Gözəl İslam / Vəfatı

Vəfatı

Peyğəmbərimiz Vida Həccində Minada olduğu sırada; “Allahın köməyi və zəfər günü gəlib insanların Allahın dininə axın-axın girdiklərini görüncə, Rəbbini tərifləyərək, təsbeh et! Ondan əfv dilə. Çünki O, tövbələri daima qəbul edər.” məalındakı ən son nazil olan Nəsr surəsi endiyi zaman Peyğəmbər əfəindimiz qızı həzrəti Fatiməni çağırıb; “Mənə öz vəfatım xəbər verildi.” buyurdu. Bunun üzərinə ağlamaya başlayan Fatiməyə; “Ağlama, çünki mənim əhlimdən mənə ilk qovuşan sən olacaqsan.” buyurdu.

Cəbrayıl əleyhissəlam Peyğəmbər əfəndimizə hər il o zamana qədər nazil olan ayələri oxumaq üzrə ildə bir dəfə gələrdi. Vəfat edəcəyi il iki dəfə gəlib Qurani-kərimi iki dəfə başdan sona oxudu.

Rəsulullah sallallahu əleyhi və səlləm vəfat etməzdən bir müddət əvvəl Bəqi qəbiristanlığında və Uhudda olan Müsəlmanların qəbrini ziyarət edərək onlar üçün dua və istiğfar etdi.

Bəqi qəbiristanlığında ikən yanında olan Əbu Müveyhibə dönərək; “Ey Əbu Müveyhib! Mən dünya xəzinələrilə axirət nemətlərini seçmədə sərbəst buraxıldım. İstəsən dünyada baqi ol, sonra Cənnətə get, istəsən liqaullah (Allaha qovuşmaq) hasil olub sonra Cənnətə gir, dedilər. Mən liqaullahı və sonra Cənnəti seçdim.” buyurdu.

Sevgili Peyğəmbərimiz vəfatından əvvəl şiddətli qızdırma xəstəliyinə tutuldu. Bu xəstəlik 13 gün davam etdi. Bu müddətin son 8 gününü həzrəti Aişənin otağında keçirdi. Xəstəliyinin ilk günlərində və hərarəti düşdüyü sıralarda məscidə çıxıb Əshabına namaz qıldırırdı.

Xəstəliyinin ikinci günü həzrəti Əli və Fəzl ibn Abbas qollarına girərək məscidi təşrif etdi. Minbərə oturub həmd və sənadan sonra; “Ey Əshabım bilmiş olun ki, aranızdan ayrılmağım yaxınlaşdı. Kimin məndə haqqı varsa məndən istəsin. Mənim yanımda sevgili olan məndən haqqını istəsin və ya halal etsin ki, Rəbbimə və rəhmətinə bunları ödəmiş olaraq qovuşum.” buyurdu. Sonra minbərdən enib zöhr namazını qıldırdı. Namazdan sonra təkrar minbərə çıxıb namazdan əvvəl buyurduğunu təkrar etdi. Bunun üzərinə Əshabdan biri qalxıb üç dirhəm alacağı olduğunu söyləyincə dərhal ödədi.

Peyğəmbər əfəndimizin xəstəliyinin artdığı günlərdə Əshabı-kirama etdiyi vəsiyyətlərdən biri də belədir: “Müşrikləri Ərəbistandan çıxarın. Sizə gələn elçilərə mənim etdiyim kimi ikram və ehsan edin.”

