Gözəl İslam / Həzrəti Əli İbn Əbu Talib (radıyallahu anh) (Aliyyül Mürtəza)

Həzrəti Əli İbn Əbu Talib (radıyallahu anh) (Aliyyül Mürtəza)

    Həzrəti Əli (radıyallahü təala anh) Rəsulullahın kürəkəni, həzrəti Ömərin (radıyallahü anh)  qayınatasıdır. Rəsulullahın əmisi Əbu Talibin oğludur. İslam xəlifələrinin və Cənnətlə müjdələnən on adamın dördüncüsüdür. Əhli beytin birincisidir. Allahü təalanın aslanı idi. Müxtəlif hədisi-şəriflərdə mədh edildi.

    Buğda bənizli, uzun boylu, gülər üzlü, iri və qara gözlü, geniş sinəli, iri bədənli idi. Allah qorxusundan davamlı ağlayardı. Namaza durduqda, aləm alt-üst olsaydı xəbəri olmazdı. Saqqalı sıx olub döyüşdə uzadırdı və çiyinlərinə qədər yayılırdı.  Son zamanlarda saçı və saqqalı pambıq kimi ağ olmuşdu. Övliyanın böyüyü, vilayət (övliyalıq) yolunun rəisidir. Hər təriqətdə hər kəsə övliyalığın feyzləri və bacarıqları Həzrəti Əlidən gəlməkdədir.

    Hicrətdən iyirmi üç il əvvəl Məkkədə doğuldu. On yaşında ikən iman etdi. Bütün qəzalarda (savaşlarda) qəhrəmanlıqlar göstərdi. Yalnız Uhud döyüşündə on alt yerindən yaralanmışdı.  Təbuk qəzasında,  Mədinədə gözətçi olaraq buraxılmışdı. Hicri otuz beş ilində xəlifə oldu.

    Xəlifəliyi dövründə zühur edən fitnəçilərlə mübarizə etdiyindən, sakitlik və dinclik tapa bilməmişdir. Dövlət idarəsində Həzrəti Ömərin yolunu tutmuşdur. Hər işin əmniyyət və istiqamət dairəsində edilməsinə çalışır, xalqa şəfqət göstərərdi. Hər tərəfdə hərbi mərkəz meydana gətirmişdi.

    Xəlifəliyindən beş il sonra Ramazanı-şərif ayının 17-ci Cümə günü sübh namazına gedərkən İbni Mülcəm adında bir xarici tərəfindən qılıncla alnına vurularaq şəhid edildi. Kufədə, yəni Nəcəf deyilən yerdə dəfn edilmişdir.

    Rəsulullah Əfəndimiz Həzrəti Əlinin İbni Mülcəmin qılıncı ilə şəhid olacağını bildirmişdi. Həzrəti Əli İbni Mülcəmi gördükcə mübarək başını göstərib “Bunu nə vaxt qana bulayacaqsan” buyurardu.  İbni Mülcəm də “Ya Əli, bu pis işi Peyğəmbərimiz bildirmişdir. Sən məni öldür, qiyamətə qədər lənətə məruz qalmayım” deyərdi. Həzrəti Əli də  “Öldürmədən əvvəl cəza ola bilməz” buyurardı.

    Həzrəti Əli (radıyallahu anh) şəhid ediləcəyi gün sübh namazına gedərkən yolda bu beyti oxuyurdu:

Ölümə hazır ol ki, ölüm əlbət gecikməz.

Ölüm gəlincə artıq fəryad fayda verməz.

    Həzrəti Əlinin qızı və eyni zamanda Həzrəti Ömərin xanımı olan Ümmi Gülsüm hadisəni eşidincə “Atam da ərim Ömər kimi  sübh namazında sui-qəsdə uğradı” dedi.

    Həzrəti Əli ölmək üzrə ikən “and içərək deyirəm ki, umduğuma qovuşdum” buyurdu. Kəlmeyi-şəhadət  gətirərək vəfat etdi. Vəfatına yaxın da belə buyurmuşdu:

    “Tabutumu Arnəynə aparın, orada işıq saçan bir qaya vardır. Məni oraya dəfn edin”.

    Elə də etdilər və buyurduğu kimi gördülər. (Şəvahid)

    Haqqında bir neçə ayə nazil olub bir çox hədisi-şəriflə mədh edildi. Əhli-sünnənin göz bəbəyi, övliyanın rəisi,  kəramətlər xəzinəsidir. Ədalət, elm, comərdlik, mərhəmət və digər yüksək fəzilətləri özündə cəmləmişdir. Peyğəmbər Əfəndimiz Həzrəti Əliyə comərdlərin  sultanı mənasına gələn “Sultan-ül-əshiya” buyurmuşlardır.

    Həzrəti Əlinin Həzrəti Fatimədən olan Həsən, Hüseyn və Muhsin adında üç oğlu, Zeynəb və Ümmi Gülsüm adında iki qızı olmuşdur. Həzrəti Fatimədən sonra evləndiyi xanımlarından  on beş oğlan,  on altı qız uşağı olmuşdur.

