Gözəl İslam / İşin dəlisi olmadıqca vəlisi olunmaz

İşin dəlisi olmadıqca vəlisi olunmaz

* Sahib olduğunuz nemətlərin qiymətini bilin, şükr edin. Şükr etsəniz nemətlər daha da artar. Şükr etməzsəniz, əlinizdən alınar. Əlinizdən alınmaqla qalmaz, o andan etibarən sizdə əzabı-ilahi başlayar.

* Nemətlər quş kimidir. Onları şükür ipi ilə bağlayın, yoxsa uçub gedərlər.

* Bir işin dəlisi olmadıqca, o işin vəlisi olunmaz.

* Müvəffəqiyyətin sirri soruşmaqdır.

* Müsəlmanın bütün işləri dinə uyğun olmalıdır. Dinə tabe olan, dünyanı və haramları sevməz olur. Qəlbində haram işləmək arzusu qalmadıqda, qəlbinə Allah sevgisi dolar. İçindəki suyun boşalan şüşəyə, dərhal havanın dolması kimi olur.

* Dünyada kim kimi sevərsə, axirətdə onun yanında həşr olacaqdır.

* Əhli-sünnət yolunda olanları, Allahın dininə xidmət edənləri sevmək hubbi fillahdır. Kafirləri, bidət əhlini sevməmək buğdi fillahdır. Bu, qəlbən sevmək və sevməməkdir. Dalaşmaq və münaqişə etmək deyildir. Nə dostla, nə düşmənlə belə münaqişə etmək olmaz.

* Əhli-sünnətdən heç kimə zərər gəlməz.

* Ağıl dəyərlidir, ancaq tək başına sənəd deyildir. Öz ağlına görə hərəkət etməmək lazımdır. Ağıl tək başına doğru yolu tapa bilməz, tapa bilsəydi Peyğəmbərlər göndərilməzdi.

* Dünyada ən mühim, ən əhəmiyyətli şey, əhli-sünnət etiqadını öyrənmək, tətbiq etmək və yaymaqdır.

* Hamıyla yaxşı dolanın, heç kimin qəlbini qırmayın.

* Şərəfül-məkan bil məkin. [Məkanların şərəfi içindəkilərlə ölçülür]

* Dost nədir? Səni Allahü təalanın razı olduğu işləri görməyə təşviq edən kimsədir.

* Ehtiyacsızlıq azğınlığa səbəb olur.

* Təvazökar olan nə şikayət edər, nə də ondan şikayət edilər.

* Həqiqi sevgi, yaxşılıq gördüyündə artmayan, pislik gördüyündə də əksilməyəndir.

* İstədiklərini vermədiyiniz zaman qəzəblənən və küsən, həqiqi dost deyildir.

* Müvəffəqiyyət nədir? Maneəsi nədir? Müvəffəqiyyət, öldükdən sonra axirətdə işə yarar şeydir. Axirətdə işə yaramırsa, o müvəffəqiyyət deyildir. Maneəsi insanın özüdür, yəni ağlına, nəfsinə tabe olmasıdır.

* Kədərlər və sevinclər paylaşıldıqca insanlar rahat olur.

* Silsiləyi-aliyyə böyüklərini tanımaq və sevmək dünya və axirət səadətlərinə qovuşdurar.

* İbadətlər insanın vəzifəsidir. Gözəl əxlaq isə üstünlüyüdür.

* Əhli-sünnət etiqadı neməti günəş kimidir. Sıxıntılar ulduzlar kimidir. Bəli, ulduzlar var əlbəttə, inkar edilməz, amma görə bilməzsən! Günəşin olduğu yerdə ulduzlar yox olur. Ulduzların adı olmaz.

25-01-2023, 17:35
Geri