Vəfatından beş gün əvvəl xəstəliyi bir az yüngülləşdi və məscidi təşrif edib, minbərə çıxaraq Əshabı-kirama; “Ey Əshabım, heç bir peyğəmbər ümməti arasında əbədi olaraq yaşamadı. Bilin ki, mən də Rəbbimə qovuşacağam. Şübhəsiz ki, siz də Rəbbinizə qovuşacaqsınız. Dünyada heç kimsə qalmaz. Hər şey Allahın iradəsinə bağlıdır. Allahın təqdir buyurduğu zaman nə önə çəkilər, nə də o zamandan qaçılar. Sizinlə görüşəcəyimiz yer Kövsər Hovuzunun başıdır. Hər kim mənimlə Kövsər Hovuzunun kənarında görüşmək istəsə əlini və dilini qorusun, günahlardan çəkinsin. Ey Əshabım! Allah qullarından birini dünya həyatıyla axirət həyatını seçməkdə sərbəst buraxdı. Fəqət bu qul axirət həyatını seçdi.” buyurdu. Həzrəti Əbu Bəkr Rəsulullah əfəndimizin bu sözlərilə vəfatına işarə buyurduğunu anlayaraq ağlamağa başladı. Peyğəmbər əfəndimiz; “Ağlama ya Əba Bəkr!” buyuraraq ona təsəlli verdi və “Mənə hər baxımdan ən faydalı olanınız Əbu Bəkrdir.”“Məscidə açılan qapılardan Əbu Bəkrinki xaric hamısını bağlayın.” buyurdu. Sonra minbərdən enərək həzrəti Aişənin otağına qayıtdı. Biraz sonra Əshabı-kiramın çox kədərlənməsi və əndişələri üzərinə həzrəti Əli və Fəzl ibn Abbasın qollarına girdiyi halda təkrar məscidə gəldi. Minbərin alt pilləsinə dayanıb Əshabı-kirama son xütbəsini oxudu və vəsiyyətini edərək belə buyurdu: “Ey Mühacirlər, sizə Ənsar haqqında xeyirli olmanızı vəsiyyət edərəm. Onlar mənim xas camaatımdır. Onlar sizi evlərində qonaq edib, hər barədə sizi nəfslərinə tərcih etdilər. Əshabım! İlk Mühacirlərə də hörmət etmənizi vəsiyyət edərəm. Bütün Mühacirlər bir-birlərinə xeyirli olsun. Hər iş Allahu təalanın icazəsiylə olar. Allahu təalanın iradəsinə qarşı çıxanlar sonunda məğlub olarlar. Allahu təalanın əmrinə tabe olmaq istəməyənlər, şübhəsiz aldanarlar.” Daha əvvəl həzrəti Əbu Bəkrdən məmnuniyyətini ifadə etdiyi kimi bu xütbədə də həzrəti Ömərdən məmnuniyyətini ifadə etdi və; “Ömər mənimlədir, mən də onunlayam. Məndən sonra haqq Ömərlə bərabərdir.” buyurdu. Rəsulullah əfəndimiz bu xütbədən sonra minbərdən endi və Əshabdan ayrılıb otağına çəkildi. Vəfatına üç gün qalmış bir işa vaxtında namaz üçün azan oxunmuşdu. Peyğəmbər əfəndimiz namazın qılınıb-qılınmadığını soruşduqda; “Camaat sizi gözləyir ya Rəsulallah!” deyildi. Rəsulullah camaata getmək istədi. Camaata getməyə taqət tapa bilməyincə; “Əbu Bəkrə söyləyin namazı qıldırsın.” buyurdu. Rəsulullah əfəndimiz bu əmrini üç dəfə təkrarladı. Həzrəti Əbu Bəkr üç gün camaata namaz qıldırdı.

Sevgili Peyğəmbərimiz vəfat etdiyi günün sübh namazı vaxtında məscidə açılan otağın qapısındakı pərdəni qaldırdı. Həzrəti Əbu Bəkr camaata namaz qıldırırdı. Əshabına baxıb onların namazda səf bağlayıb durduqlarını görüncə sevinərək təbəssüm etdi. Sonra da məscidə girdi. Rəsulullahın təşrifini fərq edən həzrəti Əbu Bəkr mihrabdan çəkilmək üzrə ikən Rəsulullah əliylə yerində dayanması üçün işarə edib, oturduğu yerdə Əbu Bəkrə radıyallahu anh uyaraq sübh namazını qıldı. O gün xəstəliyi yüngülləşmişdi. Namazdan sonra Əshabı-kirama dönüb; “Ey insanlar! Siz Allahu təalanın hifzindəsiniz və sizi Allahu təalaya əmanət etdim. Təqva üzrə olun. Allahu təaladan qorxun. Allahu təalanın əmrinə tabe olun və itaət edin. Mən bu dari-dünyadan ayrılaram.” buyurdu. Sonra məsciddən otağına keçdi. Bu Əshabı-kiramın Rəsulullah əfəndimizi son görüşü oldu.