    Həzrəti Əli fövqəladə bəliğ və fəsih danışırdı. Peyğəmbər Əfəndimizdən sonra onun dərəcəsində bəliğ xütbə oxuyan bir başqası yox idi. Ərəb dilinin ilk qaydalarını qoyan odur. Bu səbəblə Qurani-Kərimin dilinə hər kəsdən çox aşına idi. Davamlı Peyğəmbər Əfəndimizin yanında olması və onun feyzli nurlarına ilk qovuşanlardan olması səbəbiylə Quranın hökmlərini ən yaxşı bilən o idi. Təfsirə dair bir çox rəvayətlər bildirmişdi. Xüsusilə  ayələrin eniş səbəbləri mövzusunda bir çox rəvayətləri vardır. Bu mövzuda buyurur ki:

“Soruşun, mənə nə soruşarsanız, sizə cavabını verərəm. Allahın kitabını mənə soruşun. Vallah bir ayə yoxdur ki, mən onu gecədəmi, gündüzdəmi, çöldəmi, dağdamı nazil olduğunu bilməyəm”.

    Bu səbəblərdən dolayı haqqında bir çox rəvayət olub başa düşməsi güc məsələlərdə onun rəvayəti seçilmişdir. Həccı-Əkbərin qurban bayramı olduğuna dair olan rəvayəti kimi.

    Həzrəti Əli Əhli-beytdən olması səbəbiylə Peyğəmbər Əfəndimizin sünnəsinə hər kəsdən daha çox vaqif idi. Bu barədə hər kəsin müraciət qapısı idi. Şəxsən Rəsulullah Əfəndimizdən eşidərək yazdığı bir hədis səhifəsi vardı. Bu səhifə  Sahifətü Əli bin Əbi Talib adıyla 1986-ci ildə nəşr olunmuşdur. Özündən 586 hədisi-şərif  bildirilmişdir. Bunlardan 20-si həm  Buxaridə, həm də Müslimdə vardır. Bundan başqa 9 hədisi-şərif Buxaridə, 15 hədis Müslimdə, hamısı da Əhməd ibn Hənbəlin Müsnəd  adlı kitabında vardır.

Həzrəti Əli, Əshabi-kiramın ən böyük fiqh alimlərindəndir. Hal edilə bilməyən mövzular ona həvalə edilərdi. Hətta Həzrəti Ömər buyurar ki:

“Əgər Həzrəti Əli olmasaydı, Ömər həlak olardı”.

Həzrəti Əli, Mədinəyə hicrətlə şərəflənən, Allahü təalanın təriflədiyi mühacirlərdən və ilk iman edənlərdəndir. Qurani-Kərimdə məalən  buyuruldu ki:

“Mühacirlərin və Ənsarın əvvəl imana gələnlərindən və Onların yolunda gedənlərdən Allah razıdır. Onlarda Allahdan razıdır. Allah onlar üçün Cənnətlər hazırladı.” (Tövbə 100)

Həzrəti Əli Peyğəmbər Əfəndimizə kürəkən olmaqla şərəfləndi. Rəsulullah ilə qohum olmak şərəfi çox böyükdür. İmanlı olan hər qohumu şübhəsiz Cənnətlikdir. Çünki hədisi şərifdə buyuruldu ki:

"Allahu təala mənə söz verdi ki, qızlarını aldığım və qızlarımı verdiyim ailələr, Cənnətdə mənimlə  birlikdə olacaqdır." (Deyləmi)

Ağac altında beyət (söz verənlərdən) edənlərdən idi. Allahü təala ağac altında sözləşmə edilən Əshabdan da razı olduğunu bildirmişdir. Ayəti- kərimədə məalən buyuruldu ki:

“Ağaç altında, sənə söz verən möminlərdən, Allah razıdır.” (Fəth 18)

Bədir savaşına qatılanlardandır. Bədir əhlinin şanı üçün hədisi-şərifdə buyuruldu ki:

“Bədir savaşına qatılan Müsəlmanlar Cənnətlikdir.” (Darə Qutni)

Həzrəti Əli və Həzrəti Fatimə və uşaqlarının hər kəs üzərində haqları vardır. İnsanların ən şərəfliləri onlardır. Onlara təzim, hörmət dinimizin əmridir. Hədisi-şəriflərdə buyuruldu ki:

“Əli Cənnətdədir.” ( Tirmiz,İbni Macə, Təbərani, İbni Asakir, Beyhəki, Dara Kutni, Hakim, Əbu Nuaym, İbni Sad)

“Əlini ancaq mömin olan sevər və ona ancaq münafiq olan düşmənlik edər.” (Nəsai)

“Əlini sevmək,  atəşin odunu yandırdığı kimi, müsəlmanların günahını yox edər.” (İ. Asakir)

“Əliyə düşmən olanın düşməni Allahdır.”  (Ramız)

“Elm on qisimdir. Doqquzu Əlidə, biri digər xalqdadır. O, bu biri də onlardan yaxşı bilər.”(Ə. Nuaym)

“Əlinin üzünə baxmaq ibadətdir.”  (Hakim)

“Əlini sevən məni sevmişdir. Ona düşmənlik mənə düşmənlikdir. Onu incidən məni incitmişdir. Məni  incidən əlbəttə Allahü təalanı incitmiş olar.” (Tarəbani)

“Mən kimin mövlasıyamsa (əfəndisi), Əlidə onun mövlasıdır!” (Nəsai)

“Ya Əli, sənin sevdiyini sevər, sənin nifrət etdiyindən nifrət edərəm.” (Tabərani)

“İmanın əlamətləri vardır. Birinci əlaməti  Əlini sevməkdir.” (M. Ç. Payızın)

“Mən elmin şəhəriyəm, Əli isə qapısıdır.”(Deyləmi)

“Əlini sevmək iman, ona düşmənlik nifaq əlamətidir.” (Kurrət-ül-Aynəyn)

“Ya Əli, mənə Harunun Musaya yaxınlığı kimisən. Yalnız məndən sonra Peyğəmbərlik yoxdur.” (Buxari)

“Ya Əli, Fatimə mənə səndən daha sevimlidir. Sən mənə ondan daha qiymətlisin.”(Ə.Kiram)

Həzrəti Əlinin Mənkibələri (rəvayətləri)

Həzrəti Əlinin mənkibələri çoxdur. Bir neçəsi aşağıdakılardır:

Sevimli Peyğəmbərimiz Allahü təalanın əmri ilə Məkkədən Mədinəyə hicrət  edərkən Həzrəti Əliyə öz yatağında yatmasını, buraxdığı əmanətləri sahiblərinə verməsini söyləyərək buyurdu ki:

“Bu gecə yatağımda yat! Bu əbanı də da üstünə ört! Qorxma, sənə heç bir zərər gəlməz!”

