Gözəl İslam / İnsanların könlünü almağa çalışın

İnsanların könlünü almağa çalışın

*Hikmət əhli buyurur ki:
Bir gün dövrün sultanı Mövlana Xalidi Bağdadi həzrətlərindən dua istəyir. Buyurur ki: 
“Əlbəttə sultanlara, valilərə, idarəçilərə dua edirik, lakin təbəəniz arasında zülüm görmüş biri varsa, mənim duam qəbul olmaz. Çünki kafir olsa da, mömin olsa da, məzlumun duası və bədduası məqbuldur və bizim duamızın önünə keçir. Ona görə siz insanların könlünü almağa çalışın.”

*Qul haqqı çox mühümdür. İnsan şəhid olsa, Cənnətin qapısına qədər gedər. Qul haqqı ödənmədikcə Cənnətə girə bilməz. Ehsanı-ilahi, Allahü təala şəhidlərin qul haqlarını halallaşdıracaqdır.

*Mühyiddini-Ərəbi həzrətlərini yuxuda görmüşlər. Ətrafı çox izdiham imiş, dərəcəsi çox yüksək, böyük nemətlərin içində imiş. Demişlər, əfəndim, siz necə bu qədər böyük nemətlərə qovuşdunuz? Buyurmuş ki: 
“Dünyada məni qeybət edənlər, mənə iftira edən düşmənlər çoxdur. Onların bu etdiklərinin sayəsində burada dərəcəm durmadan yüksəlir.”

*Az tamah çox zərər gətirir.

*İslamiyyətin yayılmasına mane olmayan, sevilir.

*Başı çürük olanın, sonu da çürükdür.

*Elm əmanətdir, mülk deyil!

*İki şey, göz qan ağlasa, geri gəlməz: Gənclik və söhbəti-salehin, yəni salehlərlə birlikdə olmaq.

*Ən məqbul əməl, ən gizli olanıdır.

*Qəlbimizin dərmanı, “La ilahə illallah Muhammədün rəsulullah” demək, bədənimizin dərmanı istiğfardır.

*Yalançı ilə yoldaşlıq etməmək lazımdır. Dostlarımızı uzaqlaşdırar, düşmənlərimizi dost göstərər.

*İki rükət namaz, bir dua, az bir sədəqə, qəza-qədəri dəyişdirərək bəlanı önləyir.

*Allahü təala, nə etdiyinizi görürəm, bilirəm deyir. Onun gördüyü, bildiyi halda ikiüzlü olmağa ehtiyac yoxdur. İxlas, daxilini də, xaricini də təmizləmək deməkdir.

*Övliyanın ruhaniyyətlərindən istifadə etmək üçün inanmaq şərt, görmək şərt deyildir. Onları görmək bəzən təhlükəli olur. Allah qorusun, özünü bir şey zənn edər, məhv olar.

*Nə zaman insanlar hər günahı sıxılmadan işləyib, Allah əfv edər deyərsə, bu, o dövrün və o insanların çox pozğun olduğunun əlamətidir.

*Ölmədən əvvəl ölək. Bu necə olur? Elə bir şəkildə inanacağıq ki, ölmüşük, lakin yazıqları gəlib, bizə bir neçə dəqiqə icazə veriblər. Belə düşünüb, onu nəzərə alaraq yaşamalıyıq.

*Axır zamanda, fitnə-fəsad çox olacaq. Dili tutub, heç bir şeyə qarışmamalıdır. Hər kəsin arasında olursunuz, amma ha var ha yoxdur. Varmı yoxmu bəlli deyil. Belə olmalıdır…

18-08-2022, 17:45
Geri