Gözəl İslam / Allahü təala imana zamin deyildir

Allahü təala imana zamin deyildir

* Mal yaxşı da deyildir, pis də deyildir. Mal, mülk könülə girərsə, onu şıltaq edər və onun sonu olar. Mal-mülk gözəl niyyətlə istifadə olunarsa, faydalı olar. Niyyət gözəl olmazsa, insanın fəlakəti olar.

* Razzaq olan Haqq təala ruzilərə zamin olmuş, qullarını bu sıxıntıdan xilas etmişdir.

* Aza qənaət etməyən çoxu tapa bilməz. Özünüzə güvənməyin, Allahü təalaya güvənin. Sizə düşən vəzifə budur. Səhər quş kimi... Yuvasından çıxır, təvəkkül edir, axşama tox qayıdır.

* Malı zərərdən qorumağın əlacı zəkat verməkdir.

* Zəkat niyyətilə bir qəpik vermək, dağlar qədər qızıl sədəqə verməkdən qat-qat daha savabdır.

* Borc yükü altında əzilməkdənsə, daş daşımağı seç. Yoxsulluqdan qorun. Yoxsul olanın dini və ağlı zəyifləyər və mürüvvəti gedər.

* Bir zənginlə yoldaş olduğun zaman onun yanında dərəcəni aşağı salmaq istəmirsənsə, ondan heç nə istəmə. Çünki istəmək insan oğlunun üzündə qara bir ləkədir. Veriləni rədd edən şəxs isə verənin gözündə böyük və ona qarşı yerini qorumuş olur.

* Zənginlərin təvazökar olması gözəldir. Kasıblar isə qürurlu olmalıdır.

* Allahü təala ruziyə zamindir, amma imana zamin deyildir.

* Düşünməklə ibadət olmaz, oturmaqla ticarət olmaz.

* İslamiyyətdə pulun yeri qəlb deyil cibdir. Pul, müsəlmanın qəlbində deyil cibində olmalıdır. Pul, qəlbdə olsa, bu pisdir və xoş deyil. Bir cib dolu olduqda qəlb boş olur. İki cib dolu olduqda qəlb bomboş olur. Cibdə olmazsa, qəlbdə olacaq. Ciblər boş olarsa, qəlb dopdolu olar, həm də irinlə qarışıq…

* Ehtiyacsızlıq azğınlığa səbəb olur.

* Hər verən səxavətli deyil, verdiyinə sevinən səxavətlidir.

* Allahü təala dünyada müsəlmanlara da, kafirlərə də ruzi verir, rahatlıq, huzur  verir. Kafirlə müsəlmanı dünyada ayırd etmir. Müsəlmanlar Allahü təalanın dostudur, kafirlər düşmənidir. Dünyada dostla düşmən ayrılığı yoxdur, lakin axirət elə deyildir. Axirətdə dostla düşmən ayrılacaq. Müsəlmanlara nemətlər, kafirlərə əzablar var.

 

* Əlhamdülillah müsəlmanıq. Cənabı Haqqın böyük ehsanına, böyük lütflərinə nail olduq. Milyonda bir insana verilməyən böyük səadət verildi. O da Əlhamdülillah ki, iman etdik. Bu imanın gözəlliyini, bu imanın lətafətini izah etməliyik. Necə izah etməliyik? Əvvəlcə bu imanın təzahürü bizdə təşəkkül etməlidir. Yalan danışmamalıyıq, oğurluq, hiylə etməməliyik, verdiyimiz sözdə durmalıyıq, İslam əxlaqı ilə əxlaqlanmalıyıq, qeybət, dedi-qodu etməməliyik, insanların qəlblərini qırmamalıyıq, gülər üzlü olmalıyıq, ailələrimizi incitməməliyik, insanlar həsrətimizi çəkməlidirlər. Onsuzda müsəlman həsrəti çəkilən insan deməkdir. Hər kəs, kaş bir görsəydik, bir dinləsəydik, deməlidirlər.

Belə olsaq bi şey izah etməyə ehtiyac qalmaz. İnsanlar başa düşərlər. Hər kəs yaxşını pisdən ayırar və müsəlmanlığa rəğbət bəsləyər. Amma siz gözəl nümunə olmadan, əllaməyi-cahan olsanız, fəzilətlər, ən gözəl kəlamlar, elmlər sizdə olsa halınız xarabdırsa, insanlara zərər verəcəksiniz. İslamiyyətə də zərər verəcəksiniz.

Əvvəlcə iynəni özümüzə batıraq. Yaxşı bir müsəlman olmağa, müsəlmanları sevməyə və hətta sevilməyə çalışaq. Nəfsimizə çətin gələn şeylərə və ya nəfsimizə çətinlik verənlərə dua edək. Qəlbinin nurlanmasını istəyirsənsə, qəzəbləndiyin insanlara dua et.

 

12-06-2019, 15:26
Geri