Gözəl İslam / Nafilə həcc və umrədən qiymətli olan

Nafilə həcc və umrədən qiymətli olan

Sual: Həccə getdim. Fəqət, təkrar nafilə olaraq getməyi düşünürəm. Nafilə həcc və umrə daha savabdır yoxsa kasıblara sədəqə vermək?

CAVAB

Hər ikisi də nafilədir. İmam Rəbbani həzrətləri, “Nafilənin, fərzin yanında dənizdə damcı belə deyildir” buyurur. O halda fərz olan bir ibadəti etməyə çalışmaq lazımdır. İbni Abidin həzrətləri həcc bəhsinin sonunda buyurur ki:

“Yazı və təbliğat ilə [Doğru yazılmış din kitabları verərək və ya Media ilə] İslamiyyətə xidmət etmək, nafilə həcdən və umrədən daha savabdır. Belə cihad xidməti olmayan üçün məmləkətində kasıb, möhtac və salehlərə, seyidlərə və Əhli-sünnət bilgilərini yayanlara pul köməyi etmək, nafilə həclərdən, məscid, Quran kursu və bənzəri xidmətləri etməkdən daha savabdır.”

Sual: Məscid, Qurani-kərim kursu və bənzəri İslama faydası olan işləri etmək, nafilə həcc və umrədən daha savdır?

CAVAB

Bəli. Nafilə həcc və umrə edərkən xərclənən pullar, müsəlman möhtaclara verilirsə, nafilə həcc və umrə etmək, öz məmləkətində sədəqə verməkdən daha üstün olur. Çünki, həm mal ilə, həmdə bədən ilə ibadət edilir. Ancaq, Abdullah Dəhləvi həzrətləri buyurur ki:

“Həcdə bir fərzi və ya vacibi üzrsüz tərk etməmək lazımdır və ya haram, məkruh işləməmək lazımdır. Əksi halda nafilə həcc və umrə etmək savab deyil günah olar.” [Məqamati mazhəriyyə, m.26]

 

 

 

 

 

 

                                     

15-03-2018, 09:25
Geri