Gözəl İslam / Nankorluq etmiş olarlar

Nankorluq etmiş olarlar

Hikmət əhli buyurur ki:
* Namazlarını doğru qılıb, günahlardan əl çəkmək lazımdır. Günahın kəlmə anlamı atəşdir, Cəhənnəm atəşidir. Öz əlinlə atəşini gətirmə.

* Çay bu tərəfə axarkən çayın əksinə gedə bilməzsiniz. Çünki çayın içindəsiniz, amma kənarından getsəniz axıntıdan daha az zərər görərsiniz.

* İntihar etmək, adam öldürməkdən daha böyük günahdır.

* Sizə dininizi, imanınızı öyrədən, əhli sünnət etiqadı üzrə böyüdüb başa çatdıran ana-atanızın rızasını, duasını mütləq alın. Belə ana-atanın rızasını almadan heç bir şeyə nail ola bilməyəcəyinizi bilin.

* Cənabı Haq heç bir şeyi əbəs yerə yaratmamışdır. Hər şeyin bir hikməti vardır. Hər məxluqun bir yaradılış hikməti vardır. 

* İnsanlar müxtəlif vasitələrə minib gedirlər. Müsəlman nə qədər bəxtiyardır ki, məsciddən keçən, camidən keçən vasitəyə minir və bu vasitəyə müsəlmanlar dəstəmazı ilə minirlər, imanı olanlar minirlər. Təbii ki, nəqliyyat vasitəsi mənzilinə gedərkən hamısını birlikdə aparır. Sən əhilsən, sən naəhilsən, sən asisən, sən övliyasan, sən fasiqsən deməzlər, madəm ki, miniyin içindədilər, hamısı birlikdə Cənnətə doğru gedəcəklər. Yetər ki, iman doğru olsun. İş, o minik vasitəsini tapıb, ona minə bilməkdir. 

* Qul haqqından çox qorxmaq lazımdır. Müflis, üzərində qul haqqıyla axirətə gedən, əməlləri bir-bir haqq sahiblərinə verilən və hələ üstəlik onların günahlarını alandır, yəni iflas edəndir.

* Bir mürşidi-kamili gördükdən və ya kitablarını oxuduqdan sonra, güzgüyə baxıb özündən, nəfsindən, pislik və pozğunluqlarından iyrənməyən, özünü bəyənən bədbəxdin biridir.

4-04-2023, 15:14
Geri