Gözəl İslam / Midi (dəniz molyusku) mədəniyyəti

Midi (dəniz molyusku) mədəniyyəti

Sual: “Midi və xərçəng yeməyə günah demək, adət və ənənələrlə əlaqədardır. Dəniz kənarlarında yaşayanlar mədəniyyətlərində olduğu üçün rahatlıqla yeyirlər, ancaq dənizdən uzaq yerlərdə yaşayanlar bu mədəniyyətdən məhrumdur. Dənizdən çıxan hər şeyin təmiz olduğu haqqında bir də hədisi—şərif olduğu üçün midinin haram olduğu deyilə bilməz.  Quranda da midi mövzusunda qəti bir  hökm olmadığı üçün rahatca yeyilə bilər” deyilir.  Bu görüşə nə deyilir?

CAVAB

Bu görüş bir neçə baxımdan səhvdir:

Birincisi, dinimizdə tək dəlil Quran deyildir. Hədisi-şəriflərlə bildirilən hökmlər də vardır. İki ayəti-kərimə məali:

“Rəsulumun verdiyini alın, qadağan etdiyindən də çəkinin!” (Həşr 7)

“O Peyğəmbər, gözəl şeyləri halal, pis şeyləri haram edər.” (Əraf 57)

Ona görə də müctəhid alimlər Qurani-kərimin əmrinə tabe olaraq Rəsulullah əfəndimizin bu mövzudakı  hədisi-şəriflərinə də baxmışdırlar. Qurani-kərimdə köpək, siçan və ilan ətinin haram olduğu bildirilmir, deyə bunları yemək caiz olarmı? Bunların haram olduqları hədisi-şəriflərlə bildirilmişdir.

İkincisi, müctəhid olmayanların hədisi-şəriflərə görə də əməl etmələri caiz olmaz. Onların öz məzhəblərinin bildirdiyi hökmə tabe olması vacib olar. “Dənizin heyvanları halaldır” məalindəki  hədisi-şərifi Hənəfi alimləri balıq və balıq şəklində olanlar xaric, dəniz həşəratlarının yeyilməsinin caiz olmadığı şəklində anlamışdırlar. Hənəfi olub, lakin məzhəbinin hökmünə tabe olmayan, məzhəbinin hökmlərini bəyənməyən kimsə,  “Mənim məzhəbim var” desə də məzhəbsizdir.

Nəticə: Midi və xərçəng kimi dəniz həşəratının yeyilməməsinin ənənəylə, mədəniyyətlə, həyat tərziylə heç bir əlaqəsi yoxdur.  Hənəfi məzhəbində olan Müsəlmanların  dəniz  kənarında da yaşasalar, balıq şəklində olmayan yengəc, midi, xərçəng, krevet kimi  dəniz həşəratını yemələri caiz deyildir.

14-03-2018, 10:28
Geri