Gözəl İslam / Mədinə və Qəbri-səadəti ziyarət

Mədinə və Qəbri-səadəti ziyarət

Mədinəyə girərkən ehrama girilməz. Məkkədə ehramlı ikən olan qadağalar Mədinədə qadağan deyil. Mədinə şəhəri uzaqdan görülüncə səlat və salam gətirilir. Sonra, “Allahümmə həzə harəmü Nəbiyyikə və məvbitü vahyikə fəmnin aləyyə biddühuli fihi vəcalhü vikayətən li minənnar və əmanən minəl azab vəcalni minəlfəizinə bi şəfaatil Mustafə yəvməlməab” deyilir.

Həcdən sonra Mədinəyə gedib Rəsulullah əfəndimizin mübarək qəbrini ziyarət etmək lazımdır. Mədinəyə girən kimi yalnız qəbri-Nəbiyi ziyarətə niyyət etmək lazımdır. Məscidi-Nəbidə bir namaz başqa yerlərdəki min namazdan daha üstündür. Oruc, sədəqə, zikir və Qurani-kərim oxumaq kimi ibadətlər də belədir.

Şəhərə və ya Məscidə girmədən əvvəl qüsul alınır. Gözəl ətir vururlur. Yeni, təmiz paltar geyinilir. Şəhərə gəzərək girmək yaxşı olar.

[Sələfi-salihin Mədinəyi-münəvvəyə yaxınlaşınca enib piyada gedərlərdi. Belə etmək ədəbdəndir. Allamə Əbu Abdullah b. Rəşid deyir:

“Hicri 684-cü ildə Mədinəyə gəldim. Vəzir Əbu Abdullah bin Əbil Qasım mənimlə idi. Gözləri ağrıyırdı. Mədinəyə yaxınlaşan kimi miniklərimizdən enib piyada gəzməyə başladıq. Vəzir də Qəbri-şərifin şövqiylə piyada getməyə başladı. Dərhal o saat gözlərinə şəfa ehsan edildi. Öz vəziyyətindən bəhs edən gözəl bir qəsidə yazdı”]

Əşyalarını bir yerə yerləşdirdikdən sonra, o yerlərin qiymətini və böyüklüyünü düşünərək boynu bükük, qəlbi qırıq olaraq, “Bismillahi və alə Milləti Rəsulillah” deyər və hicrət gecəsi gəlmiş olan “İsra” surəsinin səksəninci ayətini və namazda oxunan salavatı-şərifələri oxuyaraq və “Vəğfir li-zunubi vəftah li əbvəbə rahmətikə və fədlikə” deyərək məscidə gəlir.

Babı-salamdan və ya babı-Cibrildən məscidə girib minbər yanında iki rəkat Təhiyyət-ül-məscid namazı qılar. Minbərin dirəği sağ çiynimiz tərəfdə olmalıdır. İki rəkat da şükür namazı qılar.

[Əshabı-kiramdan Həzrəti Cabir deyir ki:

“Səfərdən gəlmişdim. Dərhal gəldiyim kimi gedib Rəsulullaha salam verdim. O da məscidin qarşısında durmuşdu. “Məsciddə namaz qıldınmı?” soruşdu. Mən də, xeyir, dedim. “dərhal get, məscidə gir, namaz qıl. Ondan sonra gəl mənə salam ver” buyurdu. (İbni Hubeyd)]

Duadan sonra ədəblə qalxıb Hucrəyi-Səadətə gəlib, Muvəcəhəyi-Səadət divarına qarşı arxasını qibləyə dönərək, Rəsulullah əfəndimizin mübarək üzünə qarşı, iki mtrə aralıda ədəblə durar. Rəsulullah əfədimizin qəbri-şərifində diri olduğunu, onu gördüyünü, salamını, dualarını eşitdiyini və cavab verdiyini, amin dediyini düşünür. “Əssələmü aleykə ya seyyidi, ya Rəsulallah…” deyə başlayan duanı oxuyar. Əmanət olan salamları söyləyər.

