Gözəl İslam / İşin əsli məhəbbətdir

İşin əsli məhəbbətdir

Hikmət əhli buyurur ki:
Əhli sünnət alimlərini, Övliya şəxsləri sevən qazanar; çünki işin əsli məhəbbətdir. Məxluqatın yaradılmasına səbəb olan şey məhəbbət sifətidir.


İndiki insanlar heyvani, yəni nəfslərinin şəhvani arzularına eşq deyirlər. Haşa! Eşq, məhəbbət, sifəti-ilahidir, mübarəkdir, möhtərəmdir, müqəddəsdir. Cənabı Haqq qəlbimizə bu eşqdən bir az vermişdir. Bir hissəsini verib, bir hissəsini verməmək kərəminə yaraşmaz. Azını verən, çoxunu da verər, inşallah.

Övliyai-kiramın ruhlarından, onlar sağ ikən feyz alındığı kimi, vəfatlarından sonra da feyz almaq olur. Hətta vəfatlarından sonra daha çox feyz verirlər. Əsas odur ki, sevgi, məhəbbət olsun, Əhli-sünnət etiqadı olsun, haram işləməmək olsun. Bir də namazlar qılınırsa, feyz kesilməz, artar.

Övliya da, Allahü təalanın sifətlari ilə sifətlənmişdir. Onlar da, dünyada dostla düşməni ayırmazlar. Dostlara göstərdikləri yaxşı davranışı, dost olmayanlara da göstərərlər. Sevməyənlər, dostlarla qarışıb Övliyanın hüzuruna gələrlər. Övliya onlara heç vaxt pis münasibət göstərməz, dostlarına olduğu kimi, onlara da ikram edərlər, şirin danışarlar. Onlar da, “Bu adam mənim düşmən olduğumdan xəbəri olmadığı üçün dostluq edir” deyərlər. Övliyanın dostla düşməni ayırmaması, nemət vermək baxımındandır. Yoxsa onlarla söhbət etməzlər, onlara getməzlər, dükanlarından alış-veriş etməzlər. Ancaq onlar gələrsə, qarşılaşsalar ayırd etməzlər. Amma dostlara gedərlər, xəstəsini ziyarət edərlər, cənazəsinə gedərlər, digərlərinə getməzlər.

Allahü təalanın feyzi, hər an, dinli-dinsiz hər kəsə gəlir. Bu feyzi qəbul edib-etməmək insanın qabiliyyətinə bağlıdır.

Mürşidi-kamilin feyzi, tələblə gələr. Feyz gəlməyin iki şərti vardır:
1- Sevmək: Sevmək ədəblə olar. Ədəb, baş üstə demək, sözə qulaq asmaqdır. Mürşidi-kamilə qarşı hörmətsizlik edilərsə feyz kəsilər.
2- İnanmaq: İnanmaq, o şəxsin böyüklüyündə zərrə qədər belə şübhə etməmək deməkdir.

Əhli-sünnət alimlərinin kitablarını sevərək oxuyan, onların feyz və bərəkətinə qovuşar. Övliyanın ruhlarından bəhrələnə bilmək üçün bəzi şərtlər vardır:
1- Tanımaq, bilmək: Şəklini və ya adını bilmək deyil, mürşidi-kamil olduğunu bilmək və qəbul etməkdir.
2- İnanmaq: Hər sözünün və işinin İslamiyyətə uyğun olduğuna inanmaqdır.
3- Sevmək: İtaət etməklə, bəyənərək onun yolunda getməklə olur.

18-07-2020, 14:36
Geri