Gözəl İslam / Zəmzəm içmək

Zəmzəm içmək

Hədisi-şəriflərdə buyuruldu ki:

“Zəmzəm, doyuran və xəstəyə şəfa verəndir.” [Bəzzar]

“Zəmzəmi bəlalardan qorunmaq niyyəti ilə içəni Allahu təala qoruyar.” [Hakim]

Abdullah ibni Mübarək həzrətləri, “Rəsulullah, “Zəmzəm içildiyi niyyətə görə faydalı olar” buyurduğu üçün mən də qiyamətdə susuzluqdan xilas olmaq üçün zəmzəmi içirəm” deyərdi. (İbni Macə)

İbni Abbas həzrətləri də zəmzəm içərkən “Ya Rəbbi, səndən faydalı elm, bol ruzi və hər cür xəstəlikdən şəfa istəyirəm” deyə dua edərdi.

Zəmzəmlə əlaqədar sünnətlər:

Seyid Abdülhakim Arvasi həzrətləri buyurur ki:

Sulu zəmzəm

Sual: Zəmzəm azaldıqca, içinə su əlavə edərək, çoxaltmaqda zərər vardır?

CAVAB

O zaman, sulu zəmzəm olur. Su çox qoyulmuşsa zəmzəmli su olur. Zəmzəmin xüsusiyyəti azalar. İçinə su əlavə etmədən içmək lazımdır.

Zəmzəm mayalanarsa

Sual: Bir litr zəmzəm bir hovuz suyun içinə qoyulsa, mayalanaraq tonlarla su zəmzəm halına gətirilirmiş. Bu doğru ola bilər? Doğru isə niyə bidonlarla həcdən su gətirirlər. Bir litr gətirilsə, mayalandığı üçün bitdikcə üstünə su qoyular ömür boyu yetər. Yaxud Ağdənizə, Qaradənizə və okeanlara tökülər. Mayalanacağı üçün bütün dünyadakı sular zəmzəm olar. Görəsən bu xəbəri kimlər çıxardı?

CAVAB

Zəmzəmin mayalanıb mayalanmadığını bilmirik. Mayalanarsa, mayaladığı suların xüsusiyyətini nə dərəcədə dəyişdirir, onu da bilmirik. Suyun bəzi xüsusiyyətləri zəmzəmə bənzəsə də, zəmzəm qarışmış sulara da zəmzəm demək səhv olar.

15-03-2018, 09:19
Geri