Gözəl İslam / Bəsmələ (bismillahirrahmənirrahim)

Bəsmələ (bismillahirrahmənirrahim)

Sual: Bəsmələ çəkməyin hökmü nədir?

CAVAB

Yerinə görə Bəsmələnin hökmü dəyişir. Bir neçə nümunə verək:

Fərz olduğu yerlər: Heyvan kəsərkən Bəsmələ çəkmək fərzdir. Bəsmələsiz kəsiləni yemək haramdır.

Vacib olduğu yerlər: Namaz xaricində Fatihə oxumağa başlayarkən Bəsmələ çəkmək vacibdir. Şafii məzhəbində isə hər zaman Fatihə oxuyarkən Bəsmələ çəkmək fərzdir.

Sünnət olduğu yerlər: Namazda hər rükətdə Fatihədən əvvəl, qüsul almağa və dəstəmaz almağa, yemək-içməyə, məktub yazmağa və hər faydalı işə başlayarkən Bəsmələ çəkmək sünnətdir. Namaz xaricində, Fatihədən başqa bir surə oxumağa başlayarkən də Bəsmələ çəkmək sünnətdir.

Müstəhəb olduğu yerlər: Namazda, Fatihə ilə zəmmi-surə arasında Bəsmələ çəkmək, caiz və ya müstəhəbdir.

Mübah olduğu yerlər: Getməyə, oturmağa, qalxmağa və hər mübah işə başlayarkən Bəsmələ çəkmək mübahdır.

Məkruh olduğu yerlər: Övrət yerini açarkən, nəcasət olan yerə girərkən, Bəraə surəsini əvvəlki surəyə bitişik oxuyarkən, siqaret çəkməyə və bunun kimi pis qoxulu, məsələn soğan, sarımsaq kimi şeyləri yeməyə başlayarkən və saqqal təraş etməyə başlayarkən Bəsmələ çəkmək məkruhdur.

Haram olduğu yerlər:  Haram iş görməyə başlayarkən Bəsmələ çəkmək haramdır. Haramlığını qəbul edərək etsə haram olar, harama əhəmiyyət vermədən və ya halal qəbul edərək etsə küfr olar.

Küfr olduğu yerlər: Özü haram olan məsələn, şərab içmək, zina etmək, donuz əti yemək kimi haram olan işləri etməyə başlayarkən Bəsmələ çəkmək küfr olar.  Burada haramı halal saydığından və ya harama əhəmiyyət vermədiyindən küfr olur.

Sual: Bəsmələsiz kəsilən heyvanı yemək caizdir?

CAVAB

Şafiidə bəsmələsiz kəsilən heyvanı yemək caizdir, digər üç məzhəbdə qəsdən Bəsmələsiz kəsmək haramdır.

Heyvanın boğazındakı yemək borusu, hava borusu və boynunun iki yanındakı qan damarı vardır. Malikidə hamısını kəsmək lazımdır. Hənəfidə bu dörd borudan üçünü kəsmək kafidir. Şafiidə isə yemək borusu və nəfəs borusu kəsilərsə kafidir. Ancaq qırtlaq düyünü baş tərəfində qalmalıdır! Qırtlaq düyününün hamısı bədən tərəfində qalarsa kəsilən heyvan yeyilməz. Heyvanı peysərindən kəsmək haram isə də, peysərindən kəsilən heyvan Hənəfi və Şafidə yeyilir, digər iki məzhəbdə yeyilməz.

Sual: Bəsmələ unudularsa, kəsilən heyvan yeyilərmi?

CAVAB

Bəsmələ çəkmək unudularsa yeyilir. Malikidə yeyilməz.

Sual: Bəsmələsiz kəsildiyi bilinən bir heyvanın ətini yeyərkən Şafini təqlid etmək lazımdır?

CAVAB

Bəli lazımdır.  (Hulasat-üt-təhqiq)

Sual:  Heyvan kəsilən yerlərdə hər səhər bir bəsmələ çəkilir. Digərləri bəsmələsiz kəsilir. Ətləri yeyilər?

CAVAB

Ətləri yeyərkən Şafiini təqlid lazımdır.

Sual: Toyuqlar bir anda kəsilir. Hamısına bir bəsmələ kafidir?

CAVAB

Hər toyuğu kəsim maşınına qoyarkən bəsmələ çəkilər. Kəsərkən də müştərək bir bəsmələ kafidir.

Sual: Yemək yeyərkən bəsmələni unudan kimsə sonunda xatırlayarsa nə etməlidir?

