Gözəl İslam / Evdə heyvan bəsləmək

Evdə heyvan bəsləmək

Sual: Köpək və pişik bəsləmək günahdır? Qonşumuz pişik bəsləyir. Evinə getdiyimiz vaxt bizim qız uşaqları və anaları qorxur. Pişik mətbəxdə yeməklərə və içkilərə toxuna bilər. Gəzdiyi yerlərdə namaz qılına bilər? Qızım xalasına kömək edərkən, pişiyi görəndə qorxudan əlindəki nimçəni salır. Bina evində köpək və pişik bəsləmək uyğundur?

CAVAB

Bir ehtiyac üçün köpək bəsləmək caizdir. Məsələn, polis köpəyi, ov köpəyi, çoban köpəyi, gözətçi köpəyi bəslənər. Ancaq köpəyi evin içinə salmaq olmaz. Ayrı yeri və ya itdamı olmalıdır. Köpək olan otağa rəhmət mələkləri girməz.

Pişiyə gələndə isə, pişik bəsləmək caizdir. Ancaq bu günki bina həyatında çətin olur. Sidiyini, nəcisini edəcək yer axtarar. Qum torbası olsa da, bir az çətindir. Bəzi pişiklər sidiyi gələndə, çölə gedə bilir. Pişiyin tükləri evə hətta yeməklərə tökülə bilər. Yumaq, təmizləmək lazımdır. Etinalı bir şəkildə baxmaq lazımdır. Kənd evlərində siçan olardı, pişik bəslənərdi. Beton binalarda siçanın rahatca yaşaması çətindir.

Pişik pis deyildir. Gəzdiyi yerlərdə namaz qılına bilər. Səhabədən bir xanım deyir:

Dəstəmaz almaq üçün bir qaba su qoymuşdum. Pişik gəlib bu qabdan su içincə dayım Əbu Qatadə bir az daha su içməsi üçün qabı pişiyin önünə uzatdı. Mənim heyrətlə baxdığımı görəndə dedi ki: Niyə heyrət etdin?  Rəsulullah əfəndimiz buyurdu ki:

“Pişik nəcis deyildir. Ətrafınızda çox gəzən (sevimli) bir heyvandır.” (Tirmizi, Nəsai, Əbu Davud, Muvatta)

Başqa bir hədisi-şərifdə də pişik sevgisinin imandan olduğu bildirilmişdir.

Pis deyil deyə pişik bəsləmək ehtiyac deyil. Pişiklərdən xəstəlik də keçə bilər. Qonşular narahat olarsa evdə saxlamamaq uyğun olar. Bəzi xanımlar siçandan qorxur. Pişikdən, köpəkdən qorxan da ola bilər. Qonşularımızın rahatsız olmamaları üçün öz sevgimizdən imtina edərək evdə pişik bəsləməmək yaxşı olar.

Sual: Evdə pişik, it, dovşan, bülbül, kanarya kimi quşlar bəsləmək və akvariumda balıq bəsləmək caizdir?

CAVAB

Heyvanları evə, qəfəsə həbs etmək günahdır. Evdə pişikdən başqa heyvan bəslənməz. Ferma kimi yerlərdə dovşan və bənzərləri bir ehtiyac üçün bəslənə bilər.

Ey Oğul kitabında deyir ki:

Bülbülü qəfəsə həbs etmək caiz deyildir. Kanarya, məhəbbət quşu kimi qəfəsə vərdiş olanları qəfəsdə bəsləmək caizdir. Çünki çölə buraxılsa ölə bilərlər. Evə köpək gətirmək caiz deyildir. Akvariumda balıq bəsləmək isə balığı həbs deyildir. Balıq onsuz da suda yaşayır, zərəri olmaz.

Sual: Bağçalı bir evdə pişik-it bəsləmək caizdir?

CAVAB

Pişik evdə bəslənər, çöldə də bəsləmək günah olmaz. Köpək evdə bəslənməz. Sonra köpəyə ehtiyac varsa bəslənər. Ov üçün, bağça və ya sürünü qorumaq kimi zəruri ehtiyaclar xaricində köpək bəsləmənin uyğun olmadığı, bir çox savabları yox edəcəyi hədisi-şərifdə bildirilmişdir. (Müslim)

“Canlı rəsm, köpək və cünub olan evə (otağa) rəhmət mələkləri girməz”  hədisi-şərifi də köpəyi evə gətirməyin uyğun olmadığını bildirir. (Nəsai)

Sual: Məhəbbət quşu, kanarya kimi quşları alıb-satmaq və bəsləmək caizdir?

CAVAB

Qəfəsə alışmış, sərbəst buraxılarsa heyvanlar tərəfindən öldürülə bilən quşları qəfəsdə bəsləmək  və alıb-satmaq caiz olar. Bu quşlar da bunlara daxildir.

Sual: Göyərçin bəsləmək caizdir?

CAVAB

Ətini yemək üçün bəsləmək caizdir. Əvvəllər məktub aparıb gətirərdi. Belə işlər üçün caiz, oynamaq üçün caiz olmaz.

Sual: Evdə meymun bəsləmək caizdirmi?

CAVAB

Xeyr.

Sual: Evdə tutuquşu bəsləmək caizdirmi?

CAVAB

 Qəfəsdə dünyaya gəlib, qəfəsdə yaşamağa öyrəşmiş olanlar bəslənə bilər. Digərləri caiz deyildir.

 

Bəzək köpəyi bəsləmək

Sual: Əshabı-Kəhfin köpəyi Qıtmir Cənnətə girəcəyinə görə, köpək olan evə niyə rəhmət mələkləri girməz? Evdə bəzək köpəyi bəsləmək niyə caiz deyildir?