[Ziyarətçi huşu və ədəb ilə səlam verməlidir. Səsini nə yüksək, nə də pıçıltı dərəcəsində alçaq etməli, orta dərəcədə çıxartmalıdır ki, ədəbə uyğun olsun. Həzrəti Ömər Rəsulullah əfədimizin məscidində yüksək səslə danışan Taifli iki kişiyə, “Əgər bu şəhər xalqından olsaydınız, Rəsulullahın məscidində belə yüksək səslə danışdığınız üçün sizi döyərdim” dedi. (Buxari)

Fəxri-kainat əfəndimizi ziyarət edərkən mübarək üzünə qarşı durub, arxasını qibləyə çevrilmək lazımdır. Xəlifə Mənsur, “Ziyarətdə qəbri-şərifə yoxsa qibləyə dönüm?” deyə soruşanda, imam Malik həzrətləri, “Fəxri-kainat sənə və atan Həzrəti Adəmə qiyaamətdə şəfaətçidir. Ona arxa çevirmək olmaz” buyurdu. Şərəfli qəbrə çox yaxın gəlməməli, sağlığında hüzurunda necə durulursa, elə ədəbli durmaq, önünə baxmaq, ətrafa baxmaqdan çəkinməlidir]

Sonra yarım metrə sağa gəlib, “Əssələmü aleykə ya xəlifəti Rəsulillah…” deyə başlayan uzun duanı oxuyaraq Həzrəti Əbu Bəkirə salam verər. Sonra yarım metrə sağa gedib, Həzrəti Ömərə salam verər. Sonra özünə və ana-atasına və bütümn müsəlmanlara dua edər. Sonra yenə Rəsulullah əfəndimizin mübarək üzünün qarşısına gələr, dilədiyi duaları edər.

Sonra Əbu Lübabə həzrətlərinin özünü bağlayaraq tövbə etmiş olduğu dirəyə gələr. Burada və Ravdayı-mutahharada nafilə, qəza qılar. Tövbə və dua edər. Dilədiyi zamanlarda Məscidi-KubaMəscidi-Qibləteyn, Uhud şəhidləri və Bakidəki məzarları və bir çox məşhur mübarək yerləri də ziyarət etməlidir. Məsciddə iki rəkat namaz qıldıqdan sonra Hücrəyi-səadətə gəlib mübarək üzünə qarşı dönməlidir. Diri ikən olduğu kimi hüzurunda ədəb ilə durub salət və salam verməlidir. Hədisi-şərifdə buyuruldu ki:

“Mənə salam verənə mən də salam verərəm” [Beyhəqı, Əbu Davud]

Həccə gedən kasıb Məkkəyə gedənə qədər nafilə ibadət edir, nafilə savab alır. Məkkə şəhərinə girən kimi həcc etməsi fərz olur. Zəngin isə məmləkətindən həcc üçün çıxdığı anda fərz savabı qazanır. Fərzin savabı nafilənin savabından daha çoxdur. Kasıb məmləkətində ehrama girərək yola çıxarsa, yolda da fərz savabı qazanaraq zənginin savabına qovuşur. Ana-atası ona möhtac olmayan şəxs onlardan iznsiz fərz olan həccə gedə bilər, lakin nafilə olan həccə gedə bilməz.

Sual: Məkkədən sonra Mədinəyə getmək məcburdurmu?

