Gözəl İslam / Qidalarda ehtiyat

Qidalarda ehtiyat

Sual: Hər gün bir iddia ortaya atılır. Bəzi firmaların gəlirləri Yəhudilərə gedir, bunların məhsullarından istifadə etmək haram olar, deyildiyi kimi, kolalarda siçan ölüsündən istifadə edilir də deyilmişdi. Daha sonra, böcəkdən əldə edilən maddədən istifadə edildiyi deyildi.  İndi də çörəklərdə donuz yağından əldə edilən bir maddə olduğu deyilir. Bunları yeyib-içmək həqiqətən haramdır?

CAVAB

Dinimizdə, müsəlman olmayanlarla ticarət etmək qadağan deyildir. Peyğəmbər əfəndimiz də etmişdir.

Kafirlər Müsəlmanlardan əldə etdiyi qazancla, Müsəlmanların zərərinə olan işlər edə bilər, İslamiyyətə zidd karikaturalar çəkə bilərlər, hətta Müsəlmanları öldürə bilərlər. Buna baxaraq, onların məhsullarından istifadə etməyə haram deyilməz.

Bu gün az qala yediyimiz və ya istifadə etdiyimiz hər məhsulun qeyri-müsəlman şirkətləriylə əlaqəsi vardır. Xammalı və ya bir hissəsi onlardandır, yaxud orada istehsal edilmişdir. Bunlara etibar edilərsə  az qala hər şeyə haram deyilmiş olar. Belə şayiələrə etibar etməmək lazımdır.

İslam alimləri Müsəlmanları çətinliyə salmağı da fitnəyə daxil etmişdirlər. Yəni, Müsəlmanları şübhəyə, çətinliyə salmaq, narahat etmək də fitnə olur.

Dinimiz, qidaların təmizmi, nəcismi olduğunu araşdırmaq lazım olmadığını bildirir. İmamı Rəbbani həzrətləri buyurur ki:

Kafirlərin yemək və içkilərindən çəkinmək, ehtiyat deyildir, bu haldan xilas olmaq ehtiyatdır. (3/22)

Təmizlikdə vasvası davranmaq belə qadağan edilmişdir. 99% belə olsa, 100% qəti bilinmədikcə, yeməklərimizdə nəcis var demək, çox səhvdir.  Bir hədisi-şərif məali belədir:

“Bir vaxt gələcək insanlar təmizlikdə çox vasvası hərəkət edəcək, (vəsvəsəyə düşərək) dində həddi aşacaqlar.” (Əbu Davud)

14-03-2018, 10:28
Geri