Həzrəti Əli Peyğəmbər Əfəndimizin əmr etdiyi şəkildə yatdı. Rəsulullahın yerinə heç qorxmadan öz nəfsini fəda etməyə hazır idi.

Hicrət gecəsi müşriklər Rəsulullahın evinin ətrafına yığışmışdılar. Peyğəmbər Əfəndimiz evdən çıxdı. Yasini-şərif surəsinin başından on ayəti-kəriməni oxudu və bir ovuc torpaq alıb kafirlərin başına səpdi. Sağ və salamatlıqla aralarında keçib həzrəti Əbu Bəkrin evinə çatdı. Müşriklərdən heç biri onu görə bilməmişdi.

Bir müddət sonra müşriklərin yanına biri gəlib soruşdu:

-Burada nə gözləyirsiniz?

-Evdən çıxmasını gözləyirik.

-And içirəm ki, Muhamməd aranızdan keçib getdi, başınıza da torpaq səpdi.

Müşriklər əllərini başlarına  apardılar. Həqiqətən başlarında torpaq var idi. Dərhal  qapıya hücum edib içəri girdilər. Həzrəti Əlini Rəsul əleyhissəlamın yatağında görüncə,  Rəsuli Əkrəmin harada olduğunu soruşdular. Həzrəti Əli cavab verdi:

-Bilmirəm! Məni Onun mühafizəsinə məmur etdiniz ki?

Bunun üzərinə Həzrəti Əlini yüngül döydülər. Kəbənin yanında bir müddət həbs etdikdən sonra buraxdılar. Həzrəti Əli Rəsulullahın Kəbəi-şərifdə davamlı olduqları mövqeyə oturdu. Rəsuli-əkrəm də kimin nəyi varsa, gəlsin alsın deyə səs etdirdi. Hər kəs gəlib nişanını söyləyərək əmanətini aldı.

Allahın aslanı Həzrəti Əli Qureyş kafirlərinin topladıqları yerə gedərək dedi ki:

-İnşallah sabah Mədinəyə gedirəm. Bir deyəcəyiniz varmı? Mən burada ikən söyləyin!

Hamısı başlarını əyib, heç bir şey demədilər. Səhər olunca Həzrəti Əli Rəsuli-əkrəm Əfəndimizin əşyalarını yığıb yola düşdü. Rəsulullaha, şişmiş olan ayaqlarından qanlar axar vəziyyətdə Kubada çatdı.

    Bu səfərin sonunda Peyğəmbər Əfəndimizin  hüzuruna gedə bilməyəcək bir vəziyyətə gəldi. Rəsuli-əkrəm əfəndimiz bunu xəbər alınca şəxsən özü təşrif etdi. Həzrəti Əlini görüncə halına kədərləndi, onu  qucaqladı, mübarək əlləriylə narın, nazik ayaqlarını oxşadı, onun üçün dua etdi. Bunun üzərinə Bəqərə surəsinin “İnsanlardan eləsi vardır ki, Allah rizası üçün nəfsini fəda edər” məalindəki 207-ci ayəti-kəriməsi nazil oldu.

***

    Həzrəti Əli Xəndək döyüşündə müşriklərin ən azğınları ilə döyüşdü. Döyüşün lap şiddətləndiyi 22-ci günü Amr bin Abdud adlı müşriklərindən ən azğınlarından biri Xəndək kənarlarına gəlib meydana ər istədi.

Amr çox qüvvətli olub ömründə heç bir döyüşdən məğlub dönməmişdi. Yalnız Bədir  döyüşündə yaralanıb düşmüşdü. Yarası yaxşı olmuş, təkrar döyüşə gəlməsiylə müşriklər qüvvət  tapmışdı.

Müsəlmanlardan heç kim Amrın dəvətinə cavab vermədi. Çünki Rəsulullahdan əmr gözləyirdilər. Amrın meydan oxuması yeddi dəfə davam etdi. Yeddincidə Rəsulullah Əfəndimiz Həzrəti Əlini çağırıb hüzurunda oturtdu və “Ya Əli, mənim atıma min, qılıncımı al, Amr bin Abdudun önünə igidcə, cəsarətlə çıx! Onun heybətindən, uzun boyundan narahat olma! Mən, Haqq təaladan sənə kömək etməsi üçün sənin əlinlə Müsəlmanların, bunun şərindən xilas olmaları üçün dua edərəm” buyurdu.

Həzrəti Əli qılıncını alıb atına mindi. Ovunu müşahidə edən bir aslan kimi Amrın önünə çıxıb dedi ki:

-Ya Amr! Eşitdim ki, sən Kəbənin qarşısında əhd etmisən ki, Qureyşdən biri kişi səndən iki şey istəsə, birini edərmişsən.

-Bəli, elə söz verdim.

