Gözəl İslam / Yeməklərə spirt qatmaq

Yeməklərə spirt qatmaq

Sual: Aşağıdakı yazıda doğruluğun payı vardır?

“Spirt və spirtli içkilər, həzz verici, narkotik olaraq içildikləri təqdirdə haramdır.  Bunlar qaynadılar, bişirilən yeməklərə qatılır və içki olmaqdan çıxarılarsa normal qidaya dönər, haram siyahısından çıxar. Həzrəti Ömər qaynadılmış şərabı içmiş, içmək istəməyən Ubadə ibn Samit adlı səhabəyə belə demişdir: “Ey axmaq! O qaynadı, şərablığı qalmadı. Sən, sirkəni içmirsən? O da bu sudan…”

O halda, spirtin bişməkdə olan yeməklərə, ləzzət verici olaraq qatılmasının (ət və balığa bir miqdar şərab əlavə edərək bişirmək kimi) dinən heç bir zərəri yoxdur.”  (baxın Əbu Zəhra  299)

CAVAB

Zərrə qədər doğruluq payı yoxdur. Üstəlik Həzrəti Ömərə də böhtandır. Əbu Zəhra məzhəbsiz bir yazardır. Şərab sirkə mayası ilə mayalanır, spirt sirkə olur. Kimyəvi dəyişməyə  məruz qaldığı üçün sirkə içmək günah deyildir. Yeməyə qoyulan şərab sirkəyə dönməz. Məzhəbsiz yazar dinimizi sulandırmağa çalışır.

Sual: Şərabdakı spirt yemək bişdiyi üçün yox olur və yemək yedikdən sonra insana pis təsir etmir. Bu vəziyyətdə nə üçün caiz olmur?

CAVAB

Bir damcı spirt içilsə də haramdır. Ölçü, zərər verməsi və ya zərər verməməsi deyildir. Bəsmələsiz kəsilən quzu əti yeyilməz, leş olar, haram olar. Bir damcı qan və ya bir damcı sidik içmək insana zərər verməz, amma haramdır. Dinin əmrində bir səbəb axtarılmaz, yalnız o əmrə tabe olunar.

Sual: Əti spirt alovuna tutaraq bişirmək caizdir?

CAVAB

Bəli.

Sual: Ətri, spirtdə əridilən çayı, yuyub içməkdə zərər vardır?

CAVAB

Zərər yoxdur.

Sual: Spirt verilən döyüş xoruzu, yaralananda kəsilir. Əti yeyilir?

CAVAB

Nəcis yemiş toyuq kimidir. Spirt yeni verilmiş isə yeyilməz. Üç gün əvvəl verilmiş isə yeyilər.

Sual: İdxal tütünlər spirtlə yuyulurmuş. Belə siqareti çəkmək caizdir?

CAVAB

Qəti bilinmədikcə, zənlə hərəkət edilməz, yəni spirtli deyilməz. Əgər spirtlə yuyunduğu qəti bilinirsə, o zaman çəkmək caiz olmaz.

Sual: Spirtsiz pivə içmək caizdir?

CAVAB

Təmiz sidik deməyə bənzəyər. “Spirt yoxdursa, ona pivə deyilməz. Spirtsiz arpa suyu deyilə bilər”.

Sual: Təzə sirkədə spirt olur. Belə təzə sirkəni yemək caizdir?

CAVAB

Bəli.

Pasterizə edilmiş üzüm suyu

Sual: Paterizə edilmiş üzüm suyunda spirt ola bilər? İçilməsi uyğun olarmı?

CAVAB

Üsuluna uyğun pasterizə edilən üzüm suyunda spirt olmaz, içilə bilər. Pasterizə işi üsuluna uyğun edilməzsə, qıcqırıb şərablaşa bilər. Şərablaşan üzüm suyu köpürər, dadı və qoxusu dəyişər. Üzüm suyuna heç bənzəməz. Onsuz da içərkən aydın olar, şərablaşmış üzüm suyu içilməz.

Meyvələrdə spirt

Sual: Portağal, limon kimi meyvələrin qabığında və çürüməyə başlayan meyvələrdə spirt olur. Bu halda limonu qabığıyla çaya qoymaq və ya portağal qabığından cem etmək caiz olar?

CAVAB

Bəli, caiz olar. İçində spirt olmayan yetişmiş bir meyvə yoxdur. Meyvələrə, çörəyə dinimiz icazə vermişdir. Dinin qadağan etdiyi spirt isə, içilməz.

Yeməyə qoyulan şərab

Sual: “Yeməyə qoyulan şərab, yemək bişərkən kimyəvi dəyişikliyə uğradığı üçün zərəri olmaz”, deyirlər. Bir də paltarımıza şərab tökülsə, quruyanda uçub gedər, deyirlər. Bunlar doğrudurmu?

