Gözəl İslam / Mərhəmətdən mərəz doğar

Mərhəmətdən mərəz doğar

Hikmət əhli buyurur ki:
İslamiyyətə zərər verənlərə qəzəblənmək şərtdir. Bunu gördüyü halda qəzəblənməmək doğru olmaz. Yeri gəldiyi zaman qəzəblənmək də lazımdır, öfkələnmək də lazımdır. Həddindən artıq mərhəmətdən mərəz doğar. Bu hirslənmək, düşmənlik qəlblə olur. Yoxsa heç kimlə dava, mübahisə, münaqişə etmək olmaz. Tarixdə bəzi dövlətlər hökmdarlarının çox mərhəmətilə pərişan olub, dağılıb getdilər.


Bir kimsənin saleh bir şəxs olmasının əlaməti, bütün Müsəlmanlara qarşı şəfqət və mərhəmətinin çox olmasıdır.

Bir kafir ölkəsində bir hərbçinin Müsəlman olması, yüz sivilin Müsəlman olmasından daha əhəmiyyətlidir. Bir müəllimin Müsəlman olması isə yüz hərbçinin Müsəlman olmasından daha qiymətlidir. Hər Müsəlmanın hədəfi də ən qazanclı iş üçün çalışmaq olmalıdır. Yəni toxumu ən münbit yerə əkməyə çalışmalıdır. Səmərəsi də ona uyğun olaraq çox olar.

Var olmaq üçün əvvəlcə yox olmaq lazımdır. Yox olmadan var olunmaz. İki əks qütb bir yerdə ola bilməz, həm var, həm yox ola bilməz. Əvvəlcə yox olmalıdır ki, ondan sonra var ola bilsin. Var olmaq, yox olmaqdan keçir.

Böyüklərin vəfatından sonra himmət və tasarrufu artar. Övliyanın ruhu dünya həyatında ikən bədənində həbsdədir, vəfatından sonra ruh sərbəst qalır. Sağlığında qınındakı qılınc kimidir. Vəfat etdikdə qınından çıxan qılınc kimi tasarrufu və himməti qat-qat artar.

Hədisi-şərifdə (Bir insana dəli deyilmədikcə, o insanın imanı tamam olmaz) buyuruldu. Buradakı dəli, xidmət dəlisi mənasındadır, çünki nəfs kafir olduğu üçün bu xidmətə əngəl olur. İnsan nəfsini ayaqlar altına alıb, bir insanı daha Cəhənnəm atəşindən xilas etmək üçün yola çıxarsa, insanların hidayəti üçün gecə-gündüz demədən çalışarsa, doğru din kitablarını tövsiyə edər və bu kitabları təmənnasız, ödənişsiz olaraq tanışlarına verərsə, nəfsi ona sən dəlisən deyər.

Allahdan qorxmaq lazımdır. Heç bir Müsəlmanın əleyhinə danışmamaq lazımdır. Biz onun hesabını görməklə vəzifələndirilmədik. Allah quluna zülm etməz, edən özünə edər. Xəta, qüsur görməyək. Olmuşsa da əfv edək. Həmişə yaxşı tərəfini görək, həmişə yaxşı tərəfini danışaq, həmişə yaxşılığından bəhs edək. Heç sevmiriksə, susaq.

Bir qadının ərinin üzünə qarşı gülməsi, ancaq yoxluğunda ona xəyanət etməsi Cəhənnəmlik olduğunun əlamətidir.

Bu iki dərdin əlacını tapmaq çox çətindir:
1- Axmaqlıq,
2- Pis xasiyyətli qadın.

Qadının əsalət və şərəfi, Allahdan qorxmaq, zənginliyi Allahın qismətinə razı olmaq, bəzəyi və zinəti yaxşılıq və səxavətə bürünmək, ibadəti ərinə gözəl xidmət etmək, qeyrət və himməti də axirəti üçün hazırlıq görmək olarsa, bütün bunlar onun yaxşı qadın olduğunun əlamətləridir.

Bir kimsə xanımının əza və cəfasına səbir və təhəmmül edə bilməzsə, özünün dərəcəsinin ondan üstün olduğunu da iddia edə bilməz!

30-06-2020, 14:52
Geri