Gözəl İslam / Kibr və ucb (özünü bəyənmək)

Kibr və ucb (özünü bəyənmək)

Sual:Kibrlə ucb bir-birinə çox bənzəyir. Birinin digərindən fərqi nədir?

CAVAB

            Kibr, özünü başqasından üstün görmək, ucb isə qüsurlarını görməyib, ibadət etdiyi üçün özünü və ibadətlərini bəyənmək, başqasından özünü üstün bilməkdir. Buna eqoizm deyilir. Heç kimin olmadığı yerdə insan ucba düşə bilər, fəqət kibrli ola bilməz. Çünki, insan kimsə olmasa da özünü və işini bəyənə bilər, fəqət kimsə olmadığı üçün, özünü böyük göstərə bilməz, kibrlənə bilməz. Ucb, etdiyi yaxşı işlər səbəbiylə özünü bəyənməkdir. Özünü bəyənən, başqalarından üstün görə bilər. Bu üstün görmə işi də, kibrdir. Yəni, ucbdan kibr doğular.

            Bir örnək: Bir qadın evində gözəl bir naxış işləsə, bir dülgər gözəl bir masa düzəltsə, bir rəssam gözəl bir rəsm çəksə, bunlardan birinin əsərinə baxıb bəyənməsi, necə də məharətliyəm, mənim kimi neçə adam var bu dünyada, deyə düşünməsi ucb olar. Əgər yanında başqaları da varsa, baxın bəndəniz (!) və ya ustadınız nələr edir, deyə böyüklənərək onlara sənətini göstərməsi kibr olar. Ucbu onu kibrə sövq etmiş olar.

            Kibrdən xilas olmaq üçün, təvazö sahibi olmağa, ucbdan xilas olmaq üçün də minnət əhli olmağa çalışmaq lazımdır! Deyək ki, bir şəxsin nitqi gözəldir. Bundan dolayı özünü bəyənər, yəni ucb edər. Minnət, nemətə öz əliylə deyil, Allahu təalanın lütfü ilə qovuşduğunu düşünməkdir. Nitq gözəlliyinin Cənabə-Haqqın bir lütfü olduğunu düşünən özünü bəyənməz. Hədisi-şərifdə buyuruldu ki:

            “Üç şey fəlakətə aparar: Xəsislik, nəfsə tabe olmaq, ucblu olmaq.”  [Beyhəqı]

            Bir adamın ucblu olub olmadığı bu əlamətlərdən bəlli olar. Ucblunun xüsusiyyətləri:

İnsanı kibrə salan ucbdur. Ucb isə elm, ibadət, dost-tanışlarının çoxluğu kimi səbəblərlə özünü bəyənməkdir. Bunların Allahu təalanın lütfu olduğunu bilən icba düşməz və bu səbəbdən kibrlənməz. İslam alimləri buyurur ki:

Ən pisiniz məsciddən çıxsın deyilsə, məndən əvvəl qapıya gedən olmaz. Ancaq daha sürətli qaçan olarsa onu bilmərəm. (Malik ibn Dinar)

Başçı olmağı, əmr verməyi sevən nicat olmaz. (Fudayl ibn İyad)

            Özündən daha pisin olduğunu zənn edən kibrlidir. (Bəyazidi-Bistami)

Bir mənqibə: Bəni İsraildən bir fasiqin pisliyini eşitməyən qalmamışdı. Soylu bir abid də ibadətiylə şöhrət tapmışdı. Pis adam bu abidin yanından keçərkən, “Gedim, bu abidin yanında oturum, bəlkə Allahu təala onun hörmətinə məni əfv edər” deyə düşündü. Gedib abidin yanında oturdu. Abid isə üzərində buludun kölgələndirdiyi bir şəxs olduğu üçün, üstünlüyü ilə kibrlənib, “Bu fasiq mənimlə nə üçün oturur?” deyərək oradan qalxdı. Fasiq də qalxıb getdi, fəqət abidin üzərindəki bulud fasiqlə birlikdə getdi. Allahu təala zamanın peyğəmbərinə, “Allah insanların niyyətlərinə görə rəftar edər. Fasiqin etdiklərini yaxşı niyyətindən ötəri əfv etdim. Abidin etdiklərini də kibri səbəbiylə yox etdim” deyə vəhy  etdi. Abidin imanlı fasiqi alçaq görməsi fəlakətinə səbəb oldu.

Özü ilə fəxr etmək

Sual: Dünya və axirət işlərini doğru edən, gözəl şeir yazan, namazı çox düzgün şəkildə qılan çox qabiliyyətli bir insanın etdiyi yaxşı işlərdən ötəri öz-özünə fəxr etməsi günahdır?

CAVAB

            Etdiyi ibadətləri, yaxşılıqları bəyənərək, bunlarla öyünməyə ucb deyilir. Ucb, pis işlərdəndir. Həzrəti Aişə anamıza, “İnsan nə vaxt pis əməl işləyər?” deyə sual edildi. Buyurdu ki: “Yaxşı əməl işlədiyini zənn etdiyi vaxt.”

            İbni Məsud həzrətləri də, “İnsanın həlakı ucb və ümidsizlikdəndir” buyurdu.

