Gözəl İslam / Kimin üçün etdinsə get ondan al

Kimin üçün etdinsə get ondan al

* Hikmət əhli buyurur ki:
Hədisi-şərifdə “Əməllər niyyətə görədir” buyurulur. Bu çox vacibdir. Allahü təala bu qulum bunu niyə edir deyə qəlbə baxır, niyyətə baxır. İnsanlar zahirlərini məmur etməklə məşğuldurlar, halbuki Allahü təalanın baxdığı yerləri, yəni qəlbləri bərbaddır. Allah üçün olanlar xətalı qüsurlu olsa da, Allahü təala qəbul edir, “O mənim üçün edirdi, mənim yolumda, mənim rızam üçün edirdi” deyərək qəbul edir. Əməllər Allah üçün olmazsa, heç bir işə yaramayıb, atılacaq. “Kimin üçün etdinsə get ondan al” deyiləcək. Əməllər Allah üçün olunmazsa, nə qədər ehtişamlı olursa olsun, içi boş çəyirdəyə bənzəyir. Hər kəs axirətdə “nə üçün etdin” sualına cavab verəcək. “Allah üçün” deyə cavab verilərsə, tamamdır, yoxsa fəlakətdir. Əksiyimiz, xətamız yoxdurmu? Əlbəttə var. Ancaq niyyət düzgün olarsa, yəni Allah üçün olarsa, qurtulmaq mümkün olacaq. 

Bir gün mübarək bir şəxsdən bir tələbəsi, “Əfəndim, namazlarımız, ibadətlərimiz həmişə qüsurludur, axirətdə bizim halımız necə olacaq?” deyə soruşub. O mübarək şəxs ondan bir fincan su istəyib. O da dərhal qalxıb gətirib. Özünə tərəf  2-3 metr qalmış, orada dur, buyuraraq dayandırıb. Tələbə əlində bir fincan su ilə gözləyib. Mənim balam, deyib, indi sən bu suyu gətirərkən ayağın ilişib yıxılıb suyu yerə töksəydin, fincan da qırılsaydı, mən sənə bir şey deyərdimmi? Xeyr, əfəndim deməzdiniz. Bax, eyni bunun kimi övladım, ibadətlərimiz xətalı, qüsurludur, amma biz əmrə itaət edirik, edin buyurur Rəbbimiz, biz də yerinə yetirməyə çalışırıq, amma edərkən əksiyimiz, xətamız olur. Ona itaət edib, əməl etməyə çalışdığımız üçün, Onun yolunda olduğumuz üçün Allahü təala bizi əfv edəcək” buyurur.

Olunan işdə nəticə əldə edə bilmək üçün Allah rızası üçün olunması lazımdır. Niyyət bu olmazsa sıxıntı olacaq, fayda yerinə zərər hasil olacaq. 

* Peyğəmbər əfəndimiz əshabı-kiramdan bəzi böyüklərlə birlikdə söhbət edərlərkən yanlarına bir adam gəlir, başlayır Peyğəmbər əfəndimizə pis sözlər söyləməyə, “Sənin qədər pis, sənin qədər çirkin birini daha görmədim” deyir, buna bənzər təhqirlər yağdırır. Əshabı-kiram Peyğəmbər əfəndimizə baxırlar, bir işarə etsə kifayət edəcək. Peyğəmbər əfəndimiz adamın hər söylədiyinə doğru deyirsən buyurur. Sonra bu adam gedir, yanlarına həzrəti Əbu Bəkir gəlir. “Ya Rəsulallah ömrümdə sənin qədər gözəl birini indiyə qədər heç görmədim. Sənin qədər yaxşı biri ilə heç rastlaşmadım” kimi gözəl sözlər söyləyir. Ona da Peyğəmbər əfəndimiz doğru söyləyirsən ya Əba Bəkir buyurur. Əshabı-kiram təəccüb edirlər, Peyğəmbərlər zarafat da olsa heç yalan söyləmirlər. Peyğəmbər əfəndimizə, “Ya Rəsulallah, o adama da doğru söyləyirsən buyurdunuz, Əbu Bəkrə də, bunun hikməti nədir?” deyirlər.

Peyğəmbər əfəndimiz, “Mən bir güzgüyəm, mənə baxan özünü görür. O adam mənə baxdı özünü gördü, öz xüsusiyyətlərini söylədi. Əbu Bəkir baxdı özünü gördü və öz xüsusiyyətlərini söylədi” buyurur.

5-05-2022, 18:11
Geri