Gözəl İslam / Müxtəlif sual və cavablar

Müxtəlif sual və cavablar

Sual: Bıçağı və qayçını əldən-ələ vermək uğursuzluğa səbəb olar?

CAVAB

Əldən ələ verməyin bir zərəri olmaz. Dinimizdə uğursuzluq yoxdur. Bıçaq, alanın əlini kəsməsin deyə yerə və ya masaya qoyula bilər. Başqa bir hikməti yoxdur.

Sual: Müdir vəzifəsində işləyirəm. Villada yaşayıram, müxtəlif paltarlar geyinirəm. “Bəzəkdən çəkinmək imandandır”  hədisi-şərifini görəndə qorxdum. Həmişə eyni paltarı geyinim, yoxsa villadan çıxıb sadə bir evdə qalım?

CAVAB

O hədisi-şərif göstəriş üçün elə geyinmənin zərərini bildirir. Ehtiyac üçün bəzəkli geyinməkdə və villada qalmaqda zərər yoxdur. Hətta imkanı olanın belə etməsi lazımdır.

İmam Azam həzrətləri buyurur ki:

Cahillərin təhqir etməmələri və düşmənlərə əzəmətli, qüvvətli görünmək üçün alimlərin, əmirlərin paltarlarının və binalarının dəbdəbəli olması lazımdır.

Hikmət əhli də buyurur ki:

“Elə paltar geyin ki, sən ona deyil, o sənə xidmət etsin!”

Hədisi-şəriflərdə də buyuruldu ki:

“Gözəl geyinin ki, Allahu təalanın sizə verdiyi nemətlərin əsəri görülsün!” (Tabərani)

“Allahu təala bir quluna nemət verdiyi zaman o nemətin əsərinin o qulun üzərində görünməsini sevər.” (Tabərani)

“Allahu təalanın verdiyi nemətlərin əsəri üzərində görünməsi lazımdır.” (Nəsai)

Sual: Yoldaşla pencəkləri bir neçə günlük dəyişdirmək məkruh olar?

CAVAB

Bəli.

Dırnaqları basdırmaq

Sual: Kəsilən dırnaqları nə etmək lazımdır?

CAVAB

Torpağa basdırmaq sünnətdir. Ayaq basılmayan bir yerə, qəbir üzərinə və ya dənizə də atıla bilər. Yığılıb hər hansı bir yerə basdırıla bilər.

Sual: Qadın üçün dırnaq və saçını basdırmaq çətin olarsa, yandırmaq caiz olar?

CAVAB

Yığıb basdırma imkanı varkən, yandırmaq caiz olmaz.

Sual:  Dini lövhəni spirtlə, odekolon ilə silmək caizdir?

CAVAB

Sabunlu su ilə silinər. Buna imkan yoxdursa caizdir.

Sual:  Qida paketlərinin və ya yuyucularının içində stəkan, tava  kimi şeylər çıxır. Bəzilərinin içindən də bir kağız çıxır. “ Bu kağızı gətirənə bu hədiyyə veriləcəkdir” deyilir. Paket içindən çıxan malı və kağızı aparıb veriləcək şeyi almaq günah olar?

CAVAB

Xeyr, günah olmaz. (Rədd-ül Muxtar)

Sual: Adətli qadının istifadə etdiyi parçanı yumadan atmasının bir zərəri vardır?

CAVAB

Zərəri yoxdur.

Sual: Yataq otağına dini lövhə asmaq caizdir?

CAVAB

Bəli.

Sual: Düymələrin kiflənməməsi üçün qızıl suyuna batırmaq caiz olar?

CAVAB

Bəli.

Sual: Xəstəyə və ya qonaq gedərkən çiçək aparmaq caizdir?

CAVAB

Bəli.

Sual: Şəfa ayələrini üzərimizdə daşımaq caizdir?

CAVAB

Bəli.

Sual: Tələbəyə öyrətmək üçün Kəbə maketi düzəltmək caizdir?

CAVAB

Bəli.

Sual: Hacıların gətirdiyi içi ayə yazılı qabdan yeyib-içmək caizdir?

CAVAB

Xeyr.

Sual: Məscid rəsmi olan kağızla kitab örtmək caizdir?

CAVAB

Xeyr.

Sual: Zurna çalmaq caizdirmi?

CAVAB

Xeyr. Hərbdə caizdir.

Sual: Qəbirin üstünə çiçək əkməkdə zərər vardırmı?

CAVAB

Məzar üstünə çiçək əkmək ölüyə faydalıdır, yaxşıdır. Çiçəyə veriləcək pulu namaz qılan kasıba sədəqə vermək daha yaxşı olar. Bundan daha yaxşısı da uyğun bir din kitabı alıb birinə verməkdir.

Sual: Tayt (retuz, dar şalvar) geyinmək uyğun deyil. Kişilərin də qışda şalvarın altından geydiyi incə və ya qalın geyimlər var. Bunlara da tayt deyirlər. Soyuqdan qorunmaq üçün alt paltar olaraq tayt geyinməkdə zərər vardır?

CAVAB

Bunları istehsal etməkdə və geyinməkdə zərər yoxdur. Hətta taytları da alt paltar olaraq geyinmək caizdir.

