Gözəl İslam / Heyvan içalatları

Heyvan içalatları

Sual: Qarın, qaraciyər, dalaq kimi heyvanların içalatlarının yeyilməsində bir zərər vardırmı?

CAVAB

Üçünü də yemək caizdir. Qurani-Kərimdə qan haram edildiyi üçün, ağılını ölçü alan bəzi kəslər və bəzi qərbşünaslar, “Dalaq qandır, ciyər qandır, elə isə yemək haramdır” deyirlər. Qurani-Kərimdə məalən “Meytə (heyvan leşi) və qan sizə haram edildi” buyurulur. (Maidə 3)

Meytə, özbaşına ölən, leş olan heyvandır. Bir qərbşünas, bu ayəyə baxaraq özbaşına ölən balığın haram olduğunu söyləyir. Qərbşünasa görə sadəcə dəlil Qurani-Kərimdir. Halbuki, Allahu təala məalən “Bir işdə anlaşa bilməsəniz, bu işin hökmünü öyrənmək üçün Qurana və sünnəyə baxın!”  buyurur. Qurani-Kərimə baxanda qərbşünas balığın yeyilə bilməyəcəyini anlayır.

Dalaq qandır. Qərbşünas, ayəyə baxanda bunun da haram olduğunu anlayır. Lakin sünnəyə baxılanda balıq və dalağın halal olduğu görülür. Hədisi-şərifdə buyuruldu ki:

“Sizə iki meytə və iki qan halal edildi. İki meytə balıq və çəyirtkə, iki qan da qaraciyər və dalaqdır” (İbni Macə)

Peyğəmbər əfəndimiz Meytəni açıqlamasaydı, heç bir Müsəlman balıq yeyə bilməzdi.

Kokoreç

Sual: Kokoreç yemək caizdir?

CAVAB

Kokoreç yeyilir. İçinə qoç yumurtası da qoyulduğu deyilir. Qoyularsa yeyilməz.

14-07-2020, 19:19
Geri