Gözəl İslam / Qəlblər və birləşmiş qablar

Qəlblər və birləşmiş qablar

* U şəklində bir şüşəyə su qoyulsa, su gedib gələcək və iki tərəf də bərabər olacaq. Müsəlmanlar da bir yerə toplaşdıqları zaman bir-birlərinin qəlblərinə nur axır, eyni birləşmiş qablar kimi. Ona görə də pis insanlarla bir yerə yığışmaq olmaz. Onlardan nur çıxmaz, onlardan zülmət gələr. Peyğəmbər əfəndimiz İslamiyyətin ilk dövrlərində məzar ziyarətini qadağan etmişdi. Çünki o zamanlar ölənlər Müsəlman deyildilər. Amma nə vaxt ki, Müsəlmanlar da vəfat etməyə başladılar, o zaman izn verdilər. Məsələn, din kitabını oxuyarkən də, yazanın qəlbindəki nurlar birləşmiş qablar üsulu ilə gedib-gəlməyə başlayır. Buna görə də, İmam Rəbbani həzrətləri kimi böyüklərin kitablarını oxumaq lazımdır. Bir adam kitab oxuyarsa, sadəcə kitab oxumuş olar. İki adam oxuyarsa, söhbət olar və yenə nurlar gedib-gəlməyə başlayar.

Bir vəlinin qəlbindəki nurlar da belədir. O şəxsi tanıyan və sevən çox feyz alır. Tanımayan, amma Afrikanın ortasında olan biri də feyz alır. Lakin tanıyıb inkar edən, qapısının önündə də dursa feyz ala bilməz. Feyz vermək o şəxsin əlində deyildir, öz-özünə axır. Amma üç insan bu feyzi ala bilmir:
1- Kafirlər,
2- İnkar edənlər,
3- Şübhələnib imtahan edənlər.

Şah Nəqşibənd həzrətləri, “Ustadını imtahan edən məlundur” buyurdu.

* Uşaqlarımızın könlünə övliya və böyüklərin sevgisini yerləşdirməyə çalışmalıyıq. Onlara davamlı böyüklərdən, məsələn, İmam Rəbbani həzrətlərindən, Abdülqadir Qeylani həzrətlərindən bəhs etməliyik. Onların sevgilərini mərmərə nəqş etmiş kimi qəlblərinə yerləşdirməliyik. Bu zaman mərmərə yazılmış kimi olar. Yoldan çıxmazlar, yollarını itirməzlər.

* Ramazanı-şərifin hər günü möminlər üçün bayramdır. Bu günlərin qədrini bilib, dəyərləndirən müsəlmanın bütün bir ili bərəkətli keçər.

* Əhli-sünnət alimlərinin bir kitabını, məsələn İmam Rəbbani həzrətlərinin Məktubatını birinə vermək demək, onu qulağından tutub Cənnətə salmağa çalışmaq deməkdir.

* İbadət edənin sinəsini qabartmasındansa, günah işləyənin günahı səbəbi ilə qəlbinin qırıq olması, peşmanlıq içində olması daha yaxşıdır.

* İslamiyyətdə bir adamın əli qalxmalı, bir adamın əli enməlidir. O adam da əmirdir.

* Bir bölgəyə gəldikdə əvvəlcə məscidə getmək sünnətdir.

* Ya böyükləri qəlbdə tutmaq və ya onların qəlbinə girmək lazımdır.

* Qarşısınıza əngəl çıxarsa, bunu aşmağa cəhd etməyin, yanından keçin.

* Sükut ikrardan gəlir.

* Övlada edilən yaxşılıq və ya pislik ataya edilmiş sayılır.

* Xeyirli işlərdə sıxıntı çox olur.

12-11-2021, 14:33
Geri