-Bilirsən ki, mən Qureyşdənəm. Səndən iki şey istəyəcəyəm. Heç olmazsa birini qəbul et!  Birinci istəyim, Allahın birliyini və Muhamməh əleyhissəlamın Onun  Rəsulu olduğunu qəbul və təsdiq etməyindir.

-Bunu qəbul etmirəm, başqa nə istəyirsən?

-İkinci istəyim, bu iki qüvvəti hallarına buraxıb, Məkkəi mükərrəməyə getməyindir.

-Bunu  qəbul etdim, yalnız Əbu Bəkir, Ömər və Osmanın başlarını kəsəcəm.

-Ey axmaq, mənim başımı kəsmədən onların başını necə kəsə bilərsən?

-Ya Əli, sən hələ gəncsən, dünyanın dadını almamısan, mən sənin başını kəsmək istəmirəm.

-Mən Allahü təalanın köməyi və Rəsulunun duası ilə sənin başını kəsmək istəyirəm.

    Həzrəti Əlinin bu sözü üzərinə Amr atından enib Həzrəti Əliyə doğru getdi. Həzrəti Əli də atından endi.  Bir-birlərinə hücum etdilər. Həzrəti Əli bir fürsət tapıb Amrın qıçını bir qılınc zərbəsiylə qopartdı. Artıq iş bitdi, deyib qayıdarkən, Amr öz qopmuş qıçını Həzrəti Əliyə elə bir atdı ki, əgər dəysəydi o nəhəngin ayaq parçası ilə məhv ola bilərdi. Həzrəti Əli də dərhal qayıdıb Amrı öldürdü.

Rəsulullah təkbir gətirib buyurdu ki:

Əlinin Amr bin Abdud ilə bir dəfə qarşılaşması, ümmətimin qiyamətə qədər olan ibadətindən xeyirlidir.”  (M. Ç. Güzin)

***

Peyğəmbər Əfəndimiz Mühacirlərlə Ənsarı bir-birləriylə qardaş etmişdi. Həzrəti Əli gözləri yaşlı, “Ey Rəsulallah, Əshabi-kiramı bir-birləriylə qardaş etdin. Məni kimsəylə qardaş etmədin”dedi. Rəsulullah Əfəndimiz buyurdu ki:

“Ya Əli, sən mənim dünya və axirətdə qardaşımsan.” (Tirmizi)

***

    Peyğəmbər Əfəndimiz Həzrəti Əlini ailə-əfradına vəkil buraxaraq Təbuk səfərinə çıxdı. Münafiqlər “Rəsulullah Əlidən xoşlanmadığı üçün səfərə aparmadı” dedilər. Həzrəti Əli dərhal silahlanıb yola çıxdı. Rəsulullaha gedib olub deyilənləri anlatdı. Peyğəmbər Əfəndimiz onların yalan danışdıqlarını,  onu Mədinədə buraxdıqlarına xəlifə etdiyini bildirib buyurdu ki: “Ya Əli, sən mənə, Harunun Musaya yaxınlığı kimisən. Ancaq məndən sonra peyğəmbərlik yoxdur.” (Buhari)

***

    Həzrəti Əli, Xeybər qalasının fəthində, qalanın qapısını qoparıb qalxan olaraq istifadə etmişdir. Bu döyüşdə Həzrəti Əlinin gözləri ağrıyırdı. Rəsulullah Əfəndimiz onu çağıraraq gözlərinə  üfürdü və şəfa tapması üçün Allahü təalaya dua etdi. Həzrəti Əlinin gözlərində bir ağrı qalmadı.

    Bu döyüşdə yəhudilərin məşhur pəhləvanı Mərhab, “Xeybər xalqı yaxşı bilir ki, mən gəlib çatan hərblərin alovlandığı, qızışdığı zamanlarda təpədən dırnağa qədər silahlanmış, cəsarət və qəhrəmanlığı sınanmış Mərhabam. Mən nərə çəkib gəldikləri zaman aslanları belə, gah mizraqla gah qılıncla  vurub yerə sərmişəm” deyərək Müsəlmanlardan ər istədi.

Bunun üzərinə Həzrəti Əli, “Mən ki, anam mənə Heydər (Aslan) adını vermişdir! Mən meşələrin heybətli görünüşlü aslanı kimiyəm. Sizi böyük ölçüdə və tez öldürən bir ər kişiyəm” deyə şer söyləyərək Mərhabın qarşısına dayandı.

Bu şer Mərhaba o gecə gördüyü yuxunu xatırlatdı. Yuxusunda onu bir aslanın parçaladığını görmüşdü. Həzrəti Əli Mərhabla qarşı-qarşıya gəldiyi zaman Mərhabın təpəsinə elə bir qılınc endirdi ki, qılınc Mərhabın sipərləndiyi qalxanını və dəmirdən dəbilqəsini kəsdi. Başını ikiyə ayırdı. Mərhabın başına enən qılıncın çıxardığı səs o qədər güclü idi ki, Xeybər qərargahında olan Ümmi Sələmə “Mərhabın dişlərinə qədər enən qılıncın səsini mən də eşitdim” dedi.

Həzrəti Əli o gün yəhudilərin ən adlı-sanlı adamlarından səkkizini öldürmüşdü.

Xeybər savaşından qayıdan Həzrəti Əliyə Peyğəmbər Əfəndimiz: “Ya Əli, əgər xalq İsaya söylədiklərini söyləməsələr idi, sənin haqqında çox sözlər deyərdim. O zaman hər kəs, bərəkətlənmək üçün ayağının tozunu alar, dəstəmaz suyunu şəfa üçün xəstələrinə verərlərdi. Səni şəhid edərlər. Axirətdə hovuzumun üzərində xəlifəmsən. Cənnətə ən əvvəl sən girərsən. Səni sevənlər nurdan minbərlər üzərində olarlar” buyurunca, Həzrəti Əli şükür səcdəsi etdi.