CAVAB

Məcbur deyilsə də getməyə çalışmalıdır. Peyğəmbər əfəndimizin mübarək qəbri-şərifini qiyarət edərək böyük nemətlərə qovuşmağa çalışmalıdır. Hədisi-şəriflərdə buyuruldu ki:

“Qəbrimi ziyarət edənə şəfaətim vacib oldu”. [Beyhəqı, Darə Qutni, Tabərani]

“Qəbrimi ziyarət edənə şəfaətim halal oldu”. [Bəzzar]

“Sadəcə məni ziyarət üçün gələn qiyamətdə şəfaətimi haqq etmiş olur”. [Müslim]

“Mədinəyə gəlib qəbrimi ziyarət edən, Qiyamətdə qonşum olur, ona şəfaət edərəm”. [Şira]

           “Həcc edib qəbrimi ziyarət edən, məni diri ikən ziyarət etmiş kimi olur” [Tabərani, Darə Qutni, İbni Cezvi]

“Həcc edib məni ziyarət etməyən məni incitmiş olar” [Darə Qutni, İ. Malik]

“İmkanı olub üzrsüz məni ziyarət etməyən mənə cəfa etmiş olar” [İbni Nəccar]

“Vəfatımdan sonra məni ziyarət edən, həyatımda ziyarət etmiş kimidir” [Beyhəqı]

“Qəbrimin yanında mənim üçün oxunan salavatı eşidərəm. Uzaq yerlərdə mənə bildirilir.” [İbni Əbi Şeybə]

[Bu müjdələrə qovuşa bilmək üçün əlbəttə Əhli-sünnət etiqadında olmaq şərtdir. Bidət əhlinin və ya qeyri-müsəlmanların etdiyi ibadət qəbul olmaz]

İmam Qastalani həzrətləri, “Məvahibi-lədünniyyə” kitabında buyurulur ki:

Rəsulullah əfəndimizin qəbri-şərifini ziyarət etmək, taətlərin ən böyüklərindən və ibadətlərin ən şərəflilərindəndir. Bunun əksini iddia edən, Allahu təalaya, Rəsuluna və müsəlmanlara müxalifət etmiş, İslam ipini qopartmışdır.

Peyğəmbər diridir, yoxsa şəhid?

Həccə gedib gələn hər kəs bilir ki, Vəhhabilər Rəsulullah əfəndimizin qəbri-şərifini ziyarət edib “Şəfaət ya Rəsulallah” deyənlərə, “Ya hacı, şirk, şirk” deyərək Müsəlmanlara müşrik deyirlər. Rəsulullahın ümmətindən olan şəhidlərə diri dedikləri halda, Rəsulullah əfəndimizə ölü demələri ayətlərə də, hədisi-şəriflərə də ziddir.

Hədisi-şəriflərdə buyuruldu ki:

“Hər Peyğəmbər qəbrində diri olub namaz qılar” [Beyhəqı, Əbu Yala]

“Peyğəmbərlərin vücudunu torpaq cürütməz. Bir mömin salavat oxuyunca, bir mələk mənə xəbər verər, “Filan oğlu filan sənə salam söylədi” deyər” [İbni Macə, Əbu Davud]

İki ayəti-kərimə məalı belədir:

“Peyğəmbər, möminlərə öz canlarından üstündür” [Ahzab 6]

“Bütün dinlərdən üstün qılmaq üzrə Rəsulunu hidayət və haqq din ilə göndərən Odur” [Fətih 28]

Bu iki ayətdən aydın olduğu kimi Peyğəmbərimizin dini digər dinlərdən üstün olduğu kimi özü də hər kəsdən üstündür. Bir hədisi-şərif məalı belədir:

“Mən bütün insanların əfəndisiyəm” [Buxari]

Şəhidlərin ruhu yaşıyır, amma aləmlərə rəhmət olaraq göndərilən Rəsulullahın ruhu yaşamırmı? Ruh ölməz, kafirlərin ruhu belə ölməz. Peyğəmbərlərin Allah yanında bir şəhid qədər də qiyməti yoxdurmu?

Şəhid diri olur, Peyğəmbər niyə diri olmasın? Şəhid Cənnətdə ruziləndirilir, Peyğəmbər niyə ruziləndirilməsin? Peyğəmbər haşa Allah yolunda olmazsa, şəhid Allah yolunda necə ola bilər?

