Gözəl İslam / Borclu həccə gedə bilər?

Borclu həccə gedə bilər?

Sual: Biz borclu bir ailəyik. Borclarımızı ödəmədən umrəyə və ya həccə getmək doğru olar?

CAVAB

Borclarınızı ödəmədən həccə, umrəyə və başqa yerlərə getmək doğru olmaz. Buna baxmayaraq gedənlər istifadə edəcəm deyərkən zərər görər, yəni qaş düzəltdiyi yerdə göz çıxardar, fərqində olmaz, çünki dinimizin bildirdiyinin deyil, öz arzusunun arxasındadır, nəfsin və şeytanın gizli hiyləsinə düşmüşdür. Qul haqqı Allah haqqından əvvəl gəlir. Allahu təala belə təqdir etmişdir. Qul haqlarını, qul borclarını sahibinə ödəmədikcə Cənnətə girilə bilməz. Sirat körpüsündəki yeddinci və son sual qul haqqıdır. Bütün Peyğəmbərlər, hamısı məsum, günahsız olduqları halda burada qorxacaqdırlar. Peyğəmbərlərin məsum olduqları halda qorxduqları bir yerdə bizim cəsarətimizin səbəbi nədir? Onun üçün həcc və s. üçün yığılan pulun əvvəl borcları ödəməkdə istifadə edilməsi lazımdır. Rəhmətə, feyzə qovuşmaq istəyən, istifadə etmək istəyənin dinin əmrinə tabe olması lazımdır.

Hədisi-şərifdə, “Ən yaxşınız borcunu bir an əvvəl ödəyəninizdir” buyuruldu. Bir kimsə malı olduğu halda borcunu ödəməyi bir saat gecikdirərsə, zalım və asi olur. Namaz qılarkən də, oruc tutarkən də, yuxuda da, yəni hər an lənət altında olar. Borc ödəməmək elə bir günahdır ki, yuxuda belə dayanmadan yazılır. Malı olmaq, pulu olmaq demək deyildir. Sata biləcəyi bir şeyi olub da satmazsa günah işləmiş olur. Alimlər də, “Borcu olan kimsənin, borcunu ödəmədikcə yağlı və sirkəli yemək yeməməsi lazımdır” buyurur. Yəni, borcun günahı, sıxıntısı üzündən ağzının dadını belə düşünməmək lazımdır, yeyib içməkdə belə qənaət edib bir an əvvəl borcunu ödəmək lazımdır. Harada qaldı ki, sağa sola pulunu xərcləsin! (S.Əbədiyyə)

Hədisi-şəriflərdə buyurulur ki:

“Bir kimsə imkanı olduğu halda borcunu verməyib gecikdirərsə, [borcunu verənə qədər] hər gün əməl dəftərinə zülm etmə günahı yazılır.” [Tabərani]

“Zənginin [ödəmə imkanı var ikən] borcunu ödəməyib gecikdirməsi zülmdür.” [Buxari]

“Borcu var ikən verilən sədəqə qəbul olmaz.” [Buxari]

“Darda olanı fəraha qovuşduran və ya belə bir kimsənin borcunu ödəyəni, Allahu təala qiyamət gününün dəhşət, qorxu və çətinliklərindən qurtarar.” [Müslim]

“Allah qatında ən qiymətli əməl, möminin çətinliyini aradan qaldırmaq, borcunu ödəmək surətiylə onu sevindirməkdir.” [Tabərani, Beyhəqı]

15-03-2018, 09:40
Geri