***

    Peyğəmbər  Əfəndimiz, “Yoxsulluqla öyünürəm” buyurunca, Həzrəti Əli, dünya malına heç qiymət vermədi. Əlinə min qızıl keçsə, ertəsi günə saxlamazdı. Hamısını kasıblara paylayardı. Rəsuli Əkrəm bu səbəblə Həzrəti Əliyə “Sultan-ül-Əshiya”, yəni  comərdlər sultanı buyururdu. Həzrəti Əli,Heydər (aslan), Kərrar (düşmənə dəfələrcə hücum edən),  Əbüttürab (torpağın atası),Əsədullah (Allahın aslanı) kimi müxtəlif adlarla çağırmışdı.

    Həzrəti Əli yanına oturan kasıb bədəviyə, “Bir istəyin varmı?” buyurdu. Bədəvi utandığından  diliylə bir şey söyləməyib işarə ilə bildirdi.  Həzrəti Əli, yanında olan iki geyiminin ikisini də bədəviyə verdi. Bədəvi sevinərək gözəl bir beyt oxudu. Beyt Həzrəti Əlinin çox xoşuna gəldi. Uşaqları üçün ayırdığı üç qızılın hamısını bədəviyə verdi. Bədəvi,  “Ey möminlərin əmiri, məni öz ailəmin ən böyük zəngini etdin” dedi. Həzrəti Əli də bu hədisi-şərifi nəql etdi:

“Hər kəsin  dəyəri, söylədiyi gözəl sözlərə,  etdiyi yaxşı işlərə görə ölçülür.”  (M. Cami)

***

    Həzrəti Əli bir bədəvi ilə aralarındakı razılaşmaya görə onun heyvanları üçün quyudan su çıxartmalı idi. Quyudan çəkəcəyi hər vedrə su üçün bədəvidən bir ovuc xurma alacaqdı. Həzrəti Əli su çəkməyə başladı. Son vedrəni çəkərkən, vedrənin ipi qırıldı və vedrə dərin quyunun içinə düşdü. Bədəvi, qəzəblə Həzrəti Əlinin mübarək üzünə bir yumruq vurub ödənişi olan xurmanı da verdi. Həzrəti Əli mübarək əlini uzadıb vedrəni quyudan çıxartdı. Bədəviyə verib oradan uzaqlaşdı.  Bədəvi Həzrəti Əlinin dərin quyudan vedrəni çıxartmasına heyrət edib öz-özünə, əgər onun dini haqq olmasaydı, bu dərin quyudan vedrəni çıxara bilməzdi. Ədəbsizlik edən əl mənə lazım deyil, deyərək əlini kəsib Həzrəti Əlinin evinə getdi.

    Həzrəti Əli qapını açıb digər əlində kəsik əlini tutan bədəvini görüncə, içəridə olan Rəsulullaha xəbər verdi. Peyğəmbər Əfəndimiz bədəviyə, nə üçün belə səhv etdiyini soruşdu. Bədəvi ağlayaraq etdiyi ədəbsizlikdən üzr istəyib imana gəldi. Rəsulullah kəsik əli yerinə qoyub dua buyurdu. Haqq təalanın izni ilə əli yerində oldu.

***

    Bir gün Həzrəti Əli Həzrəti Fatiməyə, “Ya Fatimə, yeməyə bir şey varmı, çox acmışam”, dedi. Həzrəti Fatimə, “indi bir şey yoxdur. Lakin dəsmala bükülü altı axça var. Onları götür, bazardan bir şeylər al. Həm Həsən və Hüseyn də meyvə istəmişdilər, onlar üçün də bir miqdar meyvə alarsan”, dedi.

    Həzrəti Əli,  o altı axçanı götürüb bazara getdi. Yolda gedərkən bir Müsəlmanın ətəyindən tutan birini gördü, “artıq səni buraxmaram, ya haqqımı ver, ya da gəl məhkəməyə gedək” deyirdi. O dərdli adam isə “bir neçə gün daha mənə möhlət ver”, deyə yalvarırdı. O da, “xeyir, mənim də sıxıntım var” deyirdi.

    Həzrəti Əli bunların mübahisələri görüncə, yanlarına çatıb, “davanız neçə axçadır”, dedi. “Altı axçadır” dedilər.

    Həzrəti Əli, bu müsəlmanı sıxıntıdan qurtarım, Fatiməyə də bir yol ilə cavab verərəm deyə düşündü və altı axçanı borc verənə verib o müsəlmanı iztirabdan xilas etdi.

    Həzrəti Əli bir müddət Fatiməyə nə cavab verəcəyəm deyə fikir etdi. Bir müddət kədərləndi. Sonra, Fatimə Rəsulullahın qızıdır, buna bir şey deməz, o da məmnun olar, dedi. Əliboş evə gəlib qapını döydü. Həsən və Hüseyn atalarının meyvə gətirdiyini zənn edib qaçaraq gəldilər. Bir şey gətirmədiyini görüncə ağlamağa başladılar. Həzrəti Əli Həzrəti Fatiməyə o altı axça ilə bir müsəlmanı həbsdən qurtarmasını anlatdı. Həzrəti Fatimə, nə yaxşı etmisən ya Əli, əlhamdulillah bir müsəlmanı sıxıntıdan qurtarmısan, Allahü təala bizə kafidir, dedi.

