Gözəl İslam / Zülməti təmizləməyin yolu

Zülməti təmizləməyin yolu

Hikmət əhli buyurur ki:

Axır zamanda bütün dünyanı küfrün zülməti bürüyəcək. Hər kəs bu havanı tənəffüs etməyə məcbur olacaq. Bu çirkabı çıxartmağın, bundan qurtulmağın yolu bir neçə yoldaşın bir yerə yığışanda dindən, imandan, Allahü təalanın sevgili qullarından bəhs etməkdir. Belə etdikdə bu çirkab çıxar, insan təmizlənər, rahatlanar.

Peyğəmbər əfəndimiz dörd böyük xəlifəylə məhşərdə birlikdə olarkən, bir qrup günahkar Müsəlman qarşılarında olacaqlar.

Həzrəti Əbu Bəkir, “Ya Rəbbi, bu günahkar qulların içində doğru sözlü olanlar varsa bunları əfv et” deyər və doğru sözlü olan günahkarlar əfv olunar.
Sonra Həzrəti Ömər, “Ya Rəbbi, bu günahkar qulların içində ədalətli olanlar varsa onları əfv et” deyər və ədalətli olan günahkarlar əfv olunar.

Sonra Həzrəti Osman, “Ya Rəbbi, bu günahkar qulların içində həya sahibi olanlar varsa, onları əfv et” deyər və həya sahibi olan günahkarlar əfv olunar.

Sonra Həzrəti Əli, “Ya Rəbbi, bu günahkar qulların içində mərd olanlar varsa onları əfv et” deyər və mərd olan günahkarlar əfv olunar.

Sonra Peyğəmbər əfəndimiz, “Ya Rəbbi, yoxsul olan qullarını əfv et” deyər və yoxsullar daxil hamısı əfv olunar.


Rabiyəyi Adviyyə həzrətləri çox çilə çəkdi. Amma o çilədən sonra da övliya oldu. İnsanlar çiləni, üzüntünü sevmirlər, halbuki dərman oradadır! Dərmanı heç kim sevmir. Amma dərman acı olsa da, qurtulmaq üçün şərtdir.


Allahü təalanın ən razı olduğu qul, qullarını incitməyəndir. Onlara yük olmayandır. İnsan fəzilətlər sahibi olub, fəzilətlər dilindən tökülürsə, halı bu söylədiklərinə uyğun gəlmirsə, o təhlükəlidir, həm özü üçün, həm başqası üçün. İnsanlar nümunə insan axtarırlar. Ona özünü bənzətmək, onun kimi olmaq, onu nümunə bilib, ona hörmət bəsləmək. Bu, insanın təbiətində vardır. Nümunə insan fədaidir. Fəda etmişdir özünü, insanlar üçün, dinimiz üçün... Hər baxımdan özünü fəda etmişdir. O, artıq özü üçün yoxdur. İnsanlara xidmət üçün vardır. Bu cür mübarək insanlar, cünun [dəlilik] dərəcəsində özlərini vəqf etdilər, heç bir şey düşünmədilər. Yalnız Allahü təalanı və Onun dinini düşündülər. Onun qullarına bu neməti çatdırmağı düşündülər. Ancaq bu şəkildə İslamiyyət bizə qədər sağlam olaraq gəldi. İslamiyyət fədakarlıq istər, vəfakarlıq istər, çilə istər.

İman nemətinin bizdən getməməsi üçün Rəbbimizə gecə-gündüz şükür edək. Bizə qədər gələn əmanəti bizdən sonra gələnlərə Allah rızası üçün ötürməyə çalışaq. Çünki sabah axirətdə Cənabı Haqq,“Ey qulum, sənin qurtulmağın üçün minlərlə, yüz minlərlə qulum özlərini fəda etdilər. Qala qapılarında, qala divarların önlərində, meydanlarda, müharibələrdə, hər yerdə can, qan, mal, hamısını fəda etdilər. Bəs sən nə etdin?” deyərsə, insan cavab verə bilməz. Nemət nə qədər böyükdürsə, onun məsuliyyəti də o qədər böyükdür. Rəbbimizin hüzuruna qul haqqıyla getməyək. Elə bu da qul haqlarından biridir.

Kəlmeyi-təvhid bütündür. Hər kəs Allah deyir. Kafirlər də darda qalanda Allah deyirlər. Amma Muhamməd (əleyhissalam) demirlər. O zaman da iman sayılmır!

3-02-2022, 13:42
Geri