyərək Rəsulullahı inkar etməkləri necə batil inanışdırsa, Həzrəti Əlini sevirik deyərək səhabəyə kin bəsləmək də batil bir yoldur. İbni Səbəçilərin Həzrəti Əlini sevirik demələri, Xristiyanların Həzrəti İsanı sevirik deməklərinə bənzəyir. İsa, ilahdır deyirlər. Halbuki, Həzrəti İsa belə sevgi istəmir. Xəvariclər Həzrəti Əliyə düşməklik etdi. Rafizilər də ona sevgidə ifrata vardılar. Həzrəti Əli bu hədisi şərifi xəbər verir:

“Ya Əli, sən İsa kimisən! Yəhudilər, Ona düşman oldu. Mübarək anasına iftira etdilər. Xristiyanlar da onu ifrat dərəcədə yüksəltdilər. Ona yaraşan dərəcədən daha yuxarı çıxardılar. Allahın oğlu dedilər” (İ. Əhməd)
Sonra, Həzrəti Əli “Mənim ucbatımdan 2 cür insanlar həlak oldu. Biri məni həddən artıq sevərək, məndə olmayan şeyləri mənə aid edərlər. Digərləri isə, mənə düşmən olub, çox iftira edərlər” buyurdu.
Bu hədisi şərif, xəvaricləri Yəhudilərə, Rafiziləri də Xristiyanlara bənzədir.

“Allahın kitabını və itrəmi əmanət qoydum”

Sual: Bir kitabda bildirilən hədisi şərifdə, “Sizə Allahu təalanın kitabını və itrəmi əmanət qoydum” deyilir. Buradakı “itrə” nə deməkdir və bununla nə başa salınmaq istənilib?
Cavab
: Bu mövzu ilə əlaqədar olaraq Menakıbı Çihar Yari Qüzin kitabında deyilir ki:

“Həzrəti Cabirdən rəvayət olunmuşdur. Rəsulullah əfəndimizi Ərəfə günü həcdə gördüm xütbə oxuyurdu və: “Ey insanlar! Sizə, onlara tutunub, zəlalətə düşməməyiniz üçün, Allahu təalanın kitabını və itrəm əhli beytimi əmanət qoydum” buyurduğunu eşitdim. Türpüşti həzrətləri: “İtrə üçün bəziləri insanın itrəsi, yaxınları deməkdir, bəziləri Rəsulullah əfəndimizin itrəsi, Abdülmuttəlib oğullarıdır, bəziləri, insanın itrəsi, əhli beytidir, yaxın olsun, uzaq olsun, ev camaatıdır dedi. Lüğət, sözlük mənasında da, insanın əhli beyti və qövmünün yaxınlarıdır. Rəsulullah əfəndimizin itrə deməkdə məqsədi, ata tərəfdən qohumları və mübarək xanımlarıdır”

Zeyd bin Ərkam həzrətləri rəvayət edir. Rəsulullah əfəndimiz buyurdu ki: “Şübhəsiz ki, mən sizə, əgər məndən sonra onlara tutunsanız 2 şey əmanət edirəm. Biri, digərinə nəzərən daha böyükdür. Bu Kitabullahdır ki, göydən yerə qədər uzanan ipdir. İkincisi, itrəm olan əhli beytimdir. Əsla bir-birilərindən ayrılmazlar, ta ki, hovuzuma çatana qədər. Siz də, o iki yola tabe olun”.

Tayyibi həzrətləri buyurdu ki: “Bir şeyə tutunmaq, ona bağlanmaq, onu qorumaqla mümkündür. Allahu təala Həcc surəsi 65-ci ayəsində məalən buyurur: “Əlbəttə Allahu təala səmanı yerə düşməməsi üçün tutar. Ancaq Qiyamət günü öz icazə ilə tutar”. Ancaq layiq olan şeyə tutunular. Tutunmaq kəliməsi keçən yerlərdə, tutunulan şey də bildirilmişdir ki, ipdir. “Kitabullah, göydən yerə qədər uzanan ipdir” sözündə, sanki insanlar təbiətlərinin, ehtiraslarının istədiyi şeylərin olduğu bir yerdə dayanmış, nəfslərinin çirkin arzularını yerinə yetirmək istəyərkən, Allahu təala lütf edib, insanların yüksəlməsini iradə edərək Qurani-kərim ipini onlara yaxınlaşdırır. O ipə tutunanlar qurtulur, orada qalanlar həlak olur. Qurani-kərimə tutunmaq, onda bildirilənlə əməl etmək, qadağan ediləndən çəkinməkdir. İtrəyə tutunmaq onlara məhəbbətdir. Yəni əhli-beyti sevmək, onların doğru yolunda, izində addımlamaqdır.

 

12-12-2022, 11:21
Geri