Sual: Gecə paltar yumaq caizdir?

CAVAB

Bəli.

Sual: Ehramı kəfən etmək və kəfəni zəmzəmlə yumaq caizdir?

CAVAB

Ehramı kəfən etmək caizdir. Kəfəni zəmzəmlə yumaq isə Hənəfidə caiz, Şafidə haramdır.  (Rədd-ül muxtar)

Sual: Köhnələn səccadəni cırıb yer əskisi etmək caizdir?

CAVAB

Xeyr.

Sual: Ayə və dua südə oxunub içilir, caizdirmi?

CAVAB

Bir şeyə oxumaq faydalıdır.

Sual: Şəfa ayələrini görünər şəkildə PVC etdirib daşımaq caizdir?

CAVAB

Açıq kimidir. Görünməz şəkildə örtülərsə caiz olar.

Sual: Dini yazı olan qəzeti yerlərə atmaq zərərli olar?

CAVAB

Bəli. Oxuyanda yuxarı qoymaq lazımdır.

Sual: Musiqi zəngli qol saatı məkruhdur?

CAVAB

Bəli.

Sual: Donuz dərisindən ürək qapaqcığı taxdırmaq caizdir?

CAVAB

Zərurət varsa caizdir.

Sual: Tarladakı kol artıqlarını yandırırıq, içindəki böcəklər də yanır. Günah olurmu?

CAVAB

Xeyr. Çünki siz böcəyi deyil, kolu yandırırsınız. Tək böcəyi yandırsanız caiz olmaz.

Sual: Odunlarda qurd var. Yerə vuranda, düşməyən də ola bilər. Bu odunları belə yerə vurduqdan sonra, yandırmaq caizdir?

CAVAB

Bəli.

Sual: Din kitablarını şkafın içində beldən aşağı qoymaq caizdir?

CAVAB

Caizdir. Qurani-kərimi daim yuxarı qoymaq lazımdır.

Sual: Qadın saçından fırça hazırlamaq caizdir?

CAVAB

Xeyr.

Sual: Heyvan və insan mozaikaları çəkmək günahdırmı?

CAVAB

Bəli.

Sual: Yataq örtüyündəki aslan rəsmi aydın deyildir. Rəsm hökmündədirmi?

CAVAB

Rəsm hökmündə deyil, lakin rəsmli almamağa diqqət etmək lazımdır. Şübhəlilərlə məşğul olmaq harama səbəb olar.

Sual: Xalçadakı mübarək bir ad boyansa, istifadə etmək caiz olar?

CAVAB

Bəli.

Sual: Qurani-kərim oxunmuş rahləni (kiçik masa), stul olaraq istifadə etmək caiz olar?

CAVAB

Zərurət olarsa caizdir.

Sual: Dini yazı olan qəzeti divanın, yatağın altına qoymaq caizdir?

CAVAB

Xeyr.

Sual: Məscid rəsmli nəlbəkidən istifadə etmək caizdir?

CAVAB        

Xeyr.

Sual: Qanlı pambığı yandırmaq caizdir?

CAVAB

Bəli.

Sual: Ayəti-kərimə yazılı qəzetləri nə etmək lazımdır?

CAVAB

Yandırılıb külünü dənizə və ya ayaq basmayan təmiz yerə tökülər.

Sual: Səhabənin təmsili rəsmlərini çəkmək caizdir?

CAVAB

Xeyr.

Sual: İnsan başlı tənbəki düzəltmək məkruhdurmu?

CAVAB

Bəli.

Sual: Donmaması üçün lağıma duz qoymaq caiz olar?

CAVAB

Bəli.

Sual: Kirayəçi ev sahibindən icazəsiz evdə dəyişiklik edə bilər?

CAVAB

Edə bilməz. Kran kimi şeyləri dəyişdirə bilər.

Sual: Çörək qırıntılarını yandırmaq caizdir?

CAVAB

Xeyr. Yığılıb dənizə atıla bilər. Quşlara verilə bilər.

Sual: Avtobus altındakı baqajda, paketlə mushaf daşımaq caizdir?

CAVAB

Xeyr. Avtobusun üstündə də daşımaq mümkündür.

Sual:  İki mərtəbəli avtobusun, birinci mərtəbəsinin rəfində, Qurani-kərim daşına bilərmi?

CAVAB

Bəli.

Sual: Azan oxuyan saatlardan istifadə etməkdə zərər vardır?

CAVAB

Oxunarkən hörmət etmək şərti ilə zərəri olmaz.

Sual: Hədiyyə edilən spirtli içki yerinə, çay almaq caiz olar?

CAVAB

Bəli.

Sual: “Dəstəmaz dəsmalımdan hər kəs istifadə edə bilər” dedim. Caizdir?

CAVAB

Bəli.

Sual: Evdə, yatağın altına çuvalla un, düyü qoymaq caizdir?

CAVAB

Xeyr.

Sual: Spirtli qələmlə, dini yazı yazmaq caizdir?

CAVAB

Caizdir.

Sual: Evdə, canlı heyvan heykəli saxlamaq caizdir?

CAVAB

Xeyr.

Sual: Yapışqanlı xəmirdən, ağac kimi formalar düzəltmək caizdir?

CAVAB

Bəli.

