Gözəl İslam / Rüşvət vermək və almaq

Rüşvət vermək və almaq

“Rüşvət olaraq istənib alınan mal, insanın mülkü olmaz. Verən, geri istəyə bilər."

 

Sual: Bir insan dinini, malını, namusunu qorumaq və ya bir insanı zalımların zülmündən qurtarmaq üçün rüşvət verə bilərmi?

Cavab: Mövzu haqqında İbni Abidində buyurulur ki:

“Rüşvət olaraq tələn edilən mal, alanın mülkü olmaz. Verən, geri istəyə bilər. Tələb edilmədən versə, geri istəyə bilməz. Lakin alanın bunu geri verməsi vacibdir. Bir alimə özü üçün şəfaət etməsi və ya zülümdən qurtarması üçün əvvəlcədən verilən şey rüşvət sayılır. Ancaq sonra verilən hədiyyəni almaq caizdir. Əvvəlcədən istəmək haramdır. Əvvəlcədən verilən hədiyyəni almaq, müəllimin tələbəsindən hədiyyə alması caizdir dedilər. Dininə, malına, canına zərər gəlməsindən qorxan adamın rüşvət verməsi caizdir. Dinini, malını və canını zalımların zülmündən qorumaq üçün və haqqını qurtarmaq üçün bir şey vermək rüşvət olmaz, alana günahdır.”

Fərzlərə əməl edə bilmək və haramlardan qurtula bilmək üçün verilən mal da rüşvət olmaz. Bunları almaq günahdır. Həmçinin İbni Abidində rüşvət almağın haram olması haqqında belə qeyd olunur: Rüşvət dörd cürdür. Müfti, hakim, vali olmaq üçün rüşvət vermək və birinin haqlı da olsa məmura, hakimə rüşvət verməsi və onların almaları haramdır. Çünki onsuz da vacib olan bir şeyi etmək üçün bir şey almaq caiz deyildir. Bu işləri etdikdən sonra istəmədən verilən hədiyyə rüşvət olmaz. Məmurların zülmündən qurtulmaq və ya haqqını almaq, malını, canını, dinini, namusunu qorumaq üçün məmura və ya dəllala vermək caizdir. Bunların alması isə haramdır. Zülüm olunması üçün vermək də, almaq da haramdır.

 

Sual: Hər hansı bir şəxsin verdiyi hədiyyəni almağın, qəbul etməyin hökmü nədir?

Cavab: Bir şəxs öz malından hədiyyə versə, istəmədən verilən bu hədiyyəni almaq, qəbul etmək sünnətdir. Məktubatı-Məsumiyyədə deyilir ki:

“Peyğəmbər əfəndimiz həzrəti Ömərə hədiyyə göndərmişdi. O, qəbul etmədi. Geri göndərməsinin səbəbini soruşdu. “İnsan üçün xeyirli olan, heç kimdən bir şey almamaqdır” buyurdunuz dedikdə, “İstəyib almaq haqqında demişdim. İstəmədən verilən şey, Allahü təalanın göndərdiyi ruzidir. Onu götürün!” buyurdu. Həzrəti Ömər də: “Allahü təalaya and içirəm ki, heç kimdən bir şey istəməyəcəyəm və istəmədən veriləni alacağam” dedi.”

Hədiyyə almağın təvəkkülə mane olmadığı Məqamati-Məzhəriyyədə yazılmışdır.

27-07-2022, 13:19
Geri