Gözəl İslam / Qəlbində dünya dərdi varsa

Qəlbində dünya dərdi varsa

* Əgər bir insanın qəlbində axirət dərdi varsa, heç bir dərd onun üçün dərd sayılmaz. Amma qəlbində dünya dərdi varsa, hər cür sıxıntı onun üçün dərddir.

* Güclü insan təvazökar, aciz insan təkəbbürlü olur.

* Əmrinizdə olan insanlar sizi sevmirsə nöqsanlıq sizdədir. Əmrinizdəkilərə xidmət edin, əmr verməyin.

* Rahat olmaq istəyirsinizsə, iki şeyə riayət edin:

- Günah işləməyin. Bütün sıxıntıların başı günah işləməkdir.

- Qəlb qırmayın. Kəbəni yıxmaqdan daha böyük günahdır.

* Bu mənə lazımdır, o mənə lazımdır deyən rahatlıq tapa bilməz. Bu mənə lazım deyildir deyən rahatlıq tapar.

* Bir insanın varıdır verir, bir insanın varıdır vermir. Bunlardan hansını insanlar sevər? Əlbəttə verəni sevərlər. Bu insanı insanlar sevər, bəs Allahü təala sevməzmi? Əlbəttə sevər. O halda vermək lazımdır.

* Pislərlə münaqişə etmə incidərlər, yaxşılarla münaqişə etmə küsərlər.

* Təvazö özünü başqaları ilə bir görməkdir. Başqalarından daha üstün və daha aşağı görmək deyildir.

* Müsəlmanlara yardım etməyən, onların yaxşılıqları və rahatlıqları üçün çalışmayan onlardan deyildir.

* “Mənimki mənim, səninki də mənimdir” deyən, heyvan sifətli kimsədir. “Səninki sənin, mənimki mənimdir” deyən zərərsizdir. Məqbul olan, “mənimki sənin, səninki də sənindir” deməkdir. Bunu ancaq saleh müsəlman deyər.

* Hədəfi olmayan gəmiyə külək fayda etməz.

* Dağlar nə qədər yüksək olursa olsun üstündən yol keçər.

* Bidət etiqadı sahiblərinə və sui-zənn sahiblərinə tövbə nəsib olmaz. Bunlar etdiklərini doğru zənn etdikləri üçün tövbə etməzlər.

* Allahü təala iki əməlin qarşılığını bildirməmişdir. Bunlardan biri oruc, digəri iftiraya uğradığı halda səbir etməkdir. Bu ikisinə qat-qat savab veriləcəkdir.

* Vaxtın qiymətini bilin. Göz yaşı yerinə qan axıtsanız geri gəlməz. Axirətdə hər nəfəsdən hesaba çəkiləcəksiniz.

* Müsəlman, Allah qatında qiyməti olan insan deməkdir. Allahın sevdiyi insan deməkdir. Bir müsəlmanın səhvlərini görməmək, ona kin tutmamaq lazımdır, qüsurlarını bağışlamaq lazımdır. Hətta bağışlamaq məcburiyyətindəsən. Niyə? Allahın səni bağışlamağını istəyirsənsə, sən də Onun müsəlman qulunu bağışlamalısan. Yəni, bağışlanmaq üçün bağışlamaq lazımdır. Din qardaşının səhvini bağışlayanı, Allahü təala bağışlayar.

* Bütün mövcudat, fənn elmləri, fizika, kimya, biologiya və s. hamısı Allahü təalanın varlığını və birliyini göstərməkdədir. İslamiyyət isə bu uca Rəbbimizə necə inanılacağını, necə ibadət ediləcəyini bildirməkdədir.

* Doğru iman neməti ən böyük nemətdir. Nemətlərdə zirvədir. Bunun xaricində başqa şeylərə baxmaq, aşağıya baxmak deməkdir. Aşağı, alçaq olanı istəmək deməkdir. Özünü zəlil etməkdir. Allahü təala, “Nemətlərimin qiymətini bilsəniz artdıraram, bilməsəniz əlinizdən alıb, şiddətli əzab edərəm” buyurur. Buna görə, şükr etmək, əlimizdən çıxmaması üçün qorxmaq lazımdır. Bu vədi-ilahidir. Allahü təala vədindən dönməz, onu yerinə yetirər.

* Qorxmaq və imanı mühafizə etməyə çalışmaq lazımdır. İman çox dəyərlidir, müsəlman çox dəyərlidir. Qədrini bilmək lazımdır. Bir fasiq müsəlmanın imanının nuru dünyada görünsəydi, günəş sönük qalardı.

* İslamiyyət, Allahın dinidir. Heç Allahın dininə zərər vermək olarmı? Heç Allaha hərb elan etmək olarmı? Firon kimi, Əbu Cəhil kimi axmaqlar edib. Bəs nə oldu? İndi acı əzab içindədirlər. Halbuki, Allahın dini davam edir, qiyamətə qədər də davam edəcək. Çünki İslamiyyət olmazsa, insanların mükəlləfliyi olmaz.

28-03-2023, 17:03
Geri