Gözəl İslam / Qaş aldırmaq

Qaş aldırmaq

Sual: Televizorda bir nəfər, “Qaş aldırmaq kişiyə caiz olduğuna görə, qadına da caiz olar” dedi. Qadına haram deyilmi?

CAVAB

Kişiyə caiz olub, qadına haram olan, qadına caiz olub, kişiyə haram olan şeylər çoxdur. Kişiyə caiz olub, qadına caiz olmayanlara  nümunə göstərək:

1- Qaşlarını incəltmək, qadına haramdır, kişiyə isə caizdir. (Hindiyyə)

Allahu təalanın yaratdığını dəyişdirmək haramdır. Əgər qadının saqqalı bitsə onu yox etməsi haram olmaz. Qadının ərinə və ya başqalarına gözəl görünmək üçün yaradılışındakı bir şeyi çoxaltması, əlavə etməsi və ya azaltması caiz deyildir. Qaşlarının arasındakı tükləri ala bilər. (Bəriqa)

Bir hədisdə buyurulur ki: “Qaşlarını maqqaş və ya başqa bir alətlə alanlar, üzlərinə gözəllik vermək üçün yanaqlarını çəkərək Allahın özlərinə verdiyi şəkli  dəyişdirənlər lənətlənmişdir.”  (Buxari)

Qadının biri, “Ya Rəsulallah, evli qızımın xəstəlik səbəbiylə saçları töküldü. Əlavə saç taxmaq uyğun olar?” deyə  soruşduqda, Rəsulullah əfəndimiz, “Haqq təala əlavə saç taxanı  və taxdıranı lənətləmişdir”  buyurdu. (Müslim)

Qadının insan saçını, öz saçı arasına hörərək birləşdirməyib, öz saçına iplə, parça lentlə bağlamasının və heyvan tükləri əlavə etmənin haram olmadığı İbni Abidin, Hədiqada   Fətəvayi-kübrada  yazılıdır. İnsan və heyvan tükündən və neylon kimi saplardan hazırlanmış , parik deyilən taxma saçlardan istifadə etmənin caiz olduğu aydın olursa da, ehtiyac ilə zinəti bir-birinə qarışdırmamaq lazımdır. Ehtiyac üçün caiz olan şeyi, bəzək, nümayiş üçün taxmaq caiz deyildir.  Kişilər arasında başını açmaq zərurəti olduğu vaxt, qadının başını və öz saçlarını pariklə örtməsi caiz və lazım olar. Zərurət olanda  övrət yerlərini mümkün olan hər şeylə örtmək lazımdır. Günahı tək saçını vermiş olana və baxanadır. Parik taxaraq küçəyə çıxmaq, zərurət olmadan caiz deyildir, çünki qadınların yadlara  bəzənmələri haramdır. (S. Əbədiyyə)

2-  Kürklü, cəlb edici paltar geyinərək, zinətlərini göstərərək küçəyə çıxmaq, qadına caiz deyil, ancaq kişiyə caizdir. (S. Əbədiyyə)

3-  Ətir vurub küçəyə çıxmaq, qadına nə niyyətlə olarsa olsun caiz deyil, amma kişiyə sünnətə riayət etmək niyyətiylə caizdir. (Hindiyyə)

Bir hədisi-şərifdə buyurulur ki: “Qadın küçəyə çıxarkən ətir vurmasın”(Müslim)

Qadına caiz olub, kişiyə caiz olmayanlara nümunə:

1- İpək və qızıl yad kişilərə göstərməmək şərti ilə qadına caiz, kişi üçün isə kimsəyə göstərməsə də ipək və qızıl üzük haramdır. (Təhavi)

Bir hədisi-şərifdə, “Qızıl və ipək qadına halal, kişiyə isə haramdır” buyuruldu. (Tabərani)

2- Sırğa, bilərzik, boyunbağı kimi zinətlər də yad kişilərə göstərməmək şərti ilə qadına caiz, kişinin isə bunları taxaraq qadınlara bənzəməsi haramdır. (Rədd-ül muxtar)

Qaşları almaq

Sual: “Qaşları aldırmaq eybəcərliyi düzəltmək niyyətilə edilərsə kişi olsun qadın olsun fərq etməz caiz olar” deyilir. Kişi və qadın üçün bu fərqli deyil?

CAVAB

Kişi və  qadın üçün fərqlidir. Kişilərin yaraşıq üçün parik taxmaları caiz, qadınların zərurətsiz parik taxmaları qadağan edilmişdir.

Yaraşıq, çirkinliyi aradan qaldırmaq, təmkin sahibi olmaq və şükr etmək üçün, neməti göstərmək deməkdir.

Kişilərin yaraşıq niyyətiylə qəşəng və bəzəkli geyinmələri caiz, qadınların bəzəkli geyinmələri qadağan edilmişdir. Kişilərin yaraşıq niyyəti ilə qaşlarını düzəltmələri caiz, qadınların qaşlarını almaları qadağan edilmişdir. Kişi kürklü palto geyə bilər, qadın kürklü manto geyə bilməz. Kişi gümüş üzük taxa bilər, qadın gümüş də taxa bilməz. Kişi uzun ayaqqabı geyə bilər, qadın geyə bilməz. Qısacası, qadın heç bir zinətini yadlara göstərə bilməz, yalnız evində istifadə edə bilər.

 

14-07-2020, 19:17
Geri