Gözəl İslam / Hədis alimi kimə deyilir

Hədis alimi kimə deyilir

Hədis  alimləri çox yüksək insanlardır.  Raviləri (rəvayət edən) ilə birlikdə, yüz min hədisi-şərifi əzbər bilənə hafiz deyilir. Quranı-Kərimi əzbərləyənə hafiz deyilməz, kari deyilər. Bu gün hədisi-şərifləri əzbərə bilən olmadığı üçün, kari yerinə səhv olaraq hafiz deyilir.

            İki yüz min hədisi-şərifi əzbərə bilənə şeyx-ül-hədis deyilir.

            Üç yüz min əzbərləyənə huccət-ül-islam deyilir.

            Üç yüz mindən çox hədisi-şərifi raviləri ilə, sənədləri ilə birlikdə əzbərləyənə hədis imamı və  hədis müctəhidi deyilir.  Bu gün belə bir İslam alimi dünyada yoxdur.

            Doğru olduqları bütün İslam alimləri tərəfindən təsdiq edilmiş olan hədis  kitablarından altı ədədi bütün dünyada şöhrət tapmışdır. Bu altı kitaba Kütübi-Sittə deyilir. Kütübi-Sittəni yazan altı böyük alim bunlardır:

Hər hədisi yazacağı zaman  qüsl alıb iki rükət namaz qılar, istiharə (xeyirli olması üçün dua etmək) edərdi.  Buxari-şərifi 16 ildə yazmışdır. Yüzlərcə şərhi yazılmışdır. Bunlardan İmam Qastalaninin,  Ayninin və İbni Həcərin şərhləri məşhurdur.

Sünəni-Saqir Kütübi-sittədəndir.

İbni Əsir kitabı sittədəki təkrarları çıxararaq hamısını Cami-ül-Üsulu adı altında tək bir əsərdə yığmışdır. Məşhur və çox qiymətli hədis kitablarından, İmam Əhməd ibn  Hənbəlinin  Müsnədi  “H”,  Əbu  Ya’la-nın Münədi “Ya’la” və  Abdullah  Damirinin Müsnədi “DR” , Əhməd Bəzzarın Müsnədi “Z” hərfi ilə göstərilər.  Bu kitablara Məsanid deyilir.

Ayrıca İmam Suyutunin  Cami-üs Saqir  və Kəbiri, Beyhəkinin Müsnədi və Dəlaili, Hakimin Müstədrəki, Təbaraninin Mucəm-ul-Kəbir, Saqir və Əvsatları, Heysəminin  Məcma-uz-Zəvaidi məşhurdur. Usuli-hədis elmini bildirən İmam Nəvəninin Takibi və  bunun Syutu tərəfindən edilən Təbrid-ur-Ravi şərhi çox məşhurdur.  İndiki vaxtda  hədis kitablarının yeni-yeni  fihristləri (hərfli mündəricat) edilir.

18-03-2018, 12:16
Geri