Gözəl İslam / Bədəndəki tükləri təmizləmək

Bədəndəki tükləri təmizləmək

Sual: Bədəndəki hansı tükləri almaq lazımdır, hansılarını almaq uyğun olmaz?

CAVAB

Qoltuq və qasıq tüklərini, hər həftə təraş edərək təmizləmək sünnətdir. 15 gündə bir də təmizlənə bilər. 40 gün uzatmaq günah olar. Kişinin kişiyə, qadının qadına göbəklə diz arasındakı nahiyəyə baxmaları haram olduğu üçün, öz cinsi də olsa qasıq tüklərini lazerlə, epilyasiya ilə, bal mumu kimi bir metodla başqalarına aldırmaq caiz olmaz.

Kişilərin qaş aldırmaları, cəmal niyyətiylə, yəni səliqəli görünmək niyyətiylə caiz, bəzək üçün, zinət üçün olarsa, caiz olmaz.

Qadınların qaşlarını almaları, incəltmələri caiz deyildir.

Alın, yanaq, çənə və bığ bölgəsindəki tüklər ilə iki qaş arasındakı tükləri almaları caizdir. Ayaqlarındakı və bədəninin digər bölgələrindəki tükləri zərurətsiz, hər hansı bir yolla almaları tənzihən məkruhdur.

Kişilərin də ayaqlarındakı, sinə və ya kürəklərindəki tükləri zərurətsiz almaları caiz olmaz.

Qulaqdakı tüklər

Sual: Bərbərlər qulağın iç qismində çıxan tükləri spirt alovu ilə yandırırlar. Bu şəkildə tükləri yox etmək caizdir?

CAVAB

Caizdir.

Qarışqa yağı

Sual: Qarışqa yumurtasının yağını tük tökmədə istifadə etmək caizdir?

CAVAB

Bəli, caizdir.

Qüsuldan sonra

Sual: Qüsulsuzkən, qüsul alarkən və ya qüsul almadan əvvəl qasığı təraş etmək uyğundur? Yoxsa qüsuldən sonraya saxlamaq lazımdır?

CAVAB

Qüsul almadan və ya qüsul bitmədən əvvəl ətək təraşı olmaq qüsulsuz olduğu üçün məkruhdur. Heyzli üçün məkruh deyildir.

Bakenbard uzatmaq

Sual: Bakenbardlarımızı qulaq yumşağına qədər uzatmaq uyğundur?

CAVAB

Xeyr, heç uzatmamaq daha uyğundur. Qulağın üstünə qədər kəsmək lazımdır.

 

 

14-03-2018, 10:17
Geri