Gözəl İslam / Müsəlman necə olmalıdır

Müsəlman necə olmalıdır

Hikmət əhli buyurur ki:
*Peyğəmbər əfəndimizdən, “Ya Rəsulallah, Müsəlman necə olmalıdır?” deyə soruşdular. Peyğəmbər əfəndimiz, “Müsəlman gülər üzlü və şirin dilli olmalıdır” buyurdu. Gülər üz və şirin dilin, dinimizin yayılmasında əhəmiyyətli yeri vardır. Əks halda bu insanlar dinə çox da faydalı ola bilmirlər. Daima şirin dilli və gülər üzlü olmaq, Müsəlman olmağın birinci əlamətidir. Bəzi insanlar çox həssasdır, çox duyğusaldır. Ona bir sərt baxsanız qəlbi qırılar, inciyər.

*Qarışqa həccə getməyə qərar vermiş, demişlər ki, sən bu halınla həccə gedə bilərsən? Niyə getməyim ki, demiş. Necə gedə bilərsən ki, ömrün çatmaz demişlər. Bir göyərçinə qoşularam, göyərçin uçar, mən də gedərəm demiş. Xülasə, Allahü təala bizi, belə qarışqa ikən, uçan bir quşa rast gətirərsə, yəni sevgili bir qulunu tanıdarsa, Kəbəni tapa bilərik. Yəni Rəbbimizin rızasının harada olduğunu öyrənərik. Ən çətin iş budur. Hədisi-şərifdə də bildirildiyi kimi, “Ya Rəbbi, mənə doğrunu doğru olaraq, yanlışı yanlış olaraq bildir” deyə dua etməlidir.
*İnsan bu ölümlü dünyada, pis bir şeyə doğru deyə sarılarsa yanar. Əgər doğru bir şeyə yanlış deyə qarşı çıxarsa, məhv olar. Ona görə də, dünyada ən çətin şey, doğru hansıdır, əyri hansıdır, ayıra bilməkdir. Bu, insanın özbaşına edə biləcəyi bir şey deyildir. İnsan ağlı buna çatmaz. Bunu daha əvvəl bilən birinin bizə göstərməsi lazımdır. Peyğəmbər əfəndimiz buyurur ki:
“Ümmətim 73 firqəyə ayrılacaq, 72-si Cəhənnəmə gedəcək, yalnız bir firqəsi qurtulacaq”. [Tirmizi]
*Etiqadları yalnış olduğu üçün, bu yetmiş ikisi Cəhənnəmə girəcək. Ümmətim dediyi üçün də, Cəhənnəmdən sonra, yenə çıxacaq. Deməli, Cəhənnəmə girmədən, bu əzabı çəkmədən, Cənnətə girəcək olan, “Əhli-sünnət vəl-camaat”firqəsidir.
*Allahü təala sahibsiz olmaqdan qorusun! O böyükləri tanımayan, o böyükləri sevməyən, o böyüklərin yolunda getməyən insan çox böyük təhlükədədir.
*İslamiyyət ağac kimidir. Kökü imandır, gövdəsi əməllər, ibadətlərdir. Ağaçdan məqsəd, meyvədir. Ağacın meyvəsi də təsəvvüfdür, sevgidir, ixlasdır. Ağacsız meyvə olmaz, havadan gilas toplanmaz. Meyvəni yemək üçün ağac lazımdır. Ağacdan məqsəd meyvədir, amma ağac olmasa meyvə də olmaz. Demək ki, meyvəli ağac məqbuldur.
*Mömin, möminin aynasıdır. Bir Müsəlman başqa bir Müsəlmana, sən elə pissən, belə pissən kimi şeylər söyləyərsə, bilsin ki, o xüsusiyyətlər özündə vardır. Güzgüdə özünü görür deməkdir.
*Təsadüfi çox kitab oxumaq təhlükəlidir, lakin doğru kitabı çox oxumaq çox yaxşıdır.

24-12-2022, 14:03
Geri