Gözəl İslam / Övliyanı sevən qurtular

Övliyanı sevən qurtular

Hikmət əhli buyurur ki:
Kəbəyi-müəzzəmə ilk göründüyü an edilən dua rədd edilməz. Silsiləyi-aliyyə böyüklərindən, Kəbəyi-müəzzəməni gördükdə (Ya Rəbbi, bizi sevəni dostun et) deyə dua edənlər oldu və bu duaları qəbul oldu. Bu böyükləri sevən insan nə qədər şükür etsə azdır!


Əgər Allahın Vəli qulları olmasaydı, yer üzü bütün içindəkilərlə birlikdə batardı! Əgər sadiqlər olmasaydı, yer üzü fəsada uğrayardı. Əgər alimlər olmasaydı, insanlar heyvanlar kimi olardılar. Əgər axmaqlar, ağlı qısa adamlar olmasaydılar, yer üzü viran olardı. Əgər külək olmasaydı, yerlə göy arasında pis iydən yaşanmaz olardı.

Bir Müsəlman dünya və qadın mövzusunda imtahanı qazanmadıqca yetkinləşə bilməz.

Bizi incidən, bizə sıxıntı verən hər hansı bir hadisənin əgər dinimizə zərəri yoxdursa müdaxilə etməməli, səbir etməliyik. Dinimizə zərər vermirsə, deməli nəfsimizə zərər verir. Ona da səbir etmək, nəfsə uymamaq lazımdır.

Bütün toylardan, nikahlardan ayrılmağın səbəbi, adətlərə uymaqdır. Əlaüddin Əttar həzrətləri, (Adətləri qoyun kənara, Allahın əmrinə uyun) buyurdu.

Haram pulla məscid tikdirmək, kirli paltarı sidiklə yumağa bənzəyir ki, onda daha çox çirklənir. Belə məsciddə namaz qılınmaz. Əldə haram pul varsa, bir miqdar halal pul qarışdırmaq lazımdır. Haramla halal qarışdıqda mülk olur. Hər nə qədər tayyib [təmiz] olmasa da, istifadə etmək caiz olar. Belə halal-haram qarışıq pullarla tikilən məsciddə namaz qılmaq caiz olar.

Qar ağappaqdır, bütün natəmizliklərin üstünü örtür, hər tərəf ağappaq görünür. Müsəlman da qar kimi din qardaşının qüsurunu örtüb gizləməlidir.

Hər kim ki, hər gün (Allahım! Ümməti Muhammədə rəhmətini ehsan buyur! Ümməti Muhammədin halını islah eylə! Ümməti Muhammədi bəla və kədərlərdən salamat qıl!) deyə dua edərsə, Allahü təala onu övliya qullarından qılar.

Zidd şeylər arasında rəqabət olmaz, rəqabət bənzər şeylər arasında olur. Məsələn, dülgərlə dərzi arasında rəqabət olmaz, iki dülgər, iki dərzi arasında rəqabət ola bilər.

Fitnəkarlara etibar etməməli, fitnə çıxmasına izn və fürsət verməməliyik. Fitnəyə səbəb olmamalı, bir-birimizə düşməkdən və düşürməkdən çox çəkinməliyik. Bütün böyük dövlətləri, cəmiyyətləri fitnə bir-birinə düşürərək məhv etmişdir.

Əskik, səhv və qəbahətli olduğunu qəbul etmədən düzəlmə olmaz, çünki çarəsini axtarmaz. Bundan sonra düzəlmək üçün dörd şey lazımdır:
1- Söhbət,
2- Doğru elmihal oxumaq,
3- Tövbə etmək,
4- Bəli, baş üstə demək, yəni söz dinləmək.

27-06-2020, 17:34
Geri