Gözəl İslam / İnanmaq və sevmək

İnanmaq və sevmək

Hikmət əhli buyurur ki:
Necə ki, elektrik kabellə, su boruyla ötürülürsə, feyz və nur da qəlbdən qəlbə ötürülür. Bunların nəql vasitəsi məhəbbətdir. Bu nurlar hər yerə yayılmaqdadır. Bundan faydalanmanın iki şərti var: İnanmaq və sevmək.


Bu sevgidə, sevilənin sevdikləri sevilir, sevmədikləri sevilməz. Böyüklərin həyatını oxumaq qəlbdən dünya sevgisini çıxarır, yerinə Allah sevgisi və Övliya sevgisi dolur, insanın ixlası artır. Bir kimsə, öz başına İslamiyyətin bütün əmrlərini yerinə yetirsə, qurtulmaq ehtimalı vardır, lakin bir kimsə, İmam Rəbbani həzrətləri kimi bir Böyüyə tabe olsa, onu sevsə, qurtulmamaq ehtimalı yoxdur. Bu böyük şəxsi sevən imansız getmədiyi kimi, onların sevdikləri də imansız getməz. Ümumi bəla Rəsulullah əfəndimizin olduğu yerə gəlmədiyi kimi, varislərinin olduğu camaata da gəlməz.

İnsanın bir səfərdən qayıdanda əldə etdiyi qazancı, etdiyi ibadətlər, xeyir və həsənətlər, yəni Allah üçün etdikləridir. Gerisi xəyaldır. Dünya səfərinin nəticəsi də buna bənzəyir, qazancı Cənnətdir, zərərindən Allahü təala qorusun!

Allahü təalanın qanunları vardır. Fizika qanunları, təbiət qanunları deyə bilinənlər, Onun yaratdığı və əşyanın daxilinə gizlədikləridir. İnsanlar bunları araşdırırlar, kəşf edirlər və istifadə edirlər. Həmçinin Onun əmr və qadağaları da vardır ki, bunları Qurani-kərimdə bildirmişdir. İnsanların əmin-amanlıqda olmaları, ancaq ona tabe olmaqla mümkündür. Bunlar, araşdırmaqla ələ keçməz. İslam alimləri, “Bütün gözəlliklər və yaxşılıqlar İslamiyyətin içərisindədir, xaricində heç bir gözəllik yoxdur və ola bilməz” buyururlar.

Axır zamanda İslamın iki şüarı qalacaq: Kişinin namazı və qadının örtüsü.

Təsəvvüfdən məqsəd, dünyanın fani, axirətin baki olduğunu anlamaq və bunları nəzərə alaraq özünə fikir verməkdir.

Böyüklər, maddi və ya mənəvi olsun, verdikləri heç bir şeyi geri almazlar.

Bir yerə gedildiyi zaman, ilk olaraq Allahü təalanın evi olan məscidləri ziyarət etmək sünnətdir. Allahü təala da qonağına gözəl ikram edər.

Bir qul yaxşılığı qırıq qəlblə edərsə, cənabı Haqq qatında o əməl məqbul olar. Bu iki xüsusa çox diqqət etmək lazımdır:
1- Elə həyat sürmək lazımdır ki, heç kim bizim üzümüzdən Cəhənnəmə girməsin.
2- Yanımıza kədərli gələn adam, yanımızdan sevinclə, gülərək çıxsın.

11-03-2021, 17:32
Geri