Gözəl İslam / Məkkədə müqim olmaq (səfəri olmamaq)

Məkkədə müqim olmaq (səfəri olmamaq)

Sual: Bir kimsə Məkkədə və ya başqa bir yerdə niyyət etmədən 15 gün qalsa səfəri olur?

CAVAB

Məkkəyi-mükərrəməyə gedən 15 və ya daha çox gün qalmağa niyyət edərsə müqim olur. 15 gündən az qalmağa niyyət edərsə və ya heç niyyət etmədən aylarla qalarsa səfəri olur.

Məkkə, Mina və Ərəfat kimi başqa yerlərdə cəmi 15 gün qalmağa niyyət edən də müqim olmaz. Tək Məkkədə və ya Minada 15 gün qalmağa niyyət edən müqim olar. müqim olan da namazlarını qısaltmaz. Bayram qurbanını da kəsməsi vacib olur.

Tələbə, əsgər, işçi kimi əmr altında olanlar öz niyyətləri ilə deyil, xocalarının, başçılarının, müdirlərinin əmrinə görə hərəkət edərlər. Əmrləri 15 gün qalmağa niyyət etsə bunlar əmri eşidənə qədər səfəri olurlar. Əmri heç eşitməsələr, neçə gün qalsalar həmişə səfəri olurlar.

Bir vəzifəliyə tabe olan hacılar da onun sözü ilə hərəkət edərlər. Vəzifəli 15 gün Məkkədə qalacağıq deməmişsə, bu vəzifəliyə bağlı olanlar səfəri olur. Səfəri olanın da bayram qurbanı kəsməsi vacib olmaz. Fəqət şükür qurbanını kəsməsi vacib olur. Dörd rükətlik fərzləri iki rükət olaraq qılar. (Nihayə)

Sual: Bir hacı həcc farizası (Allahın əmri) üçün, Məkkədə 13 gün qaldıqdan sonra 14-cü 15-ci günləri də Mina və Ərəfatda olub (Məkkə-Mina, Ərəfat arası 22 km) təkrar Məkkəyə qayıdaraq 7 gün daha qaldıqdan sonra Mədinəyə gedərsə səfəridir?

CAVAB

Tam Elmihalda deyilir ki:

Məkkə, Mina və Ərəfat kimi başqa yerlərdə toplam 15 gün qalmağa niyyət edən müqim olmaz. Demək ki, Azərbaycandan gedərkən və ya oraya çatanda bir yerdə 15 gündən çox qalmağa niyyət edilməmişsə səfəri olur. Mədinədə 15 gündən çox qalmağa niyyət edər isə orada da müqim olur, 15 gündən az qalmağa niyyət etmişsə səfəri olar.

Məkkədə müqim olunmur?

Sual: Tam Elmihalda “Məkkə, Mina və Ərəfat kimi başqa yerlərdə toplam 15 gün qalmağa niyyət edən də müqim olmaz” deyilir. Bir kimsə Məkkədə bir ay qalsa müqim olmaz?

CAVAB

müqim olar. Bir yerdə 15 gündən çox qalanda müqim olur. Məsələn, bir kimsə 13 gün Məkkədə qalmağa, sonra bir gün Ərəfat və ya Mina da qalmağa, sonra 13 gün yenə Məkkədə qalmağa niyyət edib, Mədinəyə getməyə niyyət edərsə, bir yerdə 15 gündən çox qalmağa niyyət etmədiyi üçün Məkkədə cəmi 26 gün qalmasına baxmayaraq səfəri olur. Namazlarını qısaldaraq qılar. Amma bir nəfər Ramazanda gedib Məkkədə 15 gündən çox qalmağa məsələn, bir ay qalmağa niyyət etmişsə, artıq Məkkədə müqimdir. Ərəfatda da Minada da Müzdəlifədə də səfəri ola bilməz, müqimdir. Namazlarını qısalda bilməz.

Bütün fiqh kitabları hamısı eyni şeyi yazır. Fərqli bir qövl yoxdur. Fəqət izahları fərqlidir. Bir neçə örnək verək:

Səfəri olan yolçu Məkkə və Minada 15 gün iqamət etməyə niyyət etsə namazlarını dörd rükət qılmaz, çünki iki yerdə qalmağı niyyət etmək çox yerdə qalmağa ehtiyac olur, bu isə səfərin gerçəkləşməsinə maneədir. Ancaq yolçu gecəni birisində qalmağı niyyət edərsə oraya girməsiylə müqim olur, çünki onun iqaməti gecə qaldığı yerə izafə olunur. (Hidayə)

Məkkə və Minada 15 gün qalmağa niyyət edən namazları dörd qılmaz, çünki iqamət iki yerdə qalmağa niyyət etməklə müqim olunmaz. Yolçunun iqamətləri toplansa 15 günü keçsə də səfəridir. Ancaq gecəni birində iqamət etməyə niyyət edərsə o zaman oraya girməsiylə müqim olur, çünki adamın iqaməti qaldığı, yatdığı yerə izafə olunar. Həcc fərzini yerinə yetirmək üçün həcc ayının on günü içində Məkkəyə girsə və 15 gün iqamətə niyyət etsə, müqim olmaz, çünki Ərafata çıxmaq məcburiyyətindədir. Bir yerdə 15 gündən çox qalmadıqca müqim ola bilməz. (Bəhr-ür Raiq)

Adam Kufədən çıxsa, Məkkə və Minada 15 gün iqamət etmək üzrə yola çıxsa, Məkkəyə girdiyi zaman namazı dörd qıla bilməz, çünki yalnız Məkkədə 15 gün qalmayacaqdır. (Məbsut-Şeybani)

Yolçu bir yerdə 15 gün qalmağa niyyət edərsə müqim olur. Amma iki yerdə 15 gün qalmağı niyyət edər isə, bu iki yerin hər biri öz başına bir şəhərdir. Bu səbəbdən biri digərinə tabe deyildir. Məkkə və Minada cəmi 20 gün qalmağa niyyət edən müqim olmaz. Ancaq bu iki yerdən birində 15 gün qalmağa niyyət edən müqim olar. (Tuhfətül Fukaha)

İki yerdə məsələn, Məkkə və Minada, yaxud Kufə və Hirada qalmağı niyyət edən əgər gecəni bunlardan birində iqamət etməyə əzm etsə və gündüzləri oradan digərinə getməyi planlasa, əgər gecə qalmağı əzm etdiyi yerə gecələri girsə müqim olur, sonra digər yerlərə oradan yola çıxsa səfəri olmaz. Çünki adamın iqamət yeri qaldığı yerdir. Başqasının yerinə həcc edən yoldaşları getdikdən sonra Məkkədə 15 gün və ya daha çox qalmağı niyyət edən Məkkədə müqim olur. (Məbsut-Sərahsi)

Digər üç məzhəbdə səfərilik fərqlidir. Giriş-çıxış günləri xaric, bir yerdə dörd gün qalmağa niyyət edən müqim olur. Bir ehtiyacdan  bu məzhəblərdən birini təqlid edən Hənəfi də təqlid etdiyi məzhəbin şərt və müfsidlərinə riayət edər. Yəni dörd gün qalanda müqim olur və namazlarını qısaltmaz.

15-03-2018, 09:27
Geri