Gözəl İslam / Mömin hər kəsə rəhm edər

Mömin hər kəsə rəhm edər

Hikmət əhli buyurur ki:
Mömin, insanlara qarşı mərhəmətlidir. Onlara qarşı çöhrəsindən gülər üz və sevinc əskik olmaz, lakin özündən nifrət edər, ona görə həmişə kədərlidir. Peyğəmbər əfəndimiz, (Möminin sevinci üzündədir, halbuki qəlbi kədərlidir) buyurmaqdadır. Möminin təfəkkürü, düşüncəsi, ağlamağı çoxdur, ancaq gülməyi azdır. Təbəssümü ilə qəlbindəki hüznü gizləyir. Kənardan baxanda dolanışığını təmin etməyə çalışır, amma qəlbi Rəbbini anmaqla məşğuldur. Ailə-uşağıyla məşğuldur, ancaq qəlbi Rəbbi ilədir.


Allah adamlarından, Allah dostlarından bəhrələnməyin tək yolu vardır. O da özünə rəhm etdirməkdir. O böyüklər, ancaq rəhm etdiklərinə, yazığı gəldiklərinə verirlər, istəyənə deyil.

Hər kəsdə qüsur axtaranın dostu olmaz. Qüsuru özündə axtaranın dostu çoxalar.

Hər kəs bir səfərə gedərkən, özünə yolda və gedəcəyi yerdə lazım olan əşyalarını götürür, qalanını götürməz. Hamımız axirət yolçusuyuq. O halda bu dünyada, yolda və gedəcəyimiz yerdə lazım olanları tədarük etmək məcburiyyətindəyik.

Bunları çıxmaqla, yola və gedəcəyimiz yerə faydası olmayan işlərlə məşğul olmaq axmaqlıqdır. Bəs, ev var, maşın var, bunları nə edəcəyik? Bunlar axirət niyyətilə olarsa, hamısı səfərə aiddir. Nəfs üçün olarsa, beş qəpik etməz.

Uca dinimizdə əhəmiyyətlini mühümdən üstün tutmaq qaydası vardır. Yəni önəmli olan deyil, daha önəmli olan seçilir. Bu da, ixlas və qabiliyyət işidir.

Fiqh elmi ilə, yəni elmihal biliklərilə məşğul olmaq lazımdır. Sıxıntısı olan qurtular. Qəlbin şəfası fiqhdir. Qurani-kərimin təfsiri, fiqhdir. Bunlar axirət nemətidir. Bunlar artdıqca dünya və dünya ləzzətləri kiçilər. Əgər dünya artarsa, o zaman mənəviyyat kiçilər.

İnsanlara rəhbərlik edən, yol göstərən insanda bu xislətlər olmazsa, o rəhbərlik edə bilməz. Qüsurları örtən və bağışlayan olması, şəfqətli və həlim olması, doğru sözlü və yaxşılıq edən olması, yaxşılığı əmr edib, pisliklərdən uzaqlaşdıran olması, qonaqpərvər və gecələri insanlar yatarkən onun ibadət edən olması, alim və cəsur olması lazımdır.

Ətrafında gülərüz və şirindil qonşuları olan bir evin dəyər və qiyməti çox olur.

Qızıl, pul sevgisi, dünyaya düşkünlərin qidasıdır. Onunla həlaka doğru sürüklənirlər.

İslamiyyətdə müxtəlif qazanc yolları vardır: Ticarət, sənət, əkinçilik, xidmət kimi… Bunları edə bilməsə, o zaman dilənçilik etməsi caizdir. Bunu da edə bilməsə, yazmış olduğu din kitabından cüzi qazanc əldə etməsi caizdir. Ölməyəcək qədər bir pul. Belə olmadan, sırf pul xatirinə bu işi görürsə, dünyanı axirətdən seçmiş sayılır.

Allah ləfzində ona məxsus bir nur, bir təsir, bir xassə vardır. Hətta hindu belə söyləyərsə faydalanar, təsir edər, qəlbi yumşalar, bir toxunsan dərhal iman edər.

24-06-2020, 16:40
Geri