Gözəl İslam / Neçə bayram var?

Neçə bayram var?

Hikmət əhli buyurur ki:
* Əlbəttə möminin ən böyük bayramı günahlarının əfv olunduğu, son nəfəsdə imanla öldüyü, hesabda-mizanda savablarının çox, günahlarının yox olduğu, sirat körpüsündən keçdiyi gündür. Həqiqi bayram, Cənnətdə Peyğəmbər əfəndimizi (sallallahü əleyhi və səlləm) görmək və ondan sonra rüyəti-ilahiyəyə məzhər olmaqdır. 

Neçə bayram var? Müsəlman olmaq bir bayram, Əhli-sünnət olmaq bir bayram, Böyükləri tanımaq bir bayram, xeyirli işdə iştirak edilmək bir bayram, dostlarla birlikdə olmaq bir bayram, Müsəlmanların üzünə baxmaq da bir bayramdır. Cənabı Haqq, bir mömini bir möminin üzünə məhəbbətlə baxarsa, onu əfv edər. Bir müsəlman bir müsəlmanı sevindirərsə Allahü təala ona nafilə həcc və ümrə savabı verir. Yəni Allahü təala qullarına çox qazansınlar, çox qazanc əldə etsinlər, çox xeyir çıxarsınlar deyə kiçik bəhanələr yaradır. Allahın dərgahında əhil, naəhil bərabərdir. Biri Cənabı Haqq tərəfindən qəbul edilsə, Cənabı Haqq o qulların içərisindən birini sevsə, onunla birlikdə olanların hamısı Cənnətə girər. Çünki orada təsnifat yoxdur. Sən cahilsən çıx kənara deyilməz. 

Allahü təalanın varlığına, birliyinə, Peyğəmbər əfəndimizin Onun Rəsulu və qulu olduğuna görmüş kimi inanmaq lazımdır. Onsuz da kəlmeyi-şəhadətdə bu bildirilir, görmüş kimi şəhadət edirəm deyilir. Bu iman əldə edildisə, digər tərəflərin hamısı asan həll olacaq. İmanın əldə edilməsi üçün əlhamdülillah imkan var. Bəs onun gücləndirilməsi, onun qüvvətləndirilməsi, onun sağlamlaşdırılması necə olur? Onun da asan yolu var. 

Peyğəmbər əfəndimiz buyurur ki:
“Dinül məri dinül ahihi”, insanın dini dostunun dini kimidir. İmanını gücləndirmək istəyən, imanı güclü olanlarla birlikdə olmalıdır. Çox ibadət etmək istəyən, ən gözəl ibadət edənlə, ən gözəl şəkildə və ixlasla çalışanla birlikdə olmalıdır. Bu dəfə o da, onun kimi olacaq. İstər imanın güclənməsi, istər ixlasın artması, istər ibadətlərin artması və yaxud fəlakətlərin, günahların artması, küfrə qədər getməsi, bunların hamısı insanın verəcəyi qərarına bağlıdır. Seçim məsələsidir. Nə olmaq istəyirsə, o tərəfdəki insanları tapacaq, onlarla yoldaşlıq quracaqdır. Yaxşı olmaq istəyirsə, yaxşılarla birlikdə, pis olmaq istəyirsə, pislərlə birlikdə olacaq. Çox təbii bir şeydir bu. Dünya və axirət səadəti üçün, yaxşılarla birlikdə olmağı seçmək lazımdır.

* Allahü təala insanlara iki dənə fincan ehsan etdi! Bu iki fincandan biri xalis qızıl, digəri saxsıdandır. Qızıl olan yerə düşsə də qırılmaz. Digəri əldən bir düşsə parça-parça olacaq. Birinin üzərində axirət, digərində dünya yazılıb. Axirət yazılana dünyalıq da girsə axirətlik olur. Dünya yazılana axirətlik də girsə dünyalıq olur. Bu fincanlara nə qoyduqlarına diqqət etmək lazımdır. Hansı fincanı seçdiyinə diqqət edilməlidir. Axirət fincanı qəbirdə, siratda, hər yerdə keçir. Cənnətdən gəlib, sahibini də Cənnətə aparır. Bir gün birini, bir gün digərini önə alıb durmamalıdır. Axirət fincanını tutub buraxmamalıdır. 

* Seyid Abdülqadir Qeylani həzrətləri buyurur ki:
Bir kimsə ödəmək niyyətilə borc alıbsa, Allahü təala üç şəkildə ödəmə asanlığı verəcək: 

1-
 Alacaqlıların qəlblərinə mərhəmət verər, səbir edərlər. 


2 -
 Qəlblərini yumşaldır, bir miqdarını hədiyyə edərlər. 


3-
 Alacaqlarının hamısını hədiyyə edərlər.

28-04-2023, 16:38
Geri