Rəsuli-əkrəm əfəndimiz həzrəti Aişənin hücrəsinə girib yatdığı sırada, Üsamə ibn Zeyd hüzuruna gəldi. Rəsulullah əfəndimiz 23 illik peyğəmbərlik müddətində son olaraq Suriyə tərəfində Bizans üzərinə gedəcək bir ordu hazırlamışdı. Bu orduya komandir təyin etdiyi Üsamə ibn Zeydə hərəkət etməsini buyurdu. Bu sırada xəstəliyi şiddətlənən Peyğəmbər əfəndimiz qızı həzrəti Fatiməni çağırıb qulağına bir şeylər söylədi. Həzrəti Fatimə ağlamağa başladı. Sonra bir şeylər daha söyləyincə həzrəti Fatimə güldü. Rəsulullah əfəndimiz həzrəti Fatiməyə vəfat edəcəyini söyləyincə həzrəti Fatimə ağladı. Sonra da; “Sənə müjdə olsun ki, bütün əhlimdəm əvvəl sən mənə qovuşarsan.” buyurdu. Bunun üzərinə həzrəti Fatimə sevinib güldü.

Rəsuli-əkrəm əfəndimiz vəfat edəcəyi sırada həzrəti Əliyə, həzrəti Aişəyə vəsiyyət və nəsihət etdi. Bu sırada ağlayıb göz yaşı tökən həzrəti Fatiməyə; “Qızım bir miqdar səbir et, ağlama. Çünki Həməleyi-Ərş (mələklər) sənin ağlamağın səbəbi ilə ağlaşarlar.” buyurdu. Hazrəti Fatimənin göz yaşını sildi. Təsəlli verib Allahu təaladan səbir verməsini dilədi və; “Ey qızım mənim ruhum alınacaq. (İnnə lilləhi və innə ileyhi raciun) söyləyəsən. Ey Fatimə, gələn hər müsibətə bir qarşılıq verilər.” buyurdu. Bir müddət mübarək gözlərini bağlayıb sonra; “Bundan sonra atana üzüntü və qüssə (kədər, tasa) olmaz. Çünki fani aləmdən və möhnət yerindən qurtulur.” buyurdu. Sonra xanımlarına nəsihət buyurdu. Nəvələri həzrəti Həsən və həzrəti Hüseyni yanına alıb, onlara şəfqətlə baxaraq alınlarından öpdü.  Sonra da həzrəti Əlini yanına çağırıb mübarək başını onun qoluna söykəyərək; “Ya Əli, zimmətimdə (öhdəmdə) filan Yəhudinin bu qədər malı vardır. Əsgər hazırlamaq üçün almışdım. Saqın onu ödəməyi unutma. Əlbəttə zimmətimi qurtararsan və Kövsər Hovuzunun başında mənimlə görüşəcəklərin birincisi sənsən. Məndən sonra sənə çox zərər gələr, səbir edəsən. İnsanlar dünyanı istədikləri vaxt sən axirəti seçəsən.” buyurdu. Rəsulullah əfəndimiz vəsiyyətini tamamladıqdan sonra halı dəyişdi, yatağına yatırdılar.

