Gözəl İslam / Sizə görə heç kim Cəhənnəmə getməsin

Sizə görə heç kim Cəhənnəmə getməsin

*Hikmət əhli buyurur ki:
Elə yaşayaq ki, elə danışaq ki, bizə görə heç kim Cəhənnəmə getməsin. 


*Soruşulan dini suallara verilən cavablara diqqət etmək lazımdır, cavab vermək asan deyildir. Cavab verənlər də axirətdə hesaba çəkiləcəklər. Cavab verərkən mötəbər kitablardan nəqli əsas almaq şərtdir.

* Allahü təala bir şəxsə bir böyüyü tanıdıbsa, kimi tanıtmadı ki? Bir böyüyü tanıtmadısa da, kimi tanıtdı?

*Mövlana Xalidi Bağdadi həzrətləri Allahü təalanın bir qulunu sevmədiyinin əlaməti bu yolun böyüklərinə etirazdır buyurur.

*Mömin möminə Allah üçün sevgiylə baxsa, Cənabı Haqq bütün günahlarını əfv edər.

*Rəbbinə güvənən qula Allahü təala yardım edər. Pula, mala-mülkə, ona-buna güvənəni, güvəndiyi ilə baş-başa qoyacaq. 

*Allah üçün olan işdə sevgi vardır. Dünya üçün olan işdə sevgi yoxdur. Dünyanın təbiətində sevgi yoxdur. Allahü təala dünyanı yaratdığından bəri bir dəfə olsun rəhmət nəzərilə baxmamışdır. Dünya, nəfs və şeytanın azmasına köməkçi olur. İnsanın dünyalığı artdıqca nəfsi azır, qüruru, təkəbbürü artır, nəzarətdən çıxır. Axirəti qoyub, daima dünyalığı artırmaq üçün gecə-gündüz çalışmaq, izdırabı, sıxıntını, sevgisizliyi artırmaq axmaqlıq əlamətidir. 

*Bir qəlbdə iki sevgi ola bilməz. Bir qəlbdə dünya sevgisi varsa, o insanda Allah sevgisi ola bilməz. Ola bilmədikdə də hər yerdə, ailəsində, işində sevgisizdir. 

*Bəziləri çox sevilir, bəzilərindən qaçmaq istənilir. Araşdırılarsa, mütləq onda başqa sevgi olduğu görülər. Allah sevgisi olan qəlbdə ixlas olur. İxlas olan qəlbdə Allah sevgisi olur. İxlasla dünya ziddir. Dünya nəfsin və şeytanın tələsidir. 

*Varlıqda imtahan, darlıqdan daha çətindir; çünki darlıqda həmişə Allah deyilir, varlıqda ağla gəldikdə söylənir. Bu çox təhlükəlidir.

*Bir mürşidi-kamilin tələbəsinə nə edilsə, ustadına gedər. Ustadının tələbəsini haqqıyla sevməyən, ustadını tanıya bilməz, ustadından heç faydalana bilməz.

*Əhli-sünnət etiqadında olmaq, böyükləri, yəni Övliya şəxsləri tanımaq böyük nemətdir. Tanıdıqdan sonra ayrılmaq da, böyük fəlakətdir. Ayrılanlarla birlikdə olmaq da, böyük fəlakətdir. Ayrılanlarla birlikdə olmaq, əngərək ilanı ilə birlikdə olmaqdan daha təhlükəlidir.

*İman, Allahü təalanın birbaşa şəxsi ehsanıdır, çünki bir kimsəyə bir şeylər izah edə bilər, amma imanı Allahdan başqası verə bilməz. Allahü təala bir quluna iman veribsə, ehsanlardan ən böyüyünü vermiş deməkdir. Artıq o qulun durub bir qəpiyin hesabını etməsi, mömin qardaşının qeybətini, dedi-qodusunu etməsi çox çirkindir.

*Fasiq belə olsa, əhli-sünnət etiqadında olan bir möminin qəlbindəki nuru dünyaya çıxarsalar, imanının nuru günəşin ziyasını örtər. Mömin o qədər dəyərlidir. 

*Bir-birimizi sevək. Özümüzü bir şey zənn etməyək. Heç bir Müsəlmanı həqir görməyək. Çox sərxoşlar imanlı getmişdilər. Neçə alim və ya şeyx görünənlər də imansız getmişdilər. 

* Axır zamanda imanla ölən çox az olar. Çox qorxmaq lazımdır.

12-08-2022, 12:31
Geri