    Həzrəti Əli, iki şahzadələrin ağladıqlarını görüncə, mübarək könüllərinə kədər gəlib, bu əzab ilə çölə çıxdı. Rəsulullahın hüzuruna gedib camalı-şərifini müşahidə edərək, bu kədərdən xilas olmaq niyyəti ilə getdi. Çünki bir kimsənin yüz min qəmi olsa Rəsulullahın mübarək camalına nəzər eyləsə, bütün qəmi və qüssəsi getdikdən başqa, qəlbinə bir çox sürurlar və səfalar hasil olardı.

    Bir az getdikdən sonra, yolda əlində bir kök dəvə tutmuş bir adama rast gəldi. Həzrəti Əliyə dedi ki, ey igid, bu  dəvəni satıram, alarsanmı? Həzrəti Əli, nağd axçam yoxdur, dedi. O şəxs, sənə borca verərəm, dedi. Həzrəti Əli, nə qədərə verərsən deyə soruşdu. Yüz axçaya verərəm, dedi. Həzrəti Əli, qəbul, alıram deyincə o şəxs də razı olub, elə olsun dedi. Dəvəni Həzrəti Əliyə təslim etdi.

    Həzrəti Əli, dəvənin ipindən tutub, bir az getdikdən sonra bir başqa şəxsə daha rast gəldi.  O şəxs, Ya Əli nə gözəl dəvədir, bunu mənə satarsanmı, dedi. Həzrəti Əli, bəli sataram, dedi. O şəxs, daha çox edər amma üç yüz axçaya mənə verərsənmi, deyə soruşdu. Verərəm dedi. O şəxs çıxardıb üç yüz axçanı verdi. Həzrəti Əli də dəvəni təslim etdi.

    Həzrəti Əli doğru bazara getdi. Yeməklər və meyvələr alıb evə gəldi. Qapını açıb içəri girdiyində şahzadələr sevinib meyvələri alıb yeməyə başladılar. Həzrəti Fatimə, ya Əli bu axçanı  haradan aldın, deyə soruşdu. Həzrəti Əli başına gələn hadisəni anlatdı. Ondan sonra yeməyi yeyib Allahü təalaya həmd etdilər. Həzrəti Əli, indi mən Rəsulullahın məclisinə gedim dedi və qalxıb çölə çıxdı. Az getmişdi ki, qarşıdan Rəsulullah Əfəndimiz göründü. Həzrəti Əliyə təbəssüm edərək buyurdu ki: “Ya Əli, dəvəni kimdən aldın, kimə satdın bilərsənmi?) Həzrəti Əli, Allah və Rəsulu bilər dedi. Rəsulullah, “Ya Əli, sənə dəvəni satan  Cəbrayıl əleyhissəlam, satın alanda İsrafil əleyhissəlam idi. O dəvə Cənnət dəvələrindən idi. Ya Əli, sən o müsəlmanın çətinliyini aradan qaldırdığın üçün, Allahü təala razı oldu və sənin çətinliyini aradan qaldırmaq üçün  bunu lütf etdi. Axirətdə verəcəyinin, ehsan edəcəyinin hesabını isə Ondan qeyri kimsə bilməz” buyurdu.

***

    Ammar bin Yasir həzrətləri dedi ki, Rəsulullah buyurdu ki:

Ya Əli, Allahü təala səni bir zinət ilə zinətlədi. Dünyanı tərk etmək olan və özünə sevimli olan zühd ilə zinətlədi. Elə təqdir et ki, dünyadan bir şeyə nail olmayasan!)

***

    Həzrəti Əli namaza duranda dünya dağılsa xəbəri olmazdı. Bir hərbdə Həzrəti Əlinin mübarək ayağına bir ox batmışdı. Oxu çıxarda bilmədilər. Həkim gəldi. “Huşu aparan dərman verməliyik ki, ancaq o vaxt ox çıxar. Yoxsa, bunun ağrısına dözə bilməz dedi. Həzrəti Əli, “Huşu aparan dərman lazım deyil, mən namaza duranda çıxardın” buyurdu. Həzrəti Əli namaza başladı. Həkim də Həzrəti Əlinin mübarək ayağını yarıb oxu çıxardı. Yaranı sarıdı. Həzrəti Əli, namazını  bitirincə Oxu çıxardınız mı? Buyurdu. Həkim, Bəli çıxardım dedi. Həzrəti Əli, “Heç hiss etmədim” buyurdu.

Bunda təəccünlu bir şey yoxdur. Necə ki, Həzrəti Yusifin gözəlliyi qarşısında da Misir  qadınları heyran olub, özlərini elə unutmuşlar ki, əllərini kəsdiklərindən xəbərləri olmamışdı. Möminlər də vəfat anında Rəsulullah əfəndimizin gözəl üzünü görüb ölüm acısını duymazlar.

***

    Qays bin Haris anladır:

    Biri gəlib Müaviyə min Əbi Süfyandan bir məsələ soruşdu. Müaviyə dedi ki, bunu get Əliyə sor ki, o məndən yaxşı bilər. O kişi, mən bu məsələdə sənin cavabını istəyirəm. Sənin verəcəyin cavabı Əlinin cavabından çox sevərəm dedi. Müaviyə qəzəblənib, sən nə bədbəxt insansanmış. Şübhəsiz sən, Allah Rəsulunun elmdə muazzəz və mükərrəm tutduğu kimsəni bəyənmirsən. Rəsulullah buyurdu ki:

“Ya Əli, mənə, Harunun Musaya  yaxınlığı kimisən. Yalnız məndən sonra peyğəmbərlik yoxdur.”

