Gözəl İslam / İmanı qorumağın şərti

İmanı qorumağın şərti

Hikmət əhli buyurur ki:
İnsanın malik olduğu ən böyük nemət, iman nemətidir. Bu nemət çox asanlıqla əldən çıxa bilər. Bu imanın insanda həmişə qalması üçün şərt, mömin qardaşlarını sevməkdir. İnsan mömin qardaşlarını sevməzsə, imanını yavaş-yavaş itirər heç xəbəri belə olmaz, çünki hubbi-fillah və buğdi-fillah imanın təməlidir.

Dünyada ən dəyərli şey imandır. İman, möminlə atəş arasında pərdədir. İmanımızın qiymətini bilməliyik.

Cüzam çox yoluxucu bir xəstəlikdir. Bir cüzam xəstəsi ilə bir otaqda yeddi il qalsalar, xəstəliyin yoluxmama ehtimalı vardır, amma bir pis adamla eyni binada qalsalar, heç görüşməsələr belə, rastlaşmasalar belə də ondan zərər gəlməmə ehtimalı yoxdur. Ona görə ev bir, açar bir olmalıdır. Bu mümkün olmasa, yaxşı insanlarla eyni damın altında qalmağa diqqət etmək lazımdır.

Yaxşılığın yayılması çətindir. Pisliyin yayılması asandır. Çünki yaxşılıq nəfsə ağır, pislik isə nəfsə asan gəlir.

Allahü təala hər şeyi səbəblərlə yaradır. Beləcə qüdrətini gizləyir. Məsələn, görmək üçün işığa, danışmaq üçün havaya ehtiyac var, amma ruhlar aləmi belə deyildir. Bir övliya ilə əlaqə qurub danışmaq üçün havaya, səsə, dilə və sairəyə ehtiyac yoxdur. İnsan qəlbi ilə də danışa bilər. Bunun üçün də yenə üç şey lazımdır:
1- O şəxsin Övliya olduğuna inanmaq,
2- Onu sevmək,
3- İtaət etmək.

Əshabı-kiram səxavət, təmizlik, ədəb və tabe olmaq cəhətdən İslam əxlaqının nümunəsidirlər. Onları görənlər, onlar mələkdirmi deyərdilər. Hər getdikləri yerdə bu əxlaqlarını görənlər sevə-sevə Müsəlman oldular. Onlar daim İslamiyyətdən danışırdılar. Hər kəsin əbədi səadətə çatmasını istəyirdilər. Getdikləri yerlərdə yalnız, İslamiyyətin izah olunması üçün izn verilməsini istəyirdilər. Qılıncla müdaxilə yox idi, amma izah olunmasına mane olduqlarında, o vaxt qılınca ehtiyac olurdu.

Bu günün işini sabaha deyil, heç bir az sonraya belə saxlamaq olmaz. Bir iş görülməlidirsə, bunun dərhal bitməsi lazımdır. Hər işimizi özümüz görməliyik, başqasından bir iş istəsək, nəticəsini gözləməli, yəni izləməliyik.

Axır zamanda zülmət çox olur. Bir kimsə evdən dəstəmazlı çıxsa, heç günah işləmədən evinə qayıtsa belə, o günkü zülməti təmizləmək üçün beş min kəlmeyi-tövhid söyləməsi lazımdır.

Axır zamanda insanların çoxunun etdiyinin əksini edən rahat olacaq, çünki o zaman insanlar yalnız nəfslərinin arxasınca qaçacaqlar. Nəfs də insanı həmişə həlak olmağa sürükləyir.

Dinin möhkəm durması iki şeylə olur: Birincisi elm, ikincisi ədəbdir.

“Bir gün gələcək insanlar, şərabla suyu ayıra bilməyəcəklər” buyurulmuşdur. Yəni içkinin günah olduğunu bilmədən, düşünmədən içəcəklər.

10-01-2022, 15:55
Geri