Rəbiüləvvəl ayının on ikisində Bazar ertəsi günü günortadan əvvəl Cəbrayıl əleyhissəlam gəlib; “Ya Rəsulallah! Cənnətləri bəzədilər, Huri və Rizvan hazırlandı. Allahu təala sənə heç kimsəyə verilməyən çox şeylər lütf etdi. Kövsər Hovuzu, Məqamı-Mahmud və Şəfaəti-ümmət verdi. Qiyamət günü sən razı olana qədər ümmətini bağışlayar. Ya Rəsulallah, Mələkül-Məvt qapıda gözləməkdədir. İçəri girməyə icazə istəyir. İndiyə qədər kimsədən icazə istəməmişdir. Bundan sonra da istəməz.” dedi.

Sevgili Peyğəmbərimizin icazəsi üzərinə Əzrail əleyhissəlam içəri girib salam verdi və sonra; “Ya Rəsulallah! Allahu təala məni sənin hüzuruna göndərdi. Sənin əmrindən kənara çıxmamağımı buyurdu. Diləsən şərəfli ruhunu alıb ülvi aləmə yüksəldim, yoxsa dönüb gedim.” dedi. Cəbrayıl əleyhissəlam; “Ey Həbibullah! Allahu təala sənə müştaqdır (aşiqdir)” dedi. Sonra salam verib vida edərkən; “Ey Muhamməd; Ey Əhməd! Bundan sonra vəhy üçün bir daha gəlmərəm və Haqq təalanın xəbərini yer üzünə gətirmərəm. Mənim məqsudum və mətlubum sən idin ya Rəsulallah.” dedi. Bundan sonra Peyğəmbər əfəndimizin; “Ey Əzrail vəzifəni yerinə yetir.” buyurması üzərinə, mübarək ruhunu aldı. Beləcə Rəsuli-əkrəm əfəndimiz Hicrətin on birinci ilində (Miladi 632) Rəbiüləvvəl ayının 12-sində Bazar ertəsi günü günortadan əvvəl vəfat etdi. Vəfat etdiyi zaman Qəməri ilə görə 63, şəmsi ilə görə 61 yaşında idi.

Əshabı-kiram, Rəsulullah əfəndimizin vəfatı üzərinə xeyli çox kədərlənib göz yaşı tökdülər. Çoxunun dili tutulub danışa bilməz oldu. Əbu Bəkr radıyallahu anh Rəsulullahın yanına girib mübarək üzündən örtünü qaldıraraq mübarək alnından öpdü. Sonra başını qaldırıb, mübarək alnından təkrar öpüb; “Ah Safi” dedi. Bir daha öpüb; “Ah dost” dedi. Sonra mübarək bazusunu öpüb ağladı. “Anam atam sənə fəda olsun! Dirin və ölün teyyib, təmiz və nə gözəldir!” dedi. Və; “Əgər ixtiyarımız əlimizdə olsaydı canlarımızı yoluna fəda edərdik. Əgər sən bizə qadağan etməsəydin, gözlərimizdən çeşmələri axıdardıq.” Sonra səlatu-salam oxuyub; “Ya Rəsulallah, bizi Rəbbinin qatında xatırla.” dedi. Sonra çölə çıxdı. Məsciddə minbərə çıxaraq Əshabı-kirama bir xütbə oxudu. Allahu təalaya həmd və səna etdi. Rəsuli-əkrəm əfəndimizə sallallahu əleyhi və səlləm səlat oxudu. Sonra belə dedi: “Hər kim Muhammədə iman etmişsə bilsin ki, Muhamməd əleyhissəlam vəfat etdi. Hər kim Allahu təalaya tapınırsa O, Hayy, diri və Baqidir, ölməz, əbədidir.” buyurdu və sonra; “Muhamməd də özündən əvvəl keçən Rəsullar kimi Rəsuldur. Əgər O vəfat edər, yaxud öldürülərsə, siz dininizdən, yaxud cihaddan, əvvəlki halınıza qayıdacaksınızmı? Belə dəyişən, Allahu təalaya zərər verməz, özünə zərər edər. İslam və səbatda şükür edənlərə şübhəsiz mükafat verəcəkdir.” (Ali-İmran surəsi: 144) məalındəkı ayəti-kəriməni oxudu.

Həzrəti Əbu Bəkr Əshabı-kirama və Əhli beytə təsəlli verdi. İlk anda acı xəbər üzərinə çox çaşan Ömər radıyallahu anh, Əbu Bəkri radiyallahu anh dinləyincə özünə gəldi. Peyğəmbərimizin vəfat etdiyi gün Əshabı-kiram edilən ümumi bir beyətlə həzrəti Əbu Bəkri xəlifə seçdilər.

Rəsulullah əfəndimizin cənazəsi vəfat etdiyi gündən sonra, çərşənbə axşamı günü yuyuldu və kəfənləndi. Qəsl (yuma) işinə şəxsən həzrəti Əli, həzrəti Abbas və həzrəti Abbasın oğulları Fəzl və Qusəm də kömək etdilər. Üsamə ilə Şuqran Salih radiyallahu anhumə də su tökdülər.

Peyğəmbər əfəndimiz köynəyi üzərində olduğu halda üç dəfə yuyulub üç qat yeni ağ kəfənə sarıldı. Bundan sonra mübarək cəsədi çarpayı üstünə qoyulub otağının qapısı Əshabı-kirama açıldı. Əshabı-kiram qruplar halında otağa girib cənazə namazı qıldılar. Çərşənbə gecəsi yarısı mübarək ruhu alındığı yerdə dəfn olundu. Mübarək cəsədini qəbrə Əli, Fadl, Üsamə və Əbdurrahman ibn Əvf radıyallahu anhum endirdi. Qiyamət günü qəbirdən ən əvvəl O qalxacaqdır. Ən əvvəl O şəfaət edəcəkdir. Ən əvvəl Onun şəfaəti qəbul olunacaqdır. Cənnət qapısını əvvəl O açacaqdır.

Rəsuli-əkrəm əfəndimizin vəfatı üzərinə bütün Müsəlmanların qəlbləri yandı, çox kədərləndilər. Peyğəmbər əfəndimiz bizim bilmədiyimiz bir həyat ilə, indi qəbrində həyatdadır. Cəsədi-şərifi əsla çürüməz. Qəbrində bir mələk dayanıb, ümmətinin söylədikləri salavatı Ona xəbər verər. Minbəri ilə qəbri-şərifi arası Cənnət bağçası kimi qiymətlidir.

Qəbri-şərifini ziyarət etmək, taətlərin böyüyü və ibadətlərin ən qiymətlisidir: “Məni ziyarət edənə şəfaətim vacib olar.” buyurmuşdur.

Həzrəti Fatimə, atasının vəfatından hiss etdiyi kədəri bu mərsiyə ilə dilə gətirdi: “Mənim üzərimə elə müsibətlər töküldü ki, əgər onlar gündüzlərin üzərinə tökülsəydi gecə olardı.”

Peyğəmbər əfəndimizin görünüşünün anladılmasına İslam tərminologiyasında “Hilyəyi-Səadət” deyilmişdir. Peyğəmbərimizin mübarək bədəninin xarici görünüşü bütün incəliklərilə bu Hilyəyi-Səadət yazılarında bildirilmişdir. Bunları oxuyanlar, Peyğəmbər əfəndimizin ruhən olduğu kimi bədənən də heç əskiksiz və qüsursuz, insanların ən gözəli və hər baxımdan ən üstünü olduğunu anlayarlar. İslam dünyasında bu mövzuda xeyli çox əsər yazılmışdır.

Peyğəmbər əfəndimizi mədh edən on minlərlə kitab, qəsidə və digər əsərlər yazılmışdır. Bunları yazanlar içində şöhrətləri və sənətləri bütün dünyanı və əsrləri bürümüş olanları belə, Onu mədh etməkdən aciz olduqlarını bəyan etmişlərdir.

Ərəb, Fars və Türk ədəbiyyatında görülən Nətlər daim Onun üçün yazılmışdır.