    Çox gördüm ki, Ömər onun ilə məşvərət edərdi. Əgər bir məsələdə müşkülləri olsa idi, Əli buradadırmı, deyərdi. Sən indi qalx, uzaqlaş yanımdan, Allahü təala ayaqlarına qüvvət verməsin.

***

     Amr bin əl Cumi rəvayət edər:

    Mən, Rəsulullahın hüzurunda oturmuşdum. “Ya Amr!” buyurdu. “Ləbbeyk ya Rəsulullah!” dedim.“İstəyirsənmi ki, Cənnətin dirəyini sənə göstərim!” buyurdu. İstəyirəm  ya Rəsulallah dedi. O sırada Əli ibn Əbi Talib oradan keçdi.  Buyurdu ki:

“Bu insan və bunun əhli Cənnətin dirəyidir.”

***

         Səid  ibn Cübəyr, Abdullah ibn Abbas həzrətlərinin əlini tutub  gedirdi.  Zəmzəm quyusuna gəldilər. Orada bəziləri oturmuş,  Həzrəti Əlini pisləyirdilər. Bunu eşidincə İbni Abbas  həzrətləri buyurdu ki, qayıdın, məni onların yanına  aparın. Onların yanlarına gəldilər. İnbi Abbas həzrətləri, Allah və Rəsulunə  yaramaz sözlər söyləyən kimdir, deyə soruşdu. Bizim aramızda heç kimsə Allah və Rəsulunə yaramaz sözlər söyləməz, dedilər. Əli ibn Əbi Talibə yaramaz söz söyləyən, onu pisləyən varmı, deyə soruşdu. Bəli var, dedilər. Bunun üzərinə İnbi Abbas həzrətləri  dedi ki:  Yaxşı dinləyin, Allaha and içirəm ki, Rəsulullahdan şəxsən eşitdim, buyurdu ki:

         “Hər kim Əlini pisləyər, şübhəsiz məni pisləmiş olar. Hər kim məni pisləyər, şübhəsiz ki, Allahı pisləmiş olar. Hər kim Allahı pisləyər, Allah onu üzü qoylu Cəhənnəmə atar.”

         ***

         Məkkə fəth edildiyi zaman bütöv bütlər parçalandılar. Ancaq,  Beyti şərifin ( Kəbə) içində böyük bir büt var idi ki, daşdan  edilmişdi, o qaldı. O bütü  zəncirlər və mismarlar ilə tavana və divara bağlamışlardı. Rəsulullah Kəbəi şərifə gəldi. Həzrəti Əlini çağırıb buyurdu ki, “Ya Əli, Mənim çiynimin üstünə çıx. Bu bütün bağlarını yerindən qopart.” Həzrəti Əli, Ya Rəsulallah, mən kiməm ki, ayağımı mübarək çiyinizin üzərinə qoyam. Buyurun siz mənim çiynimin üzərinə basın dedi. Rəsulullah,“Ya Əli, sən mənim səy və hamiyyət, nübüvvət (Peyğəmbərlik) və risalət vəzifəsini çəkəcək qüvvət və taqəti tapa bilməzsən” buyurdu. Sonra, əmri şərifləri ilə Rəsulullahın mübarək çiyinlərinə basıb, o bütü bütöv zəncirləri, mismarları və bəndləri ilə o yerdən ayırıb, atdı. “Həzrəti Əbu Bəkri Siddiqin Hicrət gecəsində Rəsulullahı bir miqdar öz çiyində apardığı hədisi şəriflər ilə sabitdir.)

         ***

         Bir gün sübh namazı vaxtında  Həzrəti Əli məscidə gedərkən yolda bir qocaya rast gəldi. Qocanın ağ saqqalına hörmət edib, önünə keçmədi. Yavaş-yavaş ardınca getdi. Məscidin qapısına çatdığı zaman  qoca içəri girmədi. Yoluna davam edib getdi. Ancaq o zaman, Həzrəti Əli onun müsəlman olmadığını anladı.

         Məsciddə Rəsulullahı rükuda gördü. Günəşin doğma vaxtı yaxınlaşmışdı. Camaata qoşulub, namaz qıldı. Namazdan sonra əshabı-güzin, Ya Rəsulallah, birinci rükuda adəti şərifinizdən çox durdunuz. O qədər ki, günəşin doğması yaxınlaşdı. Səbəbi nədir, deyə soruşdular. Rəsulullah, “Səmi Allahü limən hamidəh” dedikdən sonra, qıyama qalxmaq istədiyimdə, Cəbrayıl başımı tutub, qalxmama mane oldu. Hikmətinin nə olduğunu bilmirəm” buyurdu.

         Allahü təala Cəbrayıl əleyhissəlama, “Həbibimə (sevimli) səbəbini bildir, əshabına bildirsin” buyurdu. Bunun üzərinə Cəbrayıl əleyhissalam dedi ki: Ya Rəsulallah, mübarək başınız rükudan qaldırmaq istədiyiniz zaman, Allahü təala mənə, “Həbibimin arxasını tut; rükudan qalxmasın ki, Əli yolda bir ağ saqqallı qocaya hörmət edib, yavaş  gedir,  camaat savabından məhrum qalır. Qalmasın, Həbibimə çatsın” deyə əmr etdi. Mən də gəlib əmr ediləni etdim, Əli də çatmış oldu. Hikməti budur.

         ***

Həzrəti Əlinin hikmətli sözləri çoxdur. Bunlardan bəziləri bunlardır:

-Müsəlmanlar, axirətə inanır. Kitabsız kafirlər, inkar edir. Təkrar dirilmək olmasaydı, inanmayanlar bir şey qazanmaz, müsəlmanlar da, zərər etməzdi. Lakin, hər kəs dirilincə kafirlər sonsuz əzab çəkəcəklər.