Sual: Məsciddəki xalçanı ayaqqabı ilə girilən yerə sərmək caizdir?

CAVAB

Xeyr. Ayaqqabı ilə girilməyən evə sərmək caizdir.

Sual: Atamın rəsmini albomda saxlamaq caizdir?

CAVAB

Bəli.

Sual: Məzar daşına Əli oğlu Vəli və miladi tarixi yazmaq caizdir?

CAVAB

Bəli.

Sual: Gözətçinin icazəsi ilə H.Bağdadi türbəsindən örtü aldım. Caiz olar?

CAVAB

Bəli.

Sual: Bazardakı ətirlərdən istifadə etmək caizdir?

CAVAB

Bəli. Ətir spirtsiz deməkdir.

Sual: Namaz kitabı ilə ayaq yoluna girilər?

CAVAB

Xeyr.

Sual: Rəsmlər, yerdə olsa oraya rəhmət mələkləri girməzmi?

CAVAB

Girməz.

Sual: Rəhmət mələyi girməyən otaq, rəhmətdən məhrum qalar?

CAVAB

Xeyr. Mələklərin faydalarından məhrum qalar.

Sual: Kəliməyi-tövhid yazılı araqçın ilə ayaq yoluna girmək caizdir?

CAVAB

Xeyr.

Sual: Mələk girsin deyə oxunan qəzeti bağlı yerə qoymaq lazımdır?

CAVAB

Bəli.

Sual: Araqçını şalvarın cibinə qoymaq caizdir?

CAVAB

Bəli.

Sual: Ayə yazılı yalnış kitabı yandıraraq yox etmək caizdir?

CAVAB

Bəli.

Sual: Qəbiristanlıqda maqnitofonu açıb çalğı çalmaq uyğundur?

CAVAB

Qəbiristanlıqda gülmək uyğun olmadığı kimi kaset oxutmaq da uyğun deyildir.

Sual: Bəzək niyyəti ilə torta şam qoymağın zərəri vardır?

CAVAB

Şam uyğun deyildir.

Sual: Hazır alınan  paltarı yumadan geyinib onunla namaz qılmaqda zərər vardır?

CAVAB

Əşyada əsas olan təmizlikdir. Nəcis olduğu qəti olaraq bilinmədikcə hamısı təmiz qəbul edilər. Hətta müsəlman olmayanların paltarları da  təmiz qəbul edilir. (Hadiqa)

Sual: Təraş fırçalarının donuz tükündən hazırlandığını eşitdim, istifadə etməyimiz uyğundur?

CAVAB

Eşitməklə hökm verilməz. Yəni fırçalardan istifadə etməkdə zərər yoxdur.

Sual: Qeyri-müsəlmanın istifadə edilmiş pencəyini alanda yumaq lazımdır?

CAVAB

Yumaq lazım deyildir.

Paltar və  bulaşıq

Sual: Şafidə, qabyuyan maşınla bulaşıq və ya paltaryuyan maşınla paltar yuyulanda təmiz olur?

CAVAB

Əlbəttə təmiz olur. Hər məzhəbdə təmiz olar. Paltaryuyan maşın da qabyuyan maşın da içindəkiləri bir neçə dəfə yuyur, sıxır. Paltarları əvvəlcə əldə yumaq lazım deyil.

Sual: Üzərində Allah yazılı təsbehlərdən istifadə etmək caizdir?

CAVAB

Caizdir, ancaq bunları yerə atmaq caiz deyildir.

Sual: Almaniyada rəsmi təşkilatlar, bəzi yerlərə tabutsuz basdırma icazəsi vermir. Ölülərimizi tabutla basdırmanın zərəri vardır?

CAVAB

Torpaq nəmdirsə, kişi meyidi tabut ilə qoymaq caizdir. Torpaq quru və möhkəmdirsə, kişi meyidi tabut ilə basdırmaq məkruh olar. Tabut ilə basdıranda tabut içinə bir az torpaq qoyular. Qadınları, hər zaman tabut ilə basdırmaq daha yaxşıdır. Tabutsuz basdırma icazəsi verilməyəndə, kişini də tabutla basdırmaq məkruh olmaz.

Sual: Evə Ayət-əl Kürsi, Fatihəyi-Şərif, Yasini-Şərif və ayəti-kərimə yazılı lövhələri asmaq  caizdir?

CAVAB

Bəli, caizdir.

Sual: Ayət-əl kürsi yazılı boyunbağları ilə ayaq yoluna girilməsi caizdir?

CAVAB

Üstü örtülü olarsa caizdir. Əgər Ayət-əl kürsi çox kiçik yazılmışsa caiz olmaz.

Sual: Körpəyə boynundan ayəti-hirz taxmaqda zərər vardır?

CAVAB

Ayəti-hirz, qoruyucu, mühafizə edici ayələrdir, taxılması çox yaxşı olar.

Sual: Plaşa, paltoya qurşaq, kəmər bağlamaq caizdir?

CAVAB

Caizdir.

Sual: Gecə güzgüyə baxmaq və dırnaq kəsməkdə zərər vardır?