Rəsulullah əfəndimiz günümüzdə də bütün dünya millətlərinin, elm adamlarının, dövlət, siyasət və fikir adamlarının, ədiblərin, tarixçi və əsgəri şəxsiyyətlərin diqqətini cəlb etməkdə, bunların hər biri Onu biraz araşdırdıqdan sonra heyranlıq və çaşqınlıqlarını, dilə gətirməkdədirlər. Müsəlman olmayanlar, Həbibi-əkrəm əfəndimizin yalnız idarəçiliyi, dühası, hərbi, ictimai və digər tərəflərini görməkdə, yalnız bunlara baxaraq Onu tanımağa çalışmaqdadırlar. Gördükləri fövqəladə və heç bir insanda görülməmiş üstünlüklər qarşısında acizliyə düşməklə birlikdə, Ona peyğəmbər gözüylə baxmadıqları üçün, Onu tanımaqdan və anlamaqdan çox uzaq qalmaqdadırlar. Müsəlmanlar da Peyğəmbər əfəndimizin gözəllik və üstünlüklərini elmləri, ixlasları və Ona olan məhəbbətləri qədər dərəcə-dərəcə görməkdə və anlaya bilməkdədirlər. Bunlardan zahir alimləri Onun zahiri xüsusiyyətlərini, batin alimləri də batini gözəlliklərini görə bildikləri qədər dilə gətirmişlərdir. Üləmai-rasihin deyilən həm zahir və həm də batin biliklərində ustad və Peyğəmbər əfəndimizə varis olan yüksək İslam alimləri isə Onu bütün gözəlliklərilə görmüş və aşiq olmuşlardır. Bunların ən başında Əbu Bəkri Sıddıq radıyallahu anh gəlməkdədir. O, Rəsulullah əfəndimizdəki nübüvvət nurunu görməkdə, Onun üstünlük, gözəllik və yüksəkliklərini dərk edərək, Ona aşiq olmaqda elə irəli getmişdir ki, başqa heç bir kimsə Əbu Bəkri Sıddıq radıyallahu anh kimi ola bilməmişdir.  Əbu Bəkri Sıddıq radıyallahu anh hər an, hər baxdığı yerdə Rəsulullahı görərdi. Bir dəfə halını; “Ya Rəsulallah! Hara baxsam sizi görürəm. Ayaq yolunda belə, qarşımdasınız, utanıram.” deyə ərz etmişdi. Bir dəfə də: “Bütün yaxşılıqlarımı, sizin bir səhvhizə (yanılmanıza) dəyişərəm.” demişdi. Rəsulullah əfəndimizin gözəlliyini ən yaxşı görüb anlayan və anladanlardan biri də zəvəcati-mütəhhərədən, möminlərin anası həzrəti Aişə idi. Aişə radıyallahu anhə alimə, müctəhidə, ağıllı, zəki və ədibə idi. Çox bəliğ və fəsih danışardı. Qurani-kərimin mənalarını, halal və haramları, Ərəb şeirlərini və hesab elmini çox yaxşı bilərdi. Rəsulullahı mədh edən bu iki beyti Aişə radıyallahu anhə söyləmişdir:

Və ləv səmia əhlü Mısra əvsafə xaddihi.

Ləma bəzəlu fi sevmi Yusufə min naqdin.

Ləvima Zəlixa ləv reeynə cebinəhu.

Lə asərnə bilqatil qulubi aləl eydi.

“Əgər Misirdəkilər, Peyğəmbər əfəndimizin yanaqlarının gözəlliyini eşitmiş olsaydılar. Gözəlliyi dillərə dastan olan Yusif əleyhissəlamın alğı-satqısında heç pul verməzdilər. Bütün mallarını, onun yanaqlarını görə bilmək üçün saxlayardılar. Züleyxanı Yusif əleyhissəlama aşiq oldu deyərək pisləyən qadınlar Rəsulullahın parlaq alnını görsəydilər əllərinin yerinə qəlblərini kəsərdilər də ağrısını hiss etməzdilər.”