CAVAB

Bir hədisi-şərif məali belədir:

“Yeməyə başlayarkən Allahu təalanın adını anın, yəni Bəsmələ çəkin. Başında bəsmələ çəkməni unudan, xatırladığı vaxt, “Bismilləhi alə əvvəlihi və axırihi” desin.” (Əbu Davud, Tirmizi, Hakim)

Sual: Doyduqdan sonra yeyərkən Bəsmələ çəkmək haramdır?

CAVAB

Xeyr. Çünki yeməyin özü haram deyildir.

Sual: Bəsmələ çəkəndə və ya azan oxunanda şeytanların qaçdıqlarını və bir daha oraya gəlmədiklərini söyləyirlər. Bu doğrudurmu?

CAVAB

Bəsmələ çəkəndə və azan oxunarkən şeytan qaçar. Lakin, azan bitəndə geri gələr. Yeməkdə Bəsmələ çəkincə o yeməyi yeyə bilməz. Davamlı Allah zikr edilərsə, vəsvəsə verə bilməz, zikri tərk etdikdə dərhal gələr.

Sual: Soğan və soğanlı yemək, salat, turşu yeyərkən bəsmələ çəkmək caizdirmi?

CAVAB

Tam Elmihalda deyilir ki:

Pis qoxulu şeyləri, məsələn soğan, sarımsaq kimi şeyləri yeməyə (və saqqal təraş etməyə başlayarkən) Bəsmələ çəkmək məkruhdur.

Sarımsaqlı, soğanlı yeməkləri, salatı, turşunu yeyərkən Bəsmələ çəkilir.

Meyxanaya girərkən

Sual: Bir iş üçün meyxanaya, qumarxanaya girərkən Bəsmələ çəkmək caiz olar?

CAVAB

Bəli, caiz olar. Haram işləyərkən Bəsmələ çəkilməz. Bir iş üçün günah işlənən yerə girmək günah olmaz.

Sual: Bir məkruha fikirli ikən bəsmələ çəkən üzrlü sayılarmı?

CAVAB

Bəli.

Bəsmələ çəkərkən

Sula: Bəsmələ çəkərkən Bismillah demək kafidirmi?

CAVAB

Bəli kafidir, ancaq hə hərfini bəlli olacaq şəkildə çıxarmalı, “Bismillə” deməməlidir. Yəni “Bismilləh” deyilərsə, bəsmələ çəkilmiş olar. “Bismilləhi” demək daha uyğundur.

Bəsmələsiz heyvan kəsmək

Sual: “Quranda heyvan kəsərkən deyil, sadəcə qurban kəsərkən Bəsmələ çəkmək fərzdir”  deyilir. Yemək üçün heyvanları kəsərkən  Bəsmələ fərz deyildirmi?

CAVAB

O ayənin məali belədir:

“Allahın onlara ruzi olaraq verdiyi dörd ayaqlı heyvanları  bəlli günlərdə (qurban edərkən) Onun adını xatırlayaraq kəssinlər.” (Həcc 28)

Heyvan kəsərkən Bəsmələ çəkilməsi yalnız qurban kəsməyə məxsus deyildir.  Rəsulullah əfəndimiz buyurur ki:

“Heyvanı kəsərkən bəsmələ çəkib təkbir gətirin!” (Tabərani) (Yəni Bismillahi Allahu əkbər deməlidir)

“Heyvan kəsərkən Allahın adını söyləmək (Bismillahi demək və ya Allahu əkbər demək) kafidir.” (Beyhəqı)

“Bu üç yerdə adımı söyləməyin: Yeməyə bəsmələ çəkərkən, heyvanı bəsmələylə kəsərkən  və asqıranda.” (Beyhəqı)

Şafiidə bəsmələsiz kəsilən heyvanı yemək caizdir, digər üç məzhəbdə isə qəsdən Bəsmələsiz kəsmək haramdır. İbni Abbas həzrətləri də buyurur ki:

Heyvanı kəsərkən bir kimsə  Bəsmələ çəkməyi unudubsa bir zərəri yoxdur, ancaq Bəsmələ qəsdən tərk edilmişsə, kəsilən heyvan yeyilməz.(Rəzin)

Bəsmələsiz kəsildiyi bilinən bir heyvanın ətini yeyərkən Şafiini təqlid etmək lazımdır.  (Hulasat-üt-təhqiq)

Bəsmələ çəkmək

Sual: Hədisi-şəriflərdə, “Bəsmələylə başlanmayan hər önəmli iş nöqsan olar” və “İşə Bəsmələ ilə başlayanın  günahları əfv olar” buyurulur. Əuzu çəkmək də lazımdır, yoxsa  sadəcə Bəsmələ çəkmək kafidir?

CAVAB

Bəli, kifayətdir. Bir işə başlayarkən Əuzu oxunmaz, sadəcə Bismillahirrahmənirrahim deyilir. (Hindiyyə)

14-03-2018, 10:31
Geri