CAVAB

Bir ehtiyac üçün it bəsləmək caizdir. Məsələn, polis köpəyi, ov köpəyi, çoban köpəyi, gözətçi köpəyi bəslənər. Ancaq köpək evin içinə gətirmək olmaz. Ayrı yeri və ya itdamı olmalıdır. Köpək olan otağa rəhmət mələkləri girməz. Bir hədisi-şərif məali belədir:

“Ov köpəyi, çoban köpəyi kimi bir ehtiyac xaricində köpək bəsləyənin hər gün savabı azalar.” (Müslim)

Donuzun dərisi də nəcisdir

Sual: Bəziləri, “Donuzun yalnız əti haramdır, yağı, dərisi və quyruğu haram deyildir, həmçinin “Heyvan dərisi dabaqlananda təmiz olur” hədisinə istinadən donuzun dərisi dabaqlananda təmiz olur, paltar, kəmər, pulqabı düzəltmək olar, dərisi üzərində namaz qılına bilər” deyirlər. Donuzun dərisi dabaqlansa təmiz olar?

CAVAB

Donuzun yalnız əti pis, yağı, dərisi və quyruğu təmiz ola bilərmi? Ayəti-kərimədə “Donuzun sidiyi nəcisdir” deyə bir ifadə yoxdur deyə, donuzun sidiyi də təmiz qəbul edilərmi? Bu cür iddiaları din düşmənləri edir.

Donuzun hər şeyi haramdır, dərisi dabaqlansa da təmiz olmaz. Ümumiyyətlə hər şeyin bir istisnası olar. İstisnalar qaydanı pozmaz. Bir neçə nümunə verək:

1-  Bütün möcüzələr məxluqdur, amma istisna olaraq Qurani-Kərim məxluq olmayan möcüzədir.

2-  Hər kəs bir ana-atadan dünyaya gəlir, amma Həzrəti Adəm ana-atasız dünyaya gəlmişdir.

3-  Həzrəti İsa da atasız yaradılmışdır.

4-  Ayəti-kərimədə Cəhənnəmdə kafirlərin əzablarının heç azalmayacağı bildirilir. Ancaq Əbu Ləhəb, Rəsulullah əfəndimizin dünyaya gəldiyini müjdələyən cariyəsini sevincindən azad etmişdi. Bunun üçün, hər il, o gecə ,əzabı yüngülləşir.

5- Qurani-Kərimdə “Meytə və qan sizə haram edildi” buyurulur.  (Maidə-3)

Meytə kəsilmədən öldürülən heyvan deməkdir. Hədisi-şərifdə, “Sizə iki meytə və iki qan halal edildi. İki meytə balıq ilə çəyirtkədir, iki qan isə qaraciyər ilə dalaqdır” buyuruldu. (İbni Macə)

Demək ki, boğazından kəsilmədiyi halda balıq və bir qan olduğu halda dalaq yeyilir.

6- Qadın ilə kişi yan-yana camaatla namaz qılsa kişinin namazı pozulur. Amma Kəbədə pozulmaz. Bu Kəbəyə məxsus istisnadır.

7-  Müsəlman və kasıb olmaq şərti ilə tələbəyə zəkat verilər. Zəngin tələbələrdən biri istisnadır.

“Məscid-ul-fətava”da bildirilən hədisi-şərifdə, “Elm öyrənməkdə olanın qırx illik nəfəqəsi olsa da, buna zəkat vermək caizdir” buyuruldu. (Rədd-ül muxtar)

8-  Müsəlman qadın saç və qollarını aça bilməz. Cariyə bundan müstəsnadır, ona haram deyildir.

9-  Köpəklər, axirətdə torpaq olacaqdır. İstisna olaraq Kıtmir adlı köpək Cənnətə girəcəkdir.

10- Hər kəs miras haqqına sahibdir. Ancaq kafir isə miras ala bilməz. Bir hədisi-şərif məali:

[Çox yaxını olsa da] Müsəlman kafirə, kafirdə Müsəlmana mirascı ola bilməz.” (Buxari) “Məsələn, müsəlman olmayan bir qadının əri Müsəlmandırsa miras ala bilməz. Müsəlman bir atanın oğlu mürtəd olsa, miras haqqına sahib ola bilməz.

Bunlar hamısı istisna olduğu kimi, dabaqlanan dərilər təmiz olmasına baxmayaraq donuz dərisi istisnadır. Din kitablarında deyilir ki:

Donuz, ilan, siçan və insan dərisi dabaqlamaqla təmiz olmaz. (Rədd-ül muxtar)

Donuz və ilan dərisi, dabaqlansa da təmiz olmaz. (Hələbi, Hidayə, Hindiyyə)

İmam Azam, “Donuz dərisi dabaqlansa da təmiz olmaz.” dedi. (Mizan-ül-kübra)

İlan dərisi ilə donuz dərisi dabaqlanmaqla təmiz olmaz. (Məzahibil Ərbəa)

Donuzun dərisi dabaqlanmaqla təmiz olmaz. (Neməti İslam)

Şafidə it və donuz dəriləri dabaqlanmaqla təmiz olmaz. (Misbah-un-nəcat)

Donuz dərisi dabaqlanmaqla təmiz olmaz. (Böyük İslam Elmihalı)

Zeydiyə firqəsinə mənsub məzhəbsiz Şevkani, “Donuz dərisi də dabaqlananda təmiz olar” deyirsə də, onun sözü Əhli-sünnə Müsəlmanları üçün sənəd ola bilməz.

 

2-01-2023, 10:58
Geri