Gözəl İslam / Həccin şərtləri

Həccin şərtləri

Sual: Həccin şərtləri nələrdir?

CAVAB

Həccin vücub və əda şərtləri vardır.

Vücub şərtləri bunlardır:

  1. Müsəlman olmaq.
  2. Qeyri-müsəlman ölkəsində olanın həccin fərz olduğunu eşitməsi.
  3. Ağılı, həddi-buluğ olması.
  4. Azad olması.
  5. Ehtiyacdan artıq, həccə gedib gələcək və evindəkilərə çatacaq qədər pulu olması.
  6. Həcc vaxtının gəlmiş olması. [Həcc vaxtı arəfə və bayram günləri olmaq üzrə 5 gündür]
  7. Həccə gedə bilməyəcək qədər kor, xəstə, yaşlı və şikəst olmaması. 

 Əda şərtləri də bunlardır:

  1. Həbs edilmiş və qadağan edilmiş olmaması.
  2. Həcc üçün gedəcəyi yolda və həcc yerində salamatlıq və əmniyyətin olması.
  3. Qadının, qocasının və ya əbədi məhrəm qohumlardan fasiq və mürtəd olmayan ağıllı, həddi-buluğa çatan və ya mürahıq (həddi-buluğa çatmadığı halda o yaşda görsənən) bir kişiylə bərabər getməsi lazımdır. Hədisi-şərifdə buyuruldu ki:

“Qadın yanında bir məhrəmi olmadan həccə gedə bilməz” [Bəzzar]

[Şafidə məhrəmsiz olaraq qadınlar fərz olan həccə gedə bilər. Qadının məhrəminin həcc yolunda ölməsi, Şafini təqlid etməsi üçün üzr olur.] Yanında kisi olmadan qadın həccə gedə bilməz. Gedərsə həcci səhih olarsa da haramdır.

Kişi ilə gedincə də oteldə, təvafda, sa’yda və daş atarkən kişilər arasına qarışması həccin savabımı apardığı kimi böyük günaha da girər.

  1. Qadının iddət halında olmaması.

[Vücub şərtləri olmasıyla bərabər əda şərtləri də özündə olanın o il həccə getməsi fərz olur. O il həcc yolunda ölərsə həcc sakit olur. Vəkil göndərilməsi üçün vəsiyyət etməsi lazım olmaz. O il getməzsə günah olar. Sonrakı illərdə həcc yolunda və ya evində xəstə, həbs və şikəst olursa yerinə başqasını əvəz [vəkil] göndərməsi və ya onun üçün vəsiyyət etməsi lazımdır. Vəkil göndərdikdən sonra yaxşı olarsa özünün getməsi də lazım olur. Sonrakı illərdə həccə gedərsə, təxir (gecikdirmə) günahı əfv olur.]  

Həcc üçün zənginliyin ölçüsü

Sual: Həccə getmək üçün nisab (ölçü) nədir? Zəkat nisabına malik olanın həccə getməsi fərzdirmi?

CAVAB

Zəkat nisabına malik olmasa da ehtiyacından artıq, həccə gedib gələcək və evində olanlara çatacaq qədər pulu olana, digər şərtlər də özündə varsa həccə getmək fərz olur. Ehtiyac əşyasının birincisi nəfəqədir. Nəfəqə mətbəx əşyasıyla birlikdə yemək, içmək, ev əşyası və evdir. Minik heyvanı və ya arabası, sənət alətləri, məslək və ya dərs kitabları da ehtiyac əşyası sayılır. Tacirin, sahibkarın, cütçünün öz məmləkətində adət olan sərmayələri də həcc üçün ehtiyac əşyasıdır. (Rədd-ül-muxtar)

Məkkəyə yaxın olan bir nəfərin həccə getməsi üçün zəngin olması şərt deyil. Həccə gedə bilmək üçün bildirilən ehtiyac əşyalarının mütləq olması şərt deyil. Varsa həccə getmək üçün bunları satmaq lazım olmaz, yoxdursa satın almaq lazım deyil.

Zəkat nisabına malik bir zənginin həccə gedib gələcək və evdə olan ailəsinin ehtiyaclarını qarşılayacaq qədər pulu, qızılı yoxdursa, həccə getməsi fərz olmaz.

Həcc zamanı

Sual: Bir şəxsdə həcc vaxtı gəlmədən öncə həccin vücub şərtləri olsa, həcc ona fərz olurmu? Yoxsa bu şərtlərin həcc zamanında özündə olması lazımdır?

CAVAB

Vücub şərtlərindən biri də həcc zamanın gəlməsidir. Həcc zamanı Arəfə və bayram günləri olmaq üzrə beş gündür. Yolda keçən zamanı da nəzərə alsaq  vücub şərtləri bu zamanın başında mövcud olan bi şəxsin ömründə bir dəfə həccə getməsi fərz olur. (S. Əbədiyyə)

Vücub şərtləri yoxdursa

Sual: Dul və zəngin bir ana oğluna, “Yol xərclərini mən qarşılayıram, bir yerdə həccə gedək” desə oğlu da getməsə günaha girər?

CAVAB

Xeyir. Vücub şərtlərindən biri olmayan bir şəxsin həccə getməsi fərz olmaz. Vücub şərtlərini təmn etmək lazım deyil. Məsələn, həccə getməsi üçün özünə hədiyyı edilən pulu alması lazım olmaz.

Həcci gecikdirmək

Sual: Həcc özünə fərz olan bir şəxsin həcci sonrakı illərə saxlaması caizdirmi?

CAVAB

Xeyir, caiz deyil. O il getməsi fərzdir. Getməsə günah olar. Əgər sonrakı illərdə həccə gedərsə, gecikdirmə günahı əfv olar. İmam Muhamməd və imam Şafiyə görə isə sonrakı illərə saxlaması caizdir.

Qadına həccin fərz olması

Sual: Xanımımın zinət qızılları nisabı görür. Həccə getməsi fərzdir?

CAVAB

Xanımlara həccin fərz olması üçün həccə gedəcək və ya onu aparacaq bir məhrəminin olması şərtdir. Aparacaq belə bir məhrəmi yoxdursa həccə getməz. vəfatından sonar vəkil göndərməsi üçün vəsiyyət edər. Məsələn, “Yaşayarkən imkan tapıb həccə gedə bilməsəm, öləndən sonar yerimə vəkil göndərilsin” deyə vəsiyyət edər.

15-03-2018, 11:42
Geri