Gözəl İslam / Mükəmməl insan necə olur?

Mükəmməl insan necə olur?

Sual: Bir müsəlman olaraq insanlara qarşı necə davranmağımız lazımdır?

CAVAB

Hər kəs ətrafda və iş yerində müxtəlif xarakterdə insanlarla qarşılaşır. Bir müsəlman olaraq onlara qarşı hərəkətlərimizi bilməyimiz lazımdır. İmam Qəzali həzrətləri insanları dörd qismə ayırır:

Unutmamaq lazımdır ki, hər insanın qəlbindən Allahu təalaya gedən bir yol vardır. Bütün məsələ bu yoldan İslam nurunun insanlara çatdırılmasıdır. O nuru qəlbində hiss edən bir insan hansı qisimdən olursa olsun etdiyi pisliklərə peşman olar və doğru yolu tapar.

Əgər bütün insanlar İslam dinini qəbul etsələr, dünyada pislik, hiylə, döyüş, anarxiya və zülm qalmazdı. Bunun üçün tam və mükəmməl bir müsəlman olmağa səy göstərmək və Müsəlmanlığın əsasını və incəliklərini izah edərək və özümüz də yaşayaraq bütün dünyaya yaymaq hər kəsin boynuna düşən bir borcdur. Bunu etmək cihad olur.

Hansı dindən olursa olsun bütün insanlara dinimizin əmr etdiyi şəkildə daim şirin dil və anlayışla xitab etmək lazımdır. Müsəlman olmayanın üzünə qarşı, kafir, dinsiz deyərək onun qəlbini incitməyin günah olduğunu, belə deyənin cəzalandırılmasının lazım olduğu fiqh kitablarında yazılıdır. Məqsəd hər kəsə İslam dininin ucalığını anlatmaqdır. Bu cihad da ancaq şirin dillə, səbir, elm və imanla olur.

Bir kimsəni bir şeyə inandırmaq istəyənin əvvəl özünün ona inanması şərtdir. Mömin isə heç bir zaman səbrini itirməz və inandığını anlatmaqda çətinlik çəkməz. İslam dini qədər açıq və məntiqi heç bir din yoxdur. Bu dinin əsasını anlayan, hər kəsə bu dinin yeganə haqq din olduğunu  asanlıqla isbat edə bilər.

Kafir olmaq, yəni Müsəlman olmamaq hər zaman və hər yerdə pisdir. Çünki küfr insanı dünyada və axirətdə fəlakətə aparan zərərli bir inanış və pozğun bir yaşayışdır. Bununla birlikdə başqa dindən olan insanların hamısını pis əxlaqlı bir insan qəbul etməmək lazımdır. İçlərində yaxşılığa əlverişli şəxslər ola bilər.

Allahu təala İslam dinini insanların dünyada rahat və hüzur içində, qardaşcasına yaşamaları və axirətdə sonsuz əzablardan xilas olmaları üçün göndərmişdir. Kafirlər, yəni müsəlman olmayanlar bu səadət yolundan məhrum qalmış yazıq insanlardır. Onlara kədərlənmək və onları incitməmək lazımdır! Onları qeybət belə etmək haramdır. Onların şeytanın və ya Müsəlmanlıqdan xəbəri olmayanların aldatdıqları yazıq kəslərdir. Bunların çoxu Allahu təalanın razılığına qovuşmaq üçün səhv yola yönləndirilmiş insanlardır. Bizim bunlara səbir ilə, şirin dillə, ağıl və məntiq ilə doğru yolu göstərməyimiz lazımdır!

İslam dini irq, milliyyət, siyasi inanc, dil və təhsil səviyyəsi ayırmadan hər insanın şərəf və etibarına hörmət edər. Hər kəs eyni haqlara, eyni etibara sahibdir. Fərdin, müəyyən bir camaatın, hətta tək müsəlmanların deyil, bütün insanlığın, hür və mədəni bir həyat səviyyəsinə çatmasını əmr edər. Bu səbəblərdən ötəri də xaricilər arasında Müsəlmanlıq yayılır. Allahu təala Qurani-kərimdə bütün insanları doğru yolda olmağa dəvət edir. Doğru yola qovuşan insanın keçmişdəki bütün günahlarının əfv edəcəyini vəd buyurur.

14-03-2018, 14:01
Geri