CAVAB

Dinən zərəri yoxdur. Dırnaq gecə və ya gündüz hər vaxt kəsilə bilər. Həftənin hər günü kəsilə bilər. Cümə günü, Cümə namazından sonra kəsmək daha yaxşı olar.

Sual: Həzrəti Osmanın qəbrindən aldığım torpağı qəbirə qoymaq caizdir?

CAVAB

Yaxşı olar, bağışlanmağa səbəb olar.

Sual: Tapılmış pul, bir vəqfə necə verilir?

CAVAB

Dövr ilə verilir. Yəni əvvəl bir kasıba verilər, kasıb istəyərsə vəqfə və ya başqa bir yerə verə bilər.

Sual: Ayaq yolunu bağlayıb məscid etmək caizdir?

CAVAB

Bəli.

Sual: Ehtiyac halında meyidi yarmaq dinən caizdir?

CAVAB

Bəli.

Sual: Donuz tüklü fırça ilə təraş olan Şafii, üzünü bir dəfəsini torpaqla təmizləyib  7 dəfə yumalıdır?

CAVAB

Bəli.

Sual: Həkim, burnuna su vermə, dedi. Sözünə əməl etməyim lazımdır?

CAVAB

Fasiq həkimin sözü ilə müalicə olunur. İbadəti pozan, harama səbəb olan sözü adil həkimdən soruşmaq lazımdır.

Sual: Çörək olan heybə, motosikletin arxasına qoyula bilərmi?

CAVAB

Bəli.

Sual: Bir qoca insan ölmək üzrədirsə, can verirsə mənim ona sistem verməyim bir neçə saat çox yaşamasına səbəb olarsa, həkim olaraq mənim ona sistem verməyim dinimizcə necə olar?

CAVAB

Can verərkən ölmək üzrə olanı narahat etmək yaxşı deyildir. Əziyyət ola bilər. Lakin bir həkim olaraq onun yaşama imkanı olacağını təxmin edirsəniz, sistem vermənizin zərəri olmaz.

Sual: Yanında daşınması sünnət olan güzgü, daraq, misvaq, iynə, sap kimi şeyləri çantamızda daşımaqla da sünnət yerinə yetirilmiş olurmu?

CAVAB

Bəli.

Sual: Məscidlərin üstünə imamlar üçün ev inşa etmək caiz olar?

CAVAB

Tikilmiş bir məscidin üstünə bina yüksəltmək caiz deyildir. Məscidin üstü də səmaya qədər məscid hökmündədir. Belə ki, babalarımızın tikdiyi məscidlərin üstündə bina yoxdur. Məscid yeni inşa edilərkən, üstünə imam üçün ev tikilməsi caizdirsə də, caiz olan bir şeyi zərurət olmadıqca etməmək yaxşı olar. Məscidlərin altına dükan inşa edilə bilər.

Sual: Təsbehlər bidət deyildir? Təsbehi nömrətörlə çəkmək caizdir?

CAVAB

Təsbeh çəkmək sünnətdir. Təsbeh alətinin özü bidətdirmi deyə soruşulanda, Peyğəmbər əfəndimiz zamanında təsbehlər barmaqla, çəyirdəklə, daşla sayaraq təsbeh çəkilirdi. Rəsulullah əfəndimiz, bir qadının təsbehləri çəyirdəklə saydığını görmüş, ancaq qadağan etməmişdir. Alimlər buradan təsbehdən istifadə etməyin caiz olduğunu bildirmişdirlər. Mexaniki və elektron nömrətör deyilən alət ilə təsbeh çəkmək də caizdir. İslam alimləri də bu icazəyə riayət edərək təsbeh hazırlamışlar. Təsbeh bidət deyildir.

Sual: Məscidə girərkən nə üçün “ etiqafa niyyət etdim” deyilir?

CAVAB

Etiqafa niyyət ediləndə orada yatmaq, yeyib-içmək və s. caiz olar. Niyyət etməzsək bunlar edilməz.

Sual: “Saqqız çeynəmək kişilər üçün üzrlü deyil isə məkruhdur” deyilir. Görəsən stress səbəbilə saqqız çeynəmək üzrlü sayıla bilərmi?

CAVAB

Saqqız çeynəməyin hər hansı bir faydası varsa, məsələn dediyiniz kimi stressə qarşı faydası varsa, saqqız çeynəməkdə zərər olmaz. Başqa faydaları varsa o fayda üçün çeynənə bilər.

Sual: Qadınların misvaqdan istifadə etməsi uyğundur?

CAVAB

Qadınların misvaqdan istifadə etmələri caizdir. Kitablarda misvaq yerinə saqqız çeynəmələri bildirilmişdir.

Sual: Çəlik(əsa) daşımaq niyyətiylə çətirdən istifadə etmək uyğun olar?

CAVAB

Çətirdən, çəlik niyyətiylə istifadə etmək yaxşıdır. Hədisi-şərifdə buyuruldu ki:

“Əsa daşımaq, Ənbiyanın sünnəti, möminin əlamətidir.” (Deyləmi)

Həsəni Bəsri həzrətləri də buyurdu ki:

“Əsa, salehlərin bəzəyi, heyvanlara qarşı silah və zəiflərin köməkçisidir.” (T. Qafilin)

Sual: Almaniyada yaşayırıq. Anam uzun zamandır ağır xəstədir, həkimlərin də ümidi qalmadı, güclü ağrılarına qarşı morfidən istifadə edilməsini tövsiyə edirlər, mən oğlu olaraq, vicdanən qərar verə bilmirəm. Mənə dini bilgi verərsəniz məmnun olaram.