-İnsan bilmədiyinin düşmənidir.

-Allaha and içirəm ki, məni yalnız mömin sevər və məndən yalnız münafiq nifrət edər.

-Cahil, bilmədiyini soruşmaqdan utanmasın. Alim, içindən çıxa bilmədiyi bir məsələdə ən yaxşısını Allahü təala bilər deməkdən çəkinməsin.

-Dostların pisi, sənin üçün zəhmətə girən, səni üzr istəməyə məcbur buraxandır.

-Cəhənnəmlik görmək istəyən, özü oturduğu halda başqasını ayaqda saxlayan kimsəyə baxsın!

-Bədəndə baş nə isə, imanda da səbir eynidir. Başsız bədən, səbirsiz iman da olmaz.

-Dost eldə edin! Onlar sizin üçün dünya və axirət sərmayənizdir.

-Axmaq ilə yoldaşlıq etmə! Ondan özünü qoru! Nə qədər axmaqlar var ki, yoldaş olduqları ağıllı kimsələri məhv edərlər. Adam yoldaşı ilə ölçülər. Qəlblər görüşdüyü vaxt birinin digərinə  təsiri vardır.

-Özlərindən həya edən kəslərlə yoldaşlıq etmək surətiylə əməllərinizi gözəlləşdirin!

-Mürüvvət, iffətli olmaq, nəfsə hakim olmaq, darlıqda və genişlikdə bol-bol ehsan etməkdir.

-Xalqın bir qismi məni çox sevib Əshabi kiramdan nifrət edər. Mən bunları sevmirəm. Bir qisimdə məndən nifrət edib, Səhabənin bir qismini sevər. Bunlar da Cəhənnəmlikdirlər.

-Əməllərin ən çətini üçdür; nəfsin haqqını verə bilmək, hər halda Allahü təalanı xatırlaya bilmək, din qardaşına bol-bol ikram edə bilməkdir.

-Təqva, səhvə davamı buraxmaq, aldanmamaqdır.

-Qəlblər  qablara bənzər. Xeyirli olanı xeyirlə dolu olanıdır.

-Mənə bir hərf öyrədənin köləsi olaram.

-Bağışlamaq fəzilətdir. Qərarlı olmaq mətadır, sahib olunan maldır. Qərarsız olmaq isə məhv olmaqdır. Yalançılıq xəyanətdir. İnsaf rahatlıq, şər həyasızlıqdır. Gülərüzlülük ehsandandır. Doğruluq qurtarar, yalan fəlakətə sürükləyər. Qənaət insanı zəngin edər, yerində istifadə edilməyən zənginlik azdırar. Dünya aldadar, şəhvət aldadar. Həsəd köhnəldər, nifrət çökdürər.

-Əməllərin ən fəzilətlisi, yaxşılığı əmr edib pislikdən çəkindirmək və günah işləyəni sevməməkdir. Kim ki, yaxşılığı əmr edərsə, möminin kürəyini  möhkəmləşdirmiş, sağlamlaşdırmış olar. Kim də pisliyi qadağan edər və ondan vaz keçərsə, münafiqin burnunu yerlə sürümüş olar.

-Ağıllı şəxs günahlarını tövbə ilə örtəndir. Comərd, pislik edənə yaxşılıqla cavab verəndir.

-Alim, sözü, işinə uyğun olandır. Alim elmə doymaz.

Həzrəti Əli bir dəstə göndərdiyi vaxt başçı olaraq təyin etdiyi şəxsə belə deyərdi:

“Sənə Allahdan qorxmağı tövsiyə edirəm. O, həm dünyaya, həm də axirətə malikdir. Vəzifənə sarıl. Səni Allaha yaxınlaşdıracaq olana yapış. Çünki dünyada edib qoyduqlarını,  sabah qarşında hazır görəcəksən.

İdarəçilərə Nəsihətləri

1-Xalqa qarşı daim içinizdə sevgi və nəzakət hissləri bəsləyin. Müvəffəqiyyətinizin onları danlayıb sərt davranmaqla olduğu fikrinə düşməyin.

2-Hər kəsə ədalətli davranın.

3-Tərəf tutmayın. Bu cür davranışlar sizi zülmə və despotluğa aparar.

4-Məmurlarınızı seçərkən zalım idarəçilərə xidmət etməmiş, dövlətə qarşı cinayətlərdən, məzlumlara qarşı zülmlərdən məsul olmamış olmalarına diqqət edin.

5-Doğru, dürüst və nəzakətli şəxsləri seçin və mənfəət ummayan şəxsləri seçin.

6-Haqsız qazanc və əxlaqsızlıqlara düşməmələri üçün məmurlarınıza kifayət qədər maaş ödəyin.

7-Məmurlara davamlı nəzarət edin, bunun üçün etibar etdiyiniz səmimi insanların məsləhətlərinə açıq olun.

8-Xalqın etibarını qazanın və onların yaxşılığını istədiyinizə onları inandırın, etdiyinizlə adamı minnət altında buraxmayın.

9-Heç bir zaman vədinizdən dönməyin. Etməyə gücü çata bilməyəcəyiniz işləri də vəd etməyin.

10-Hirsinizi məğlub edin. Hirsli ikən cəza verməkdən çəkinin.  Qəzəbiniz keçsin ki, müsbət qərarlar verə biləsiniz.

 

18-03-2018, 12:52
Geri