Gözəl İslam / İnsanı ən son tərk edən xasiyyət

İnsanı ən son tərk edən xasiyyət

* İnsanı ən son tərk edən pis xasiyyət, əmr vermək, başçı olmaq arzusudur. Bu arzu çıxar, sonra can çıxar. Keçmişdə bir adam ayaq yoluna getmiş. Ayaq yolunda düzülmüş aftafalardan birini götürüb içəri girərkən, ayaq yolu gözətçisi demiş ki, o aftafanı qoy o birini götür. O da, o birini götürüb çıxdıqdan sonra demiş ki, bu aftafanın digərindən nə fərqi var idi? Gözətçi də demiş ki, “Qoy mənim dediyim olsun”.

* Riyazət çəkənlər insanlar iki cürdür:
Birincisi, nəfslərinin arzusu istiqamətində riyazət çəkənlərdir. Bunların halı, bir taxtaya qara cila sürtməyə bənzəyir. Qara cilanı sürtdükcə taxta parıldayır. O qədər sürtər ki, güzgü kimi olur, öz əksini görür. Əslində bu nəfsin cilasıdır, altı taxtadır.

İkincisi, Allahü təalanın əmrlərinə uyğun olaraq riyazət çəkənlərdir. Onların vəziyyəti isə güzgü kimidir. Güzgünün arxası nə qədər qaralarsa parlaqlığı bir o qədər artar. Bu kəramətdir, digəri isə istidracdır.

* Bir gün böyük bir şəxsin tələbələrindən biri ona yaxşılıq etdiyi halda, ondan pislik gördüyü başqa bir tələbə üçün xocasından “Əfəndim, mən heç kim haqqında pis düşünə bilmərəm. Əlimdən gəlməz, gəlsə belə pisliyin qarşılığını verə bilmərəm. Mən filan yoldaşa əlimlə sütlac yedirtdim. Pulu yox idi pul verdim, işlərini gördü. Mən ona nə etdim ki, mənə bu pisliyi etdi?” deyə soruşdu. Xocası buyurdu ki:
“Peyğəmbər əfəndimiz kimə nə pislik etdi ki? Evindən, yurdundan sürgün etdilər, öldürməyə qəsd etdilər. Dünyada ən çox düşməni olan kimdir bilirsinizmi? Allahü təaladır. Sonra Qurani-kərimdir. Sonra Peyğəmbər əfəndimizdir. Niyə? Çünki haqqı söyləyirlər. Onun düşmənliyi sizə deyildi. Xocanıza, yəni mənə idi, amma açıqlaya bilmədi. Çox keçməz yaxında açıqlayar.”

* Böyüklərdən bəhrələnmək üçün onlara özünüzü acındırmalısınız.

* Böyüklərin yolu qısa və qovuşdurandır.

* İnsanlar hürriyətlərinin genişlənməsini istəyirlər. Səhv edirlər. Halbuki, ağılları olsaydı, hakimiyyətlərinin sıxışdırılmasını istəyərdilər. Xaltalı itlər əl üstündə gəzir. Halbuki xaltasız itləri tələf edirlər (öldürürlər.)

* Əmirin xəbəri olmadan görülən iş, giriş və çıxış məşru (qanuni) deyildir.

* İnandığını söyləyənin sözündə rəbbani təsir vardır. Öyrəndiyini söyləyənin sözündə isə təsir yoxdur.

* Bir gün bir böyük şəxsin tələbəsi başqa bir tələbə yoldaşı üçün xocasından dua istəyir. Xocası buyurur ki: Mən ona dua etmərəm. Etsəm də qəbul olmaz, çünki anası ondan razı deyil.

* Yuxarıda qalan məhrum qalır. Aşağıda qalan nemətlərə qovuşur. Yəni təkəbbürlənən məhrum qalır, təvazökar olan nemətlərə qovuşur.

20-12-2021, 16:41
Geri