CAVAB

Morfidən istifadə etmək caizdirsə də, ağır xəstələrdə istifadə etməmək daha yaxşı olar.

Sual:  Qadınların əl işi etməsi, krujeva, hörgü və s. mübah əyləncə olaraq caizdir?

CAVAB

Hörgü işləmə kimi şeylər çox yaxşıdır, mübahdan çox yaxşıdır, sünnətdir. Hədisi-şərifdə buyurulur ki:

“Ya Fatimə, nə xoşbəxtdir o qadın ki, əri ondan razı olar. Allahu təalanın fərz etdiyini yerinə yetirməkdən və ərinə itaətdən sonra qadınlar üçün yun əyirməkdən, sap bükməkdən üstün iş yoxdur. Bir saat yun əyirmək, sap bükmək və ya toxumaq, əl işləri görmək qadınlar üçün bir il ibadət etməkdən daha savabdır. Toxuduqları hər sap üçün əməl dəftərlərinə bir şəhid savabı yazılar.” ( R.Nasihin)

Sual: Çörək xəmirini qatılığa gətirmək üçün, xəmirin üzərinə parça qoyaraq üzərinə çıxıb tapdalanır. Belə tapdalamaq caizdir?

CAVAB

Bəli, caizdir.

Sual: Fit çalmaq uyğundur?

CAVAB

Səsini  eşitdirmək üçün caizdir. Səbəbsiz çalmaq uyğun deyildir.

Süni toxumlama

Sual: Heyvanlara süni mayalanma etmək caizdir?

CAVAB

Bəli, caizdir.

Bulaşıq suyu

Sual: Evlərdə bulaşıq suları ilə dəstəmaz suları, evin kanalizasiyada qarışır. Günah olur?

CAVAB

Zərurət olduğu üçün günah olmaz.

Ayaq yoluna tökmək

Sual: Çayı ayaq yoluna tökmək caizdir?

CAVAB

Zibilə qoymaq imkanı varkən ayaq yoluna tökülməz, məkruh olar.

Divar saatı

Sual:

Divar saatımız zəng şəklində çalır. İstifadə etməkdə zərər vardır?

CAVAB

Xeyr, bir zərər yoxdur.

Sual: Böcək kolleksiyası yığmaqda zərər vardır?

CAVAB

Zərər yoxdur. (Hadiqa)

Atəşlə dağlama

Sual: Bir hədisdə, “Bu üç şeydə şəfa vardır: Bal şərbəti, hacamat (qan almaq), odla dağlama, amma odla dağlamanı qadağan edirəm” deyilir. Şəfalı şey nə üçün qadağan edilir?

CAVAB

Xəstə olmamaq üçün, sağlam insanı atəşlə dağlama, təvəkkülü pozar. Xəstə olanın həkim tövsiyəsi üzərinə etdirməsi caizdir. İkincisi dağlama təhlükəli yaralara səbəb ola bilər. Hər kəsə eyni faydanı verməsi də qəti deyildir. Bir də dağlamanın faydası başqa dərmanlarla da təmin oluna bilər. Bu baxımdan dağlama tövsiyə edilmir. (S. Əbədiyyə)

Beyin ölümü baş vermiş xəstə

Sual: Bir kimsəyə qaraciyər, böyrək və ya başqa orqan nəqli edə bilmək, yəni bir başqa xəstəni xilas edə bilmək üçün, beyin ölümü baş vermiş bir xəstənin, cihaza bağlı cərəyanı çəkib qəlbini dayandırmaq caizdir?

CAVAB

Belə bir zərurət varsa, beyin ölümü baş vermiş xəstəni elektrikdən çəkmək caiz olar, amma səbəbsiz yerə və ya  daha çox ağrı çəkməsin deyə, beyin ölümü baş vermiş xəstəni elektrikdən çəkmək caiz olmaz.

Sual: Allah kəliməsinin İslami xətt olaraq bir düzü, bir də simmetrik olaraq tərsi yazılır. Belə yazmaq və belə yazılmış bir xətti divara asmaq caizdir?

CAVAB

Yazmaq da, asmaq da caiz deyildir.

Sual: Bəzi kəslər su, duz və atəşin ortaq olduğunu, bunları qonşuya vermək lazım olduğunu, verməməyin günah olduğunu söyləyirlər. Belə bir şey vardır?

CAVAB

Belə bir şey yoxdur. Bir kimsənin mülkünə başqası ortaq ola bilməz. Hədisi-şərifdə buyuruldu ki:

“Müsəlmanlar üç şeydə ortaqdır: Ot, su və atəş.”  (Əbu Davud)

Heç kimin mülkü olmayan belə şeylərdə Müsəlmanlar ortaqdır demək, “Ələ keçirənin mülkü olar” deməkdir. Mülkü olanda da artıq başqalarına vermək üçün məcbur edilə bilməz. Lakin bir kimsə, ümumi olan bir suyu, başqalarının istifadə etməsinə mane ola bilməz.  (Məsəllə)

Sual: Alqışlamanın hökmü nədir? İştirak etdiyimiz yığıncaqlarda mahnı və s. ilə çıxış edilir və hər kəs bunu alqışlayır, hətta mahnı davam edərkən alqışla temp tutulur. Belə bir vəziyyətdə alqışa istəməyərək qatılmağın hökmü nədir?

