Gözəl İslam / Haram və yaxşı niyyət

Haram və yaxşı niyyət

Sual: Şirat-ül-İslam kitabının şərhində, “Qadın əri üçün ətir vurar, küçəyə çıxarkən başqa kişilərə qoxusunu hiss etdirmək niyyəti olmazsa günah olmaz”  deyilir. Küçəyə ətir vuraraq çıxmaq haram deyilmi?  Yaxşı niyyətlə haram, halal halına gələrmi?

CAVAB

Şirat-ül-İslam şərhi qiymətli bir kitab olsa da belə səhvləri də vardır.

  1. Əbədiyyədə də, “Şirat-ül-İslam kitabını şərh edən, Yaqub ibn Seyid Əlinin (rahmətullahi aleyh), dua fəslində etdiyi əlavələrdə, “Dualardan sonra, Sübhanə rabbinə  demək,  Sübhanə rabbikə deməkdən daha yerində olar, çünki məqsəd ayə oxumaq deyil, dua və sənadır” deməsi səhvdir.  Qurani-kərimdəki duaları oxuyarkən dəyişdirmək,  Qurani-kərimi dəyişdirmək olur”  deyilərək  doğrusu bildirilir.

İslam Əxlaqı kitabında isə (Şirat-ül-İslam) kitabından yalnız, “Qadının ətir vuraraq,  zinətlərini göstərərək küçəyə çıxması haramdır” qismi alınmış, bildirdiyiniz qisim alınmamışdır.

Nikahda, boşanmaqda, boşanmaqdan imtina etməkdə, kölə azadında, nəzirdə, alverdə, hədiyyədə söz etibarlı olub, niyyət etibarsız olduğu kimi haram işləməkdə də, yaxşı niyyət etibarsızdır. “Əməllər niyyətə görədir” hədisi-şərifi, taət və mübahlara niyyətə görə savab veriləcəyini bildirir. Günahlar, yaxşı niyyətlə işlənsə də günah olmaqdan çıxmaz. Bir qadın küçəyə çıxarkən yaxşı niyyətlərlə ətir vursa, boyunbağı, bilərzik kimi zinətlərini göstərsə haram işləmiş olar. Yaxşı niyyəti onu qurtarmaz. Mən boyunbağını ərim üçün taxmışdım,  ətiri ərim üçün vurmuşdum, deməsi günahdan xilas etməz.

Qadınların küçəyə çıxarkən ətir vurmaları haramdır. Bir neçə hədisi-şərif məali belədir:

“Bir qadın ətir vurub çölə çıxar və qoxusunu hiss etdirmək üçün bir camaatın yanından keçərsə, ona baxana da, özünə də zina günahı (göz zinası) yüklənər.” (Nəsai)

“Hər göz zina edə bilər. Ətir vurub küçəyə çıxan qadın da zanidir.” (Tirmizi) (Göz zinası işləmiş olar)

“Qadın küçəyə çıxarkən ətir vurmasın.” (Müslim)

“Ətir vuran qadın küçəyə çıxarkən, qüsulsuzluqdan yuyunduğu kimi yuyunsun!” (Nəsai)

14-03-2018, 10:15
Geri