Peyğəmbər diri olmasa, şəhid necə diri ola bilər? Peyğəmbər eşitməsə, şəhid necə eşidə bilər? Halbuki şəhidin müsəlmanlığı da şəhidliyi də Peyğəmbərə iman etməyə bağlıdır.

Yaxşı, şəhidlər Allah yolundadır, haşa Peyğəmbərlər siddiqlər, uləməyi-rasihin və əmri-maruf edənlər şeytanın yolundadır? Bu nə çirkin təqsirləndirmədir belə? Rəsulullah şəhid deyilmi? Rəsulullah son xəstəliyində, “Xeybərdə yediyim zəhərli ətin acısını hələ də hiss edirəm. Zəhərin təsirindən şah damarım bıçaq kimi kəsir” buyurdu. (Buxari)

İbni Məsud həzrətləri və digər Əshabı-kiram, “O zəhərli ətin təsiriylə Rəsulullah şəhid oldu” buyurdu. Peyğəmbərlik şəhidlikdən üstündür. Lakin, şəhid olmaq da bir nemətdir. Allahu təala Rəsuluna bu neməti də vermək üçün son xəstəliyində bu zəhərin təsirini göstərmişdi. (Məvahibi-lədünyə)

Mədinənin fəziləti

Mədinə-münəvvərə şəhəri çox qiymətlidir. Hədisi-şəriflərdə buyuruldu ki:

“Mədinə pisləri çıxardır, körüyün dəmirin pasını çıxarıb atdığı kim”. [Buxari]

“Mədinədə ölə bilən orda ölsün. Mən orada ölənlərə şəfaət edərəm”. [Tirmizi]

“Harameyndən [Məkkə və Mədinədən] birində ölən, əmin olaraq dirilir. [Beyhəqı]

Əmin dedikdə, qiyamət qorxularını çəkməməkdir.

“Bütün yerlər qılıncla, Mədinə isə Qurani-kərimlə fəth olundu” [İbni Nəccar]

“Mədinənin aclıq və şiddətinə səbr edən hər möminə qiyamətdə şəfaət edərəm” [Muslim]

“Mədinə, İslamın qübbəsi, hicrətin tirpağı, halal və haramın məskənidir” [Tabərani]

Qısaca o müqəddəs yerin daşı, torpağı və hər yeri Fəxri-kainat əfəndimizin yaxınlığı ilə şərəflənmişdir. Mədinə xalqı Rəsulullah əfəndimizin uğur və bərəkətlərindən feyz almaq üçün Onu evlərinə dəvət edərdilər. Eyni zamanda evlərində namaz qılmasını arzu edirdilər. İmam Malik həzrətləri Mədinə içində heyvana minməkdən çəkinir, “Bir yerdə ki, Rəsulullah piyada gəzib mübarək ayağı toxunmuşdur, mən orada heyvana minməkdən həya edərəm” buyururdu.

Üç məscidi ziyarət

Fəxri-aləm əfəndimizin ziyarətinə getməyə niyyət edən, Onun Məscidi-şərifini ziyarətə, orada qılmağa da niyyət etmək lazımdır. Çünki Onun məscidi ziyarət üçün səfərə çıxılan üç məsciddən biridir. Bu üç məscid bunlardır: Məscidi-Haram, Məscidi-Əqsa, Məscidi-Nəbəvi.

Fərz və nafilə namazları Rəsulullah əfəndimizin müqəddəs məscidində qılmağa çalışmaq lazımdır. Xüsusilə Ravdayı-mutahharada qılmağa səy göstərməlidir. Peyğəmbər əfəndimizin bu yerin “Cənnət bağçası” olduğunu bildirmişdir. Hədisi-şəriflərdə buyuruldu ki:

“Məscidi-haram xaric, məscidimdə qılınan bir namaz, başqa məsciddə qılınan min namazdan daha savabdır”. [Buxari]

            “Məscidimdə qırx vaxt namaz qılan üçün Cəhənnəmdən qurtuluş bəraəti yazılır”. [Tirmizi]