CAVAB

Peyğəmbər əfəndimiz danışarkən, sözü eşidilməsin deyə müşriklər alqış edirdilər. Alqış etiraz idi. İndiki alqışlar bəyənmə işarəsidir. Yaxşı danışanları alqışlamaq caizdir, zərəri yoxdur. Səhv danışanları, haramları alqışlamaq isə onları bəyənmək olar. Bəyənmədən, etiraz olaraq niyyət edilsə, içindən, Allah islah etsin səni deyilsə, zərəri olmaz.

Sual: Zikr etdiyi üçün çəmənliklərə  ayaq basmağın günah olduğunu söyləyirlər. Çəmənliklər yaşıl olduğu üçün zikr edir?

CAVAB

Ayaq basmağın zərəri olmaz. Sadəcə çəmənliklər, yaşıl olan bitkilər deyil, basdığımız torpaq və daşlar da, yəni canlı-cansız hər şey təsbəh edər, zikr edər. Bir ayəti-kərimə məali belədir:

“Yeddi qat göylə—yer və onların içində olanlar, Allahı təsbeh edər. Heç bir varlıq yoxdur ki, Onu həmdlə təsbeh etməsin, lakin siz onların təsbehini anlaya bilməzsiniz!” (İsra 44)

Sual: Bir hədisdə, həcc və cihad xaricində, dəniz vasitələrinə minilməyəcəyi, çünki dənizin altında atəş, atəşin altında da dəniz olduğu deyilir. Bu iki iş xaricində, məsələn səyahət üçün gəmiyə minmək, caiz deyildir?

CAVAB

Gəmiyə minməkdə heç bir zərər yoxdur. Təşbehli hədisi-şərifləri alimlərin şərhi olmadan yazmaq uyğun olmaz.

Sual: İçində ayəti-kərimə məali olan dini kitabların üstündə bir şeylər yazmaq, üzərinə əlini, qolunu qoymaq caizdir?

CAVAB        

Uyğun deyildir. Dini yazılara hörmək etmək lazımdır.

Haram və halal qarışsa

Sual: Müxtəlif haram mallar bir-birləriylə və ya halal malla qarışanda bu puldan istifadə edilə bilər? Məsələn, bir məscidə kömək edənlər arasında, haram pul verənlər də olsa, bu məsciddə namaz qılmaq caiz olar?

CAVAB

Bəli, caiz olar.  Qəsb, oğurluq, rüşvət, qumar, spirtli içkilərdən alınan pul kimi haram malı öz halal malıyla və ya müxtəlif kəslərdən aldığı haram pulları bir-birləriylə qarışdırmışsa və bunları bir-birlərindən asanca ayıra bilməzsə, o zaman bu qarışımlar öz mülkü olar. Tayyib (təmiz) olmasa da istifadə etməsi caiz olar. Bu pullarla inşa edilən məsciddə namaz qılınar. Tək növ haram pulla inşa edilən məsciddə namaz qılınmaz. Mələsən, hamısı qumar pulu, hamısı oğurluq, hamısı qəsb, hamısı spirtli içkilərdən əldə edilən pul kimi, tək növ haram pulla inşa edilən məsciddə namaz qılınmaz.

Körpənin ölümünə səbəb olmaq

Sual: Bir kimsə, körpə əlindən düşüb ölsə və ya körpəylə yataqda yatarkən, üstünə yatıb balanın ölümünə səbəb olsa, bu gün üçün dinən cəzasi nədir?

CAVAB

Qəsdən olmayıb, səhvlə ölümünə səbəb olduğu üçün, 60 gün kəffarə orucu tutması lazımdır.

Yol qəzası

Sual: Yol qəzasında ölümə səbəb olana, qüsursuz da olsa, qanuni cəzadan başqa kəffarə də lazımdır?

CAVAB

Bəli, 60 gün kəffarə orucu tutması lazımdır.

Çiçək və dəsmal

Sual: Pencəyin üst cibində, yəni yaxada, çiçək və ya dəsmal daşımaq caizdir?

CAVAB

Zinət olmadığı üçün, əldə və ya yaxada çiçək daşımaq məkruhdur. Dəsmal qoymaq da belədir.

Haqq axtarılar, gözlənməz

Sual: Ərizəyə vaxtında cavab verilməzsə, araşdırmaq uyğun olar?

CAVAB

Yaxşı olar. Haqq axtarılar, gözlənməz.

Məhkəməylə haqqımızı almaq

Sual: Kirayəsini aylarla ödəməyən kirayəçidən məhkəmə yoluyla haqqımızı almağımız caizdir?

CAVAB

Bəli, caizdir.

Uzun şalvar

Sual: Kişilərin şalvarlarını ayaqlarını örtəcək qədər uzun geyinmələri caizdir?

CAVAB

Məkruh olduğu Səadəti-Əbədiyyədə yazılıdır.