            Ucb edən, yəni özünü bəyənən, özünü ehtiyacsız hiss edib, ümitsiz olanlar kimi istəyində zəif olur. Bir abid vardı. Namazını düzgün qılar, bütün ibadətlərin bütün ədəblərinə riayət etməyə çalışardı. Gəncin biri, bu abidə heyran-heyran baxanda abid dedi ki:

            “Şeytan da uzun illər ibadət etdi. Fəqət, sonunu bilirsən. Mühüm olan sondur. İbadətlərimin qəbul olub olamdığını bilmirəm. Hamısı qəbul olsa, bir gözümün şükrü deyildir.”

            Ucb edən, özünü hər kəsdən üstün bilər, günahlarını xatırlamaz. İbadətinə şükr etməz. Şükrə ehtiyac olmadığını zənn edər. Allahu təalanın özünə ehsan etdiyi ibadət etmə nemətini özündən bilər, qabiliyyəti ilə öyünər. Elmi ilə ucb edər, yəni elmini bəyənər, kimsəyə bir şey soruşmaz, nəsihət dinləməz.

            Ucbun ziddinə Minnət deyilir. Minnət, nemətə öz əliylə, öz çalışmasıyla qovuşmadığını, Allahu təalanın lütfü və ehsanı olduğunu düşünməkdir. Belə düşünmək ucb təhlükəsi olduğu vaxt fərz olar. Allahu təala kimə elm, ibadətlərdə asanlıq və başqa nemətlər verdiysə, bunların əldən getməsindən qorxmaq lazımdır. 

            İnsanı ucba sürükləyən səbəblərin başında cəhalət və qəflət gəlir. Belə ucbdan xilas olmaq üçün hər şeyin Allahu təalanın diləməsi və yaratması ilə meydana gəldiyini, ağıl, elm, ibadət, mal, mövqe, gözəl yazmaq, gözəl danışmaq, keyfiyyətli iş etmək kimi nemətlərin Allahu təalanın lütfü və ehsanı olduqlarını düşünmək lazımdır. Bizə faydalı və dadlı gələn bütün nemətləri göndərən Allahu təaladır. Ondan başqa yaradıcı, göndərici yoxdur. Hədisi-şəriflərdə buyuruldu ki:

            “Günah işləməsəydiniz, bundan daha zərərli olan ucbdan qorxardım. [Haraiti]

            “Əgər mömin əməli səbəbiylə ucba düşməsəydi, günahlardan qorunardı və hətta ağlından belə keçirməzdi. Fəqət, günah onun üçün ucbdan xeyirlidir.” [Deyləmi]

            Günah işləyənin boynu bükük olar. Tövbə edə bilər. Ucb sahibi elmi ilə, əməli ilə məğrur olur. Eqoist olur. Tövbə etməsi çətin olur. Günah işləyənlərin üzüntüsü Allahu təalaya təsbeh çəkənlərin öyünməsindən yaxşı gəlir. Ucbun ən pisi səhvlərini, nəfsinin istəyini bəyənməkdir. Həmişə nəfsinə tabe olar, nəsihət qəbul etməz. Başqalarını cahil zənn edər. Halbuki özü çox cahildir. Bilmədiyini bilənə soruşmaz. Ucbun səbəbi cahillik xəstəliyi olduğuna görə, dərmanı da elm və mərifətdir. Elm, ibadət, təqva kimi saleh əməllərin Allahu təalanın bir lütfü və ehsanı olduğunu bilib şükr edən kimsə ucbdan xilas olar. Bir şəxsin ucb sahibi olub olmadığı bu əlamətlərindən bəlli olur. Ucblu şəxs kibrli olur. Günahlarını və Allahu təalanın əzabını unudar. Böyüklərdən istifadə edə bilməz, alimlərin söhbətindən məhrum qalar. Kimsəylə istişarə etməz, məsləhətləşməz.

            Kibrdən xilas olmaq üçün təvazökar olmağa, ucbdan xilas olmaq üçün də minnət əhli olmağa çalışmaq lazımdır! Deyək ki, bir kimsənin nitqi gözəldir. Bundan ötəri özünü bəyənir, yəni ucb edər. Minnət, nemətə öz əliylə deyil, Allahu təalanın lütfü ilə qovuşduğunu düşünməkdir. Nitq gözəlliyinin Cənabi-Haqqın lütfü olduğunu düşünən özünü bəyənməz.

Cənnətlik və ya Cəhənnəmlik bilmək

Sual: Bir Müsəlmanın özünü Cənnətlik, günahkarları da Cəhənnəmlik görməsi doğrudur?

CAVAB

            Günahkarları bəyənməmək, fəqət özünü günahkarlardan üstün də görməmək lazımdır. Özünü Cənnətlik, günahkarları Cəhənnəmlik bilməməsi lazımdır. Hətta kafir üçün də belə düşünməsi lazımdır. Kafir, bir Kəliməyi-şəhadət gətirərək Cənnətlik, özü bir söz söyləyərək Cəhənnəmlik ola bilər.

            İsrail oğullarından bir quldur qırx il günah işləyir. Bir gün Həzrəti İsanı həvarilərindən biri ilə görər. Etdiyi quldurluğa peşman olar. “Mən bunlara qatılım” deyərək arxalarına düşər. Həvarinin yanına yaxınlaşar, “Mənim kimi bir quldurun belə bir şəxsin yanına getməsi uyğun olmaz” deyə düşünər. Həvari də, “Bu yol kəsici haradan çıxdı? Mənimlə necə gəlir?” deyərək ondan uzaqlaşıb İsa əleyhissəlama yaxınlaşar. