Gözəl İslam / Toyuq yemək

Toyuq yemək

Sual: Toyuq yemlərinə qan qarışdırıldığı deyilir. Bu yemi yeyən toyuqları yemək caizdir?

CAVAB

Dinimizdə görmədən qəti hökm vermək caiz olmaz. Görərək və ya adil bir müsəlmanın söyləməsi ilə aydın olar. Ancaq, soruşub araşdırmaq lazım deyildir. Bir qisminə hiylə edildiyi görüləndə, digər hamısına da hiylə edildiyi qəti olaraq deyilə bilməz. Bir  toyuğun nəcasət yediyi qəti olaraq bilindikdə, o toyuq üç gün ayrı bir yerə qoyular. Bu üç gün ərzində toyuğun içindəki nəcasət kimyəvi dəyişikliyə uğrayar. Üç gün sonra o toyuğu yemək halal olar.

Şərab da sirkə olanda təmiz olur. Donuz yağı daxil olmaqla nəcasətli yağlar sabun edildikdə təmiz olur. Bütün kimyəvi dəyişmələr belədir. (Rədd-ül muxtar, S. Əbədiyyə)

Sual: Tüklərin asan yolunması üçün kəsilən toyuqlar isti suya qoyulur. Belə toyuqları yemək caizdir?

CAVAB

Yarılmadan qaynar suya qoyularsa nəcis olar. Yeyilməsi haram olar. Əgər qarnı yarılıb içi yuyulub təmizləndikdən sonra, qaynar suya qoyularsa, tüklərinə nəcasət bulaşmamışsa, yeyilməsi halal olar. (Əbussuud Əfəndi Fətvası)

Qaynamayan isti suya qoyulan içi boşaldılmamış toyuğun, tək dərisi nəcis olar, belə toyuğun içini boşaltdıqdan sonra, üç dəfə soyuq suyla yuyulanda hər yeri təmiz olur. Qarın da belə üç dəfə yuyulduqda təmiz olur. (Rədd-ül muxtar)

Necə kəsildiyi, necə qaynadıldığı, nəcis olduğu qəti olaraq bilinməzsə yeyilməsi günah olmaz. (Əşbah)

Sual: Eşitdiyimə görə bəzi kəsim yerlərində bıçaqlara bəsmələ yazdırmışlar, onlarla kəsirlərmiş. Bəzi yerlərdə də, kəsən cihazlara bəsmələ yazmışlar. Bəzi yerlərdə də səhər bir dəfə bəsmələ çəkmək yetər deyilirmiş. Belə kəsilən toyuq və digər heyvanlar yeyilir?

CAVAB

Bütün din kitablarında hər heyvan üçün ayrı bəsmələ çəkilməsinin lazım olduğu bildirilir.

Ev heyvanıyla yabanı heyvanların kəsimi fərqlidir.

Ovçu dovşana, kəkliyə silah atarkən, ov itini buraxarkən, kəkliyə, bildirçinə şahini göndərərkən bəsmələ çəkməklə o heyvan dinə uyğun kəsilmiş sayılır. Amma bir toyuğa bəsmələ ilə güllə atılsa, o heyvan yeyilməz, çünki toyuğu tutub kəsmək imkanı vardır.

Böyük fermalarda minlərlə toyuq eyni anda kəsiləcəksə, hər toyuq kəsim yerinə qoyulanda bəsmələ çəkmək lazımdır. Sonra maşının düyməsinə basarkən də bir bəsmələ çəkilsə kifayət edər. Çünki hər biri bəsmələ ilə qoyulmuşdur.

Sual: Burada toyuqları ağızlarına bıçaq soxaraq beyinlərini parçalayıb öldürürlər. Belə kəsilən toyuqları yemək caiz olar?

CAVAB

Bəhs etdiyiniz şəkildə kəsilən toyuqları Müsəlmanların yeməsi caiz olmaz. (Tahtavi)

Sual: Laboratoriya üçün qan alarkən ölən toyuğu yemək caizdir?

CAVAB

Xeyr.

Sual:  Leş olaraq ölmüş toyuqdan çıxan yumurta yeyilir?

CAVAB

Yeyilir.

14-03-2018, 10:30
Geri