Məscid rəsmli dəsmal

Sual: Üzərində məscid rəsmi olan dəsmallara əl üz silmək caizdir?

CAVAB

Xeyr, caiz deyildir, hörmətsizlik olar. Belə dəsmalları istifadə etmək üçün satın almaq da caiz olmaz.

Düyüdə Allah adı

Sual: Düyüdə Allah adının yazıldığı deyirlər, doğrudur?

CAVAB

Bəli, İmam Birqivinin bir kitabında elə yazdığını görmüşdük.

Gecə güzgüyə baxmaq

Sual: Gecə güzgüyə baxmaqda bir zərər vardır?

CAVAB

Gecə də olsa, gündüz də olsa, işıqda güzgüyə baxmaqda bir zərər yoxdur. Yarı qaranlıqda güzgüyə baxılanda, güzgünün arxasındakı maddə, üzdəki parlaqlığı aradan qaldırır. Bu təcrübəylə də bildirilmişdir.

Dini yazıları zibilə atmaq

Sual: Dini yazı olan təqvim yarpaqlarını, qəzet səhifələrini, yanlış dini kitabları və üzərində İslamı yazılar olan vafli qablarını, təkrar emal qutularına atmaq uyğundur?

CAVAB

Bu kağızlar, kağız fabriklərinə gedərək kağız xəmiri edildiyi üçün zərəri olmaz.

Gübrə satmaq

Sual: Torpaqla qarışdırılan insan nəcisindən gübrə olaraq istifadə etmək uyğundur?

CAVAB

Bəli, caizdir.

Qəhvəyi ayaqqabı geymək

Sual: “Sarı paltar geymək tənzihən məkruhdur” deyilir. Qəhvəyi ayaqqabı geymək də məkruhdur?

CAVAB

Xeyr, məkruh deyildir. Rəsulullah əfəndimiz qara ayaqqabı geyərdi. Qəhvəyi geymək də caizdir. Sıxıntını aradan qaldırdığı bildirilmişdir. (Şirə şərhi)

Ayaqqabı geyərkən

Sual: “Ayaqqabını ayaq üstə geymək lazımdır” deyilir. Oturaraq geymək günahdır?

CAVAB

Ayaqqabını oturaraq geymək lazımdır, ayaq üstə çətin geyilənlər olur. Onları ayaq üstə geymək məkruh olar. Ancaq asan geyilə biləni ayaq üstə geymək məkruh olmaz. (Şira şərhi)

Sümük tozundan qab

Sual: Heyvan sümüyü tozundan hazırlanan qablar təmizdir?

CAVAB

Əlbəttə təmizdir. Donuz xaric, hər heyvan öləndə sümüyü çirkli olmaz, təmizdir. (Hələbi, Hidayə, Hindiyyə, S. Əbədiyyə)

Cibdə fil dişi daraq varkən namaz qılınar, heyvan sümüyü tozundan da hazırlanan qablardan da yemək yeyilir.

Kişi ayaqqabısı

Sual: Qadınların kişilərə məxsus ayaqqabı geymələri uyğun olar?

CAVAB

Belə bir sual,  Aişə anamızdan da soruşulur. O da, “Qadınların, kişilərə məxsus ayaqqabı geyərək onlara bənzəmələrini Rəsulullah əfəndimiz qadağan etdi” buyurur. (Əbu Davud)

Kişinin qadına, qadının  kişiyə bənzəməyə çalışması haramdır.      

Bonus

Sual: Maaş aldığımız bank, bizə bonus verir. “Faiz alınmaz” deyənlər olur. Bu, faizmi,

yoxsa bonusmu?

CAVAB

Faiz deyil, təşviq edici hədiyyədir. Ortada bir faiz anlaşması yoxdur. Bank, “Maaşını bizdən alsan” deyə təşviq və təşəkkür məqsədiylə verir. Bəzi marketlər də müştərilərinə təşviq məqsədiylə bir şeylər verir, “ Bu da bizdən olsun” deyir. “Bu qədər alver edənə, bu hədiyyələri veririk” və ya “50 manatdan çox alış-veriş edənlərə bunları veririk” deyirlər. Yaxud müştərilər arasında lotoreya keçirirlər. Bunların heç biri faiz deyildir. Fasid alverlə də əlaqəsi yoxdur. Təşviq mahiyyətində bir hədiyyədir.

Bir nəfərə 100 manat borc versək, 101 manat verəcəksən deyilsə  faiz olar, amma heç belə bir razılaşma etmədən borc verdiyimiz kimsə bizə 100 manat verdikdən sonra əlavə 20 manat daha versə, bu pul faiz olmaz. Çünki “Bunu verəcəksən” deyə bir şərt yoxdur, faiz razılaşması edilmir.

100 manat alacağımız olsa, on ildir verməsə, bu gün verərkən 150 və ya 300 manat versə bu da, faiz olmaz, caiz olar. Çünki bizimlə faiz razılaşması edilmədi. Üzr istəmək qabilindən verir.