Kuba məscidi də əhəmiyyətlidir. Ziyarət edərək orada namaz qılmaq lazımdır. Peyğəmbər əfəndimiz hər Şənbə günü Kuba məscidinə gedər, orada iki rəkat namaz qılardı. (Müslim)

Hədisi-şəriflərdə buyuruldu ki:

“Kuba məscidində namaz qılmaq umrə etmək kimidir”. [Tirmizi]

“Qüsl edib Kuba məscidinə gedərək orada namaz qılana umrə etmiş kimi savab verilir”. [İ. Əhməd]

Əshabı-kiramın olduğu Baki qəbiristanlığını da ziyarət etmək lazımdır. İmam Malik həzrətləri buyurdu ki: “Mədinədə əshabı-kiramdan on min insan vəfat etmişdir. Onların hamısı Bakidə dəfn edilmişdir”. Peyğəmbər əfəndimiz Bakiyə gələr, “Əssələmu aleykum ey möminlər camaatının yurdu” deyə salam verərdi. (Müslim)

Digər qəbirləri də ziyarət etmək lazımdır. Bir hədisi-şərifdə buyuruldu ki:

“İki qəbiristan, günəş və ayın yer xalqına işıq verməsi kimi göy xalqına işıq verir. Biri Mədinə qəbiristanı, digəri də Asqalan qəbiristanıdır” [İbni Nəccar]

Mədinədə qırx vaxt namaz

Sual: Həcc və ya Umrə edənin Mədinədə səkkiz gün qalıb qırx rəkat namaz qılması şərtdir?

CAVAB

Həcc və ya Umrə edənin Mədinədə səkkiz gün qalıb qırx rəkat namaz qılması şərt deyil. Yəni, qırx rəkat namaz qılmaq, həcc və umrənin şərtlərindən və ya sünnətlərindən deyil. Peyğəmbər əfəndimiz üçün də Mədinəyi-münəvvərədə səkkiz gün qalmaq lazım deyil. Qırx rəkat namazın fəziləti Rəsulullahı ziyarət ilə deyil, Məscidi-nəbəvinin fəzilətiylə bağlıdır. 

Hücrəyi-səadət

Sual: Peyğəmbər əfəndimizin qəbri-şərifini ziyarətdə necə hərəkət etmək lazımdır?

CAVAB

Peyğəmbər əfəndimizin qəbri-şərifi olan Hücrəyi-səadət qarşısında dua edənlər, çox oyanıq və dünya düşüncələrindən uzaq olmalıdır. O məqama uyğun ədəbi göstərməyəcək olanların Mədinəyi-münəvvərədə çox qalmaları doğru olmaz. İmam Azam həzrətləri, “Biz Bağdadda qəlbimiz Mədinə olmaq, biz Mədinədə qəlbimiz Bağdadda olmaqdan daha yaxşıdır” buyurdu.

Anadoludan bir kəndli Mədinəyi-münəvvərədə illərlə qalmış, evlənmiş və Hücrəyi-səadəttə müəyyən bir xidmət görmüşdü. Xəstələnir, canı ayran istəyir, “Əgər indi kəndimdə olsaydım, doya-doya ayran içərdim” deyə düşünmüş. O gecə yuxuda Peyğəmbər əfəndimiz Şeyx-ul-Hərəmə, o şəxsin gördüyü işin başqasına verilməsini, o şəxsin də kəndinə gedib ayran içməsini əmr etmişdi. Ertəsi gün bu əmr bildirilən kimi kəndli, yaxşı, deyərək vətəninə getmişdi. Yalnız qəlbindən keçən bir düşüncə bu qədər zərər verincə, Allah qorusun, zarafat belə olsa uyğunsuz bir sözün, ədəbə uyğun olmayan bir hərəkətin nə böyük bir zərəri olacağını burdan məlum olmalıdır.

15-03-2018, 09:33
Geri