Gözəl İslam / Gedəcəyiniz çayı doğru seçin

Gedəcəyiniz çayı doğru seçin

* Hikmət əhli buyurur ki: 
Dünya axirətin kiçik bir misalıdır. Burada məscidlərə, camilərə gedənlər orada həqiqisinə gedəcəklər. Burada pis yerlərə gedənlər orada pis yerlərə gedəcəklər. Bu, dünyadan axirətə axan iki çay kimidir. Biri Cənnətə gedir, biri Cəhənnəmə gedir. Hər kəs bu çayın birində mütləq gedir, amma ya yavaş gedir, yaxud surətli gedir! Lakin özünün olduğu çay onu bir yerə aparır. İnsanın özü gedə bilməz əlbəttə, amma bir yerə də getməsi lazımdır. Bu səbəbdən gedəcəyiniz çayı doğru seçin.


* Mühüm olan sonsuz birlikdə olmaqdır. Bu dünyada nə qədər uzun yaşayırsan yaşa, yenə ayrılıq var, amma axirətdə sonsuz bərabərlik var. Böyükləri sevən orada onlarla birlikdə olacaqdır.

* Qəlbi yanan səni də, özünü də xilas edəcək. Qəlbi yanmayan səni də yandıracaq.

* Dünya iş görmə yeridir. Axirət qarşılıq yeridir.

* Bu dünyada ölmədən olmaq yoxdur. Zəhmətsiz, çalışmadan bir şeyə qovuşacağını zənn edən axmaqdır. 

* Həzrəti Əli buyurdu ki: “Dünya nemətlərini araşdırdım, ən yaxşısının sağlamlıq, ən böyük sıxıntının da borclu olmaq olduğunu anladım.”

* Böyüklərdən, övliyalardan yardım hər zaman deyil, hər çarə bitib tükəndiyi zaman istəmək olar.

* Abdullah ibni Mübarək həzrətləri 4000 Hədisi-şərifdən 4 düstur seçmişdir:
1- Davamlı bir günah işləyən bir qadına güvənmə, yəni diqqətli ol,
2- Mala aldanma,
3- Qarnını tox tutma,
4- Əməl edəcəyin qədər elm öyrən, yəni lazımsız elm arxasınca qaçma.

* Yuxarıda olan məhrum qalır. Yuxarıda deyil, aşağıda olmaq lazımdır. Yəni təkəbbürlənmək yox, təvazökar olmaq var.

* Böyüklərin kitablarını oxumaq çox mühümdür, bir saat kitab oxumaq, onlarla yarım saat söhbət etmək kimidir. 

* Bu dünyada qibtə ediləcək iki insan vardır: Ya alim, elmi ilə cəhalətlə mübarizə aparır, ya da zəngin, çox pulu var, yoxsulluqla mübarizə aparır. 

* Xeyirli insan xeyrə vəsilə olur. Bir insanın xeyirli, yoxsa şərli olduğu icraatından məlum olur. 

* Nə vaxt ki, bir Müsəlman qardaşınızı görsəniz, bəlkə də mənim qurtuluşum bu qardaşımın duasındadır, deyə ondan dua istəmək lazımdır.

* Övladına haram işlətmək, haram işləməsinə səbəb olmaq, öz əllərinlə onu atəşə atmaq deməkdir.

* Qurda-quşa faydalı olmaq, heç hirslənməmək lazımdır. Peyğəmbər əfəndimiz İslamiyyəti ilk yaymağa başladığı vaxt heç kim Müsəlman deyildi. Sonra yavaş-yavaş həzrəti Əbu Bəkir meydana çıxdı. Həzrəti Ömərlər meydana çıxdılar. Sanki o dövrdə yaşayırmış kimi inanıb, o şəkildə yola çıxılarsa, hər kəs heyranlıq duyacaq. Hər kəs Allahın quludur. Hər kəsin yaxşılığa ehtiyacı var. Hər kəsin gözəl sözə ehtiyacı var. Hər kəsin nəsihətə ehtiyacı var.

23-04-2022, 15:56
Geri