Uzun dikdaban ayaqqabı

Sual: Tibb mütəxəssisləri, “Uzun dikdaban ayaqqabı, ayaq sağlamlığına təsir etdiyi kimi, donqarlığa və onurğa problemlərinə də səbəb olar. Dırnaq batmaları və ayaq göbələkləri görülür. Döyənəklər meydana gələr. Qan dövranına, ürəyə də pis təsir edər. Oynaq və diz qapağı problemləri görülür. Diz oynaqlarındakı qığırdaqda olan yaralanmaya, valikoz genişlənməyə  səbəb olar. Ayağı sıxmayan, yumşaq və ortopedik az dikdabanlı ayaqqabılar daha uyğundur” deyilir. Sağlamlıq baxımından zərərli olsa da, dinən yüksək dikbadanlı ayaqqabı geyinmək zərərlidir?

CAVAB

Sağlamlıq dindən ayrı deyildir. Bir şey sağlamlıq baxımından zərərlidirsə, dinən də zərərlidir, günahdır. Mübah qidaların hamısı halaldır. Amma allergiya edərək və ya başqa  bir şəkildə bədənə zərər verən, xəstəlik edən qidaları yemək haram olar. Məsələn, yumurta və çiyələk kimi qidalar kiminə zərər verər. Siqaret, bədənə zərər verəcək qədər çəkilərsə haram olar. Qadınların uzun dikdabanlı ayaqqabı geymələri sağlamlıq baxımından zərərlidirsə, geyinməmələri lazımdır.  Gəzərkən səs çıxarması və diqqət çəkməsi də dinən uyğun deyildir.

Hamamdan çıxarkən

Sual: “Hamamdan çıxarkən, soyuq suyla duş almaq yaxşıdır”  deyirlər.  Doğrudur?

CAVAB

Bu tibbi bir sualdır. Biz bilə bilmərik. Zərəri və ya faydası ola bilər.

Bildiyimiz budur: İmam Qəzalı həzrətləri, “Hamamdan çıxarkən başına soyuq su tökmək və ya soyuq su içmək məkruhdur” buyurur. (Əhya)

Bədənə bir zərəri var ki, məkruh deyilmiş. Bunun kimi, 36 dərəcədən daha isti olan mədəyə, sıfır dərəcə soyuqluqdakı bir şeyi içmək və ya dondurma yemək sağlamlıq baxımından zərərlidir. Sağlamlıq baxımından zərərli olan bir şey dinən də uyğun olmaz.

Yenə İmam Qəzali həzrətləri, hamamdan çıxarkən ayaqları soyuq suyla yumağın bəzi xəstəliklərə  faydalı olduğu bildirir.

Texnologiya

Sual: “Texnologiya, zaman yeyən bir qurddur. Özünü ona həsr edən iş görməyə, Allah  deməyə vaxt tapa bilməz” deyilir. “Texnologiya zərərlidir” deyilmək istənilir?

CAVAB

Xeyr, “Texnologiyadan ölçülü istifadə etmək lazımdır” deyilmək istənir. “Televizorun qarşısına keçib hər proqramı seyr edən və ya kompyuterlə məşğul olub yemək yeməyi, ayaq yoluna getməyi belə unudan kimsə, vaxtını öldürmüş olduğu kimi, ibadətə də vaxt tapa bilməz.” deməkdir. Gecə gündüz kompyuterin başından  qalxmayıb  iflic olanları eşidirik. Hər şeydən ehtiyacı qədər istifadə etmək lazımdır.  Həddindən artıqlar zərər verər.

Gecə zibil atmaq

Sual: Gecə dırnaq kəsmək, zibil atmaq, paltar və qab-qacaq yumaq kimi işləri etməkdə zərər vardır?

CAVAB

Xeyr, zərər yoxdur. Uzanmış dırnağı gecikdirməmək lazımdır, gecə də olsa kəsmək lazımdır. Xəlifə Harun Rəşid, İmam Əbu Yusifə “Gecə dırnaq kəsmək uyğundur?” deyə soruşar. İmam, “Uyğundur” buyurar. Xəlifə dəlilini soruşanda da, “Xeyirli işləri təxirə salmayın!” hədisi-şərifini bildirir. (Hindiyyə)

Zibili evdə saxlamamaq lazımdır, gecikmədən gecə də olsa dərhal atmaq lazımdır. Bir hədisi-şərifdə, “Zibil qalan evdən bərəkət qalxar” buyurulmuşdur. (Deyləmi)

Bərəkətsizlik olmasın deyə ilk fürsətdə zibili evdən atmaq lazımdır.

Gecə diqqət ediləcək başqa xüsuslar vardır. Məsələn, gecə yatarkən yemək və içki  qablarının  üstünü örtmək lazımdır.  Qapıları bağlamaq lazımdır. İşıqları söndürmək lazımdır. Uşaqların evə gəlmiş olmaları lazımdır. Gecələr cinlər yayılar.

Tanrıça adı

Sual: Zəfər Tanrısının adı, Yunan mifologiyasında Nike, Roma mifologiyasında isə Victoria imiş. Üstündə belə marka adı və ya loqosu olan əşyaları almağın zərəri vardır?

CAVAB

Markadan ötrü zərəri olmaz, amma belə geyiləcək əşyaları alarkən, məkruh olmaması üçün yazısız, rəsmsiz olanları seçməmiz lazımdır.

 

14-03-2018, 10:13
Geri