CAVAB

Doğru deyildir. Yeməyə qoyulan şərab kimyəvi dəyişikliyə uğramaz. Şərabın su qismi quruyanda uçar, amma nəcis qismi qalar. Paltarımıza bir qab sidik tökülsə, quruyanda su qismi uçub gedərsə də nəcis qismi  qalar. Yeməyə qoyulan şərabın və ya sidiyin də nəcisliyi davam edər.

Spirtin damcısı nəcisdir

Sual: “Bir yeməyin və ya içkinin içinə bir qaşıq şərab qoyulsa, onu içmək haram olmaz, çünki o yeməkdən və ya o içkidən nə qədər çox yeyilib içilsə də, insan sərxoş olmaz” deyilir. Məzhəbi olmadığını iftixarla söyləyən  Əbu Zəhra da, “Spirtli içkilər qaynadılar, bişirilən yeməklərə qatılar və içki olmaqdan çıxarılsa normal qidaya dönərlər, haram siyahısından çıxarlar. Spirtin bişməkdə olan yeməklərə ləzzət verici olaraq qatılmasının, ət və balığa bir miqdar şərab əlavə edərək bişirmənin dinən bir zərəri yoxdur” deyir. Spirt, sidik kimi nəcis deyil? Yeməyin və içkinin içinə bir qaşıq sidik qoyulsa o yemək nəcis olmaz?

CAVAB

Əlbəttə nəcis olar. İçərisində təxminən 10% spirt olan şərabın belə damcısı nəcisdir. Şərab sirkə mayası ilə mayalanarsa, spirt sirkəyə çevrilir. Kimyəvi dəyişməyə məruz qaldığı üçün sirkə günah deyildir. Yeməyə qatılan şərab isə əsla sirkəyə çevrilməz. Belə səhvlərlə dinimizi sulandırmağa çalışırlar.

Spirti az olan şərab da haramdır. Sərxoş etməsə də damcısını içmək haramdır, halal deyən kafir olar. Şərab, sidik kimi qaba nəcasətdir. Hər cür istifadə etmək, dərman düzəltmək, heyvana içirtmək, emal etmək, buruna çəkmək söz birliyi ilə haramdır. Şərab köpükləndikdən sonra, qaynadılıb üçdə ikisi getsə də geri də qalanı imbiklənərək (Mayelərin çəkdirilməsində istifadə edilən, yumşaq polad və ya misdən hazırlanmış silindrik metal qab) əldə edilən spirtin, arağın şərab kimi, qaba nəcasət olduğu söz birliyi ilə bildirilmişdir. Bunların damcısının da haram olduğu Bəhcət-ül—fətava da yazılıdır. (S.Əbədiyyə)

Hamr (spirtin), şərab kimi qaba nəcasət olduğu söz birliyi ilə bildirildi. (Rədd-ül muxtar)

Spirtli içkilərin hamısı qaba nəcisdir və haramdır. Bir hədisi-şərifdə, “İhtimar (mayalanaraq spirt təşəkkül) etmiş hər içki haramdır”  buyuruldu. (Əbu Davud)

Bu hədisi-şərif, fiqh kitablarında belə açıqlanır: Bal əncir, arpa, buğda, qarğıdalı, darı, ərik, qaysı, alma və bənzərlərindən biri soyuq suda qalıb isidilməsə də, spirt təşəkkül edərək pivə kimi olar.  Pivənin dadı acı və kəskin olduğu (spirt olduğu) üçün azı da çoxu da, İmam Muhammədə görə haramdır, fətva da belədir. Digər üç məzhəbdə də haramdır. (S. Əbədiyyə)

Hamrın haram olması, özü ilə əlaqədardır, yoxsa sərxoş etdiyindən deyildir. Damcısı da, zərrəsi də haramdır. Sidik, qan kimi şəriət baxımından qaba nəcasətdir, murdardır. Damcısı, zərrəsi də nəcasətdir. (Məni müskirat)

Qatıq turşuyarsa

Sual: Çox turşumuş qatığı yemək caizdir? Qatıq turşayarsa içində spirt təşəkkül edərmi?

CAVAB

Xeyr, qatıq turş da olsa içində spirt olmaz. Turş qatıq yeməyin zərəri olmaz, hətta sağlamlıq baxımından daha yaxşıdır.

Sirkəyə şərab tökülsə

Sual: İçərisinə şərab tökülmüş sirkə yeyilirmi?

CAVAB

Tökülən şərab, sirkəyə çevriləndə yeyilir. Normal şərab belə, sirkə halına gələndə yeyilir.

27-06-2020, 02:18
Geri