Gözəl İslam / Həcdə günah işləmək

Həcdə günah işləmək

Sual: Bu il Allahu təala nəsib etdi həccə getdim. Çox sıxlıq olduğu üçün qadın-kişi bir-birinə girmişdi. Arada bir hicabları açılır, saçları görülürdü. Qadın yıxılmamaq üçün, qarşısına çıxan kişilərin əl və qolundan tutur. Kişilər ehramlı olduğu üçün, dərilərinə toxunmuş olur. Bəzi xocalara soruşdum. “Bu mübarək yerlərdə günah olmaz. Həm burada günah işlənsə də Allah əfv edər” dedilər. Həcdə günah olmaz?

CAVAB

Hər hansı bir günahı həcdə işləmək daha böyük günah olur. “Günah olmaz” demək insanı küfrə salar. Belə söyləyən şəxslərin dərhal tövbə etmələri lazımdır.

Bir qadının təvafda, sayʼda və daş atarkən kişilərin arasına qarışması haramdır və həccin savabını aradan qaldırdığı kimi böyük günaha girər.

Böyük alim İbni Hacəri Məkki həzrətləri buyurur ki:

“Kəbəyə hörmətsizlik etməkdən və orada işlənməsi qadağan edilən şeyləri halal saymaqdan çəkinmək lazımdır!” Hədisi-şərifdə buyuruldu ki:

“9 böyük günahdan biri Kəbənin hörmətini pozub haram edilən şeyləri halal saymaqdır.” [Hakim] [Məşhur bir haramı halal sayan kafir olar.]

Qurani-kərimdə də məalən buyuruldu ki:

“Məscidi-haramda zülm ilə ilhada meyl edənlərə ələm [çox acı] əzab daddıracağıq.” [Həcc 25]

İbni Abbas həzrətləri, “Buradakı ilhad, haramı halal qəbul etməkdir” buyurdu.

İlhad zülmə meyl etməkdir. Hər günah zülmdür. Necə ki, Qurani-kərimdə məalən buyurulur ki: Şübhəsiz ki, şirk ən böyük zülmdür.” [Loğman 13]

Şirk kafirlik olduğu üçün ən böyük zülmdür.

Hərəmdə edilən yaxşılığın mükafatı qat-qat olduğu kimi, pisliyin də cəzası iki qatıdır. Hərəmdə günah işləmək, digər yerlərdə günah işləməkdən daha pisdir. Hədisi-şərifdə, “Hərəmdə zülmə meyl edən ələm əzaba məruz qalar” buyuruldu. (Bəzzar)

Hərəmdə pislik etməyə qərar verən, o pisliyi etməsə belə günaha girər. Məkkə xaricindəki kiçik günahlar, Məkkədə işlənərsə böyük sayılır. Hədisi-şərifdə buyuruldu ki:

“Hərəmdə ilhad edən, zülmə meyl edən, cin və insanların günahlarının cəmindən daha çox günah işləmiş olur.” [İ.Əhməd]

15-03-2018, 09:35
Geri