Gözəl İslam / Qadınlara və kişilərə bənzəmək

Qadınlara və kişilərə bənzəmək

Sual: Kənd toylarında oyun üçün bir kişiyə qız paltarı geyindirib qaçırdırlar. Qızlara da kişi paltarı geyindirilir. Belə etmək uyğun olar?

CAVAB

Oyun üçün, zarafat üçün də olsa, kişi zərurətsiz qadın paltarı geyməməlidir. Peyğəmbər əfəndimiz kişi qılığına girərək nizə qurşanmış bir qadın görəndə, “Kişilərə bənzəyən qadınlara və qadınlara bənzəyən kişilərə Allah lənət etsin!” buyurdu. (Tabərani)

Rəsulullah əfəndimiz əl və ayaqlarını xınalayıb qadınlara bənzəməyə çalışan bir nəfəri sürgünə göndərmişdir. (Əbu Davud)

Bir hədisi-şərif məali:

“Ana-atasına üsyankar olan, kişilərə bənzəməyə çalışan qadın və dəyyus Cənnətə girə bilməz.” (Nəsai)

Bu günahları və ya başqa böyük günahları işləyən bir kimsə, əgər iman ilə ölərsə, günahlarının cəzasını çəkdikdən sonra Cənnətə girər.

Böyük günahlara davam edənlərin, imanla olaraq ölmələri çətindir. Onun üçün hər günahdan qaçmalıdır!

Kişilərin saç uzatması

Sual: Kişilərin qadınlar kimi saç uzadıb, saç sancağı, boyunbağı, bilərzik və sırğa taxması caizdir?

CAVAB

Qadınlara bənzəmək kimi olur, qətiyyən caiz deyildir. Bu mövzuda din kitablarımızdakı bilgilər belədir:

Qadının və kişinin təraşda, geyinməkdə qarşı cinsə bənzəməsi haramdır.(S. Əbədiyyə)

Kişilərin yanaq üzərinə saç uzadaraq qadınlara bənzəmələri haramdır. (Hədiqa)

Peyğəmbər  əfəndimiz buyurur ki:

“Kişiyə bənzəməyə çalışan qadın, qadına bənzəməyə çalışan kişi bizdən deyildir”(İ. Əhməd)

Bənzəmək niyyəti olmasa da kişinin boynuna boyunbağı, qoluna bilərzik və qulağına sırğa taxması qadınlara bənzəmək olur və caiz deyildir.

Bakenbard buraxmaq

Sual: S. Əbədiyyədə, “Qadınlara bənzəmək üçün saqqalı qazımaq, çənəni qazıyıb, yanaqlar üzərinə uzatmaq haramdır. Qadınlara bənzəməyi düşünməyib, gənc və gözəl görünmək üçün saqqal qırxmaq məkruhdur” deyilir. Qulaqlara qədər bakenbard uzatmaq da məkruh olar?

CAVAB

Bakenbard uzadan qadınlara bənzəmiş olmaz. Kitabda, “Yanaqlar üzərinə uzatmaq” ifadəsi keçir. Bakenbard üzdə, saqqal bitən yerdə olur. Adətən bakenbarda saqqal da deyilməz, amma yenə də  bakenbard uzatmaq uyğun deyildir.

Kişilərin qadınlara bənzəmək niyyəti ilə çiyinlərinə qədər saçlarını uzatmaları və ya buddist rahiblərinə bənzəmək niyyəti ilə saçlarını tamamilə qırxmaları tahrimən məkruhdur. Belə bir niyyət olmazsa məkruh olmaz.

Qarşı cinsə məxsus paltar geymək

Sual: Evdə namaz qılmaq kimi hər hansı bir ehtiyac halında ər, arvad bir-birinin paltarını geyinməsi  caizdir, qarşı cinsə bənzəmək olar?

CAVAB

Caizdir, bir ehtiyac üçün olanda zərəri olmaz.  Qarşı cinsə bənzəmək olmaz.

Qadınlara bənzəmək

Sual: Kişilərin, danışmalarıyla, hal və hərəkətləri ilə qadınlara bənzəmələri günah olar?

CAVAB

Bəli, günah olar. Mahnı oxuyan və qadın kimi davranan kişilər tövbə edənə qədər  tənbeh edilir. (Hindiyyə)

14-03-2018, 10:13
Geri