Gözəl İslam / Ən əlasından daha əladır

Ən əlasından daha əladır

Allahü təala bir quluna yaxşılıq etmək istəsə, onu bu böyüklərlə tanış edər ki, bu dövləti-uzmadır. Yəni ən böyük nemətdir. Onların zərrələri kainatdan dəyərlidir. Bu olmazsa, onların sadiq bəndələri ilə qarşılaşdırar. Bu da böyük nemətdir.

İmanı, etiqadı düzgün olan və Allahın sevgili qullarını tanıyan yoldaşlarımızın ən ədnası, yəni ən alçağı, digərlərinin ən əlasından daha əladır, çünki doğru imandan və bu böyükləri tanımaqdan dəyərli üstünlük yoxdur.

Böyükləri, məsələn, İmam Rəbbani həzrətlərini çox sevdiyini söyləyən, o mübarək şəxsi görmədi. Qohumu filan da deyil. Elə isə, o mübarək şəxsi qaşının, gözünün xatirinə sevmir deməkdir. Belə olsaydı dəyəri olmazdı. O, onları xidmətlərindən ötrü sevir. Elə isə bu sevgisi eyni zamanda öz dəyərini göstərir.

Axır zamanda özünüzü və yoldaşlarınızı qorumaq üçün, müdaraya (insanları xoşluqla idarə etməyə) üstünlük verməli, fitnədən çox çəkindirməlisiniz.

İxlasla kəlmeyi-şəhadət söyləyən və küfrə səbəb olan söz və ya iş  etməyən hər kəsin Müsəlman olduğuna şəhadət edirik.

Bir insan vəzifə və mal sahibi ikən hiss etdiklərini, zillətə düşdüyü zaman da hiss edirsə, o insan ixlaslıdır.

Nizam-intizamlı bir hərbi hissə, nizam-intizamsız bir ordudan daha yaxşıdır. Bir cəmiyyət namazını qılsa, başçısına da itaət edərsə, zəfərə nail olar.

Səhhəti qorumaq Müsəlmanların üzərinə vacibdir, ibadətləri etmək ancaq bununla mümkün olur. Səhhət üçün pula qənaət edilməz. Xüsusilə yaşlıların soyuqdəymədən və yıxılmaqdan çox ehtiyyat etməsi lazımdır. Hər gün evin havalandırılmasına da fikir vermək sağlamlıq üçün əhəmiyyətlidir.

Böyüklər vaxtaşırı sıxıntı və xəstəlik vaqe olanda, Peyğəmbər əfəndimizin etdiyi kimi edirlər. Onlar Qul əuzüləri oxuyub, əllərinə üfüləyib və üzlərinə, ağrıyan yerlərə sürtərdilər.

Axır zamanda, iman zəifliyə uğradıqca, Allah qorxusu, axirət qorxusu azaldıqca, insanlar pis yollara düşərlər. Sehr, cadu edərlər. Kitablarda bundan qorunmağın çarələri yazılmışdır. İkisi ən yaxşısıdır:
1- Ayəti-hırz, bir həftə səhər-axşam oxunarsa heç bir şey qalmaz.
2- Silsiləyi-aliyyə böyüklərinin adlarını əzbərləyib müsait vaxtlarda oxunarsa, bu böyüklərin üzü suyu hörmətinə cənabı Haqq mühafizə edər. Hamısı sarayın qapıları kimidir, muradına qovuşmaq, sıxıntıdan qurtulmaq istəyən bunlara sarılsın.

13-08-2020, 14:15
Geri