Gözəl İslam / Qəlbində hansı sevgi varsa onunla gedər

Qəlbində hansı sevgi varsa onunla gedər

* Bu gün çürük olan, sabah da çürük olacaq.

* İnsan azad iradəsi ilə təyyarəyə, gəmiyə, avtobusa minməkdə sərbəstdir. Amma mindikdən sonra kapitanın işinə qarışmaq olmaz.

* İnsan yaşlandıqca beyin hüceyrələri yavaş-yavaş ölməyə başlayır. Bildiklərini unudur, elmi qalmır. Ən son qəlb (ürək deyil) hüceyrələri ölür. Çünki qəlbdə sevgi vardır. Qəlbində olan sevgi ilə ölür. Qəlbində hansı sevgi varsa onunla gedir. Qəlbdəkilər unudulmaz. Allah sevgisi, Peyğəmbər sevgisi, dinə xidmət sevgisi…

* Niyyət çox vacibdir; haramlardan qaçıb, fərzləri yerinə yetirən, dinimizə xidmət niyyətində olanın, hər addımı zikr sayılır. Niyyəti unutmamaq lazımdır. Hər səhər, “Allah rızası üçün ibadət və dinimə xidmət etməyə, ruzimi halaldan qazanmağa” deyə niyyət edənin etdiyi hər iş, atdığı hər addım zikr sayılır.

* Nəfsin qidası haramdır, nəfs harama doymaz, işlədikcə işləyər. Ruhun qidası, elm və yaxşı haldır. Cahilin, yəni dinini bilməyənin dini yoxdur.

* Heç bir şeyimizi bəyənməyəcəyik, özümüzü nə qədər alçaltsaq o qədər yüksələrik, amma cəmiyyət içində olmaz. Vəzifə və mövqeyimizin gərəkdirdiyi şeyi mühafizə edəcək, özümüzü alçaltmayacağıq. Təvazökar olacağıq, cəmiyyətdəki vəziyyətimizi də qoruyacağıq.

* Müsəlman olaraq, müsəlmanlar arasında insanı imana dəvət edən şeylərlə məşğul olmaq səhvdir. Biz onsuz da iman etmək lazım olduğunu bilirik, bunu qəbul etmişik, lazım olan şey, necə doğru etiqad edilməlidir və fiqhdir. Nə qədər bilsək, o qədər yaşayar, nə qədər yaşasaq imanımızı o qədər təhlükədən qorumuş olarıq. Kəlam elmini kimə lazımdırsa, o oxusun. Fiqh elmi təməldir.

* Fasiqin qəlbindəki iman nuru belə aşkar olsa, günəş qaralar.

* Allahü təala ilə qulu arasında nəfs bir pərdə, bir barikada, bir divardır. Bu yıxılmadıqca Allahü təalanın rızasına qovuşmaq mümkün olmaz.

* Bir insanın hidayətinə vəsilə olmaq min il saleh əməl işləməkdən daha yaxşıdır. Nafilə ibadətlər deyil, fərzlər də bu min ilə daxildir.

* Zəlzələ, quraqlıq, hər cür fəlakət insanların üsyanına görədir. Bu fəlakətlərə məruz qalan heyvanlar, bitkilər, üsyan edən insanlara lənət edirlər.

* Küfrə düşməkdən qorxmayan küfrə düşə bilər. Çox qorxacağıq və bu qorxu səbəbilə hazır olacağıq. Dünya imtahanında təkrar imtahan yoxdur, insan ya keçər, ya qalar. Keçərsə Cənnətə keçər, qəbri Cənnət bağçası olar. Namazlarda son nəfəsi imanla vermək və şəhid olmaq üçün mütləq dua etmək lazımdır.

* Hər gün 5000 yerinə 5 zikr edin, amma əhli-sünnət alimlərinin dəyərli əsərlərindən ən az 11 səhifə oxuyun. Kişi, yaxud qadın - dinini öyrənmək hər müsəlmana fərzi-ayndır.

* Elmin iki ayağı vardır. Biri ədəb, digəri maldır. Bir böyüyə qarşı həyatında və ya vəfatından sonra bir ədəbsizlik edilərsə, cərəyan atar. Ətraf qaranlıq olar, bu kəs məhv olar. Buna görə də, elmi ədəbsizə öyrətməməlidir, buyurmuşdurlar. Əgər mal olmasa, yazılan dəyərli kitablar rəflərdə qalar, oxunmaz. Oxunmayan, rəflərdə duran kitabın nə faydası olacaq. Ona görə də, mal da vacibdir, dəyərlidir. Hədisi-şərifdə, “Alimlərin mürəkkəbi şəhidlərin qanından ağır gəlir” buyuruldu. Bu, kitabları oxunan, istifadə edilən əhli-sünnət alimlərin mürəkkəbidir.

* Allahü təala hər şeyi bir səbəblə yaradır, övliyasına və Peyğəmbərlərinə bu adətini pozur. İnsanların danışmaları üçün havanı səbəb olaraq yaratmışdır. Hava olmasa səslər eşidilməzdi. Həmçinin, bu Böyüklərdən istifadə etmək üçün bir səbəb vardır. Bu səbəb nədir? Adlarını söyləmək kifayətdir... Övliya anıldıqda rəhmət yağır hədisi-şərifdir.

30-03-2023, 23:24
Geri