Yenə həzrəti Aişə buyurur ki: “Bir gün Rəsulullah mübarək başmaqlarının qayışlarını çaxırdı. Mən də ip əyirirdim. Mübarək üzünə baxdım. Parlaq alnından tər damlayırdı. Tər damcısı hər tərəfə nur saçırdı. Gözlərimi qamaşdırırdı. Çaşıb-qaldım. Mənə doğru baxıb; “Sənə nə oldu ki, belə dalğın durursan?” buyurdu. “Ya Rəsulallah! Mübarək üzündəki nurların parlaqlığına və mübarək alnındakı tər dənələrinin saçdıqları işıqlara baxaraq valeh oldum.” dedim. Rəsulullah qalxıb yanıma gəldi. Gözlərimin arasını (alnımı) öpdü və; “Ya Aişə! Allahu təala sənə yaxşılıqlar versin!ni sevindirdiyin kimi səni sevindirə bilmədim.” buyurdu. Yəni, sənin məni sevindirmən, mənim səni sevindirməmdən çoxdur, dedi.” Həzrəti Aişənin mübarək gözlərinin arasını öpməsi, Rəsulullah əfəndimizi sevərək, Onun camalını anlayaraq gördüyü üçün afərin və təqdir olmaqdadır.

Rəsulullah əfəndimizin Qurani-Kərimdə keçən adlarından biri də Qurani-Kərimin qəlbi olan Yasin surəsindəki “Yasin” kəlməsidir. Üləmai-rasihinin böyüklərindən olan Seyid Əbdülhakimi Ərvasi həzrətləri; “Yasin, ey mənim məhəbbət dəryamın dalğıcı olan Həbibim, deməkdir.” buyurmuşdur. Bu dəryanın adını eşidənlər, uzaqdan görənlər, yaxınına gələnlər, içinə girib nəsibi qədər dərinə enənlərin hamısı, ömürlərinin hər mərhələsində Rəsulullah əfəndimizin eşqi ilə yanıb-tutuşmuşlar, yanıq fəryadlar, həzin gözyaşları və yandırıcı misralarla bu eşqlərini dilə gətirmişlərdir. Bunların içində ən böyük və ən məşhurlarından olan və məhəbbət dəryasından böyük pay sahibi olan Mövlana Xalidi Bağdadi həzrətləri də Sevgili Peyğəmbərimizə olan məhəbbət və eşqini dilə gətirdiyi qəsidələrdindən birində belə deməkdədir:

Sərvəri-aləm, sənə aşiq olub da, yanaram!

Hər harada olsam, o gözəl camalın axtararam.

Qabü qövseyn taxtının sultanı sən, mən heçəm.

Qonağınam desəm hörmətsizlik sayaram.

Hər şey cahanda sənin şərəfinə bilirəm.

Rəhmətin yağsa mənə hər gün olar baharım

Hər kəs Kəbəni təvaf üçün gəlir Hicaza,

Sənə qovuşmaq üçün mən dağları aşaram.

Səadət tacına qovuşdum mən yuxuda.

Ayağın torpağı səpildi üzümə sanaram.

Dostunu mədh edən aşiqlərin bülbülü, ey Cami!

Divanında bu yazılar, olur, tərcümanım.

Dili sallanmış, susuz qalmış, qotur bir köpək kimi,

Sənin ehsan dənizindən bir damcı arzularam.

Rəsulullahı sevmək, bütün Müsəlmanlara fərzi-ayndır. Onun sevgisi bir könülə yerləşərsə, İslamiyyəti yaşama, imanın və islamın dadına doyulmaz zövqünə çatmaq nə qədər asan olar. Bu sevgi, iki cahanın əfəndisinə tam tabe olmağa səbəbdir. Bu sevgilə Allahu təalanın Həbibinə ehsan etdiyi sonsuz və tərifə sığmaz nemətlərə və bərəkətlərə qovuşmaqla şərəflənilər. Kiçik, böyük hər Müsəlmanı doğrudan-doğruya Rəsulullahın sevgisinə aparan Əhli-sünnət alimləri və kitabları bu bərəkətlərin sənədləridir.

22-02-2022, 15:49
Geri