Gözəl İslam / Ağac əkməyin əhəmiyyəti

Ağac əkməyin əhəmiyyəti

Sual: Dinimizdə ağac əkməyin əhəmiyyəti nədir?

CAVAB

Meyvəli, meyvəsiz ağacların və meşələrin insanlara olan faydaları  sayıla bilməyəcək qədər çoxdur. İnsanlıq üçün belə bir xidmət etməyin dinimizdəki önəmi böyükdür. Bu barədə bildirilən hədisi-şəriflərdən bəziləri belədir:

“Əkilən ağacdan alınacaq meyvənin sayı qədər əkənə savab verilir.”  (İ. Əhməd)

“Bir kimsə bir ağac əkərsə, ağac meyvə verənə qədər onu qoruyub qulluq edərsə, bu ağacdan tökülən hər meyvə Allah qatında o kimsə üçün bir sədəqə olar.” (İ. Əhməd)

 “Bir ağacdan insanlar, heyvanlar və ya quşlar istifadə edərsə, o ağacı əkən üçün  bir sədəqə olar.” (Buxari)

 “Bir ağacdan yeyilən və ya oğurlanan şeylər, o ağacı əkən üçün sədəqə olar.” (Müslim)

 “Bu yeddi şeyi edən öldükdən sonra da davamlı savab qazanar:

1-  (Dinə uyğun) elmi bir əsər yazan,

2-  Bir bulaq açan.

3- Bir su quyusu açan,

4- Bir xurma ağacı əkən.

5- Bir məscid inşa edən,

6- Bir Mushaf (Qurani-Kərim kitabı) yazan.

7- Öldükdən sonra özünə dua edəcək saleh bir övlad yetişdirən.” (Beyhəqı)

Əkilən bir ağacın kölgəsindən də istifadə edilsə, ağacı əkən üçün savab vardır. O ağacdan nə qədər istifadə edilərsə savabı da o qədər çox olar.  (Əl-Ənvar)

Yaş kəsmək

Sual: Yaşıl bir şeyi qopartmaq günah imiş, “Yaş kəsən, baş kəsər” deyirlər. Yaşıl otu və ya yaşıl  bir yarpağı qopartmaq günahdır?

CAVAB

Günah deyildir. Fidanları, gənc ağacları bir ehtiyac olmadan kəsməyin uyğun olmadığını  ifadə etmək üçün elə deyilmişdir.

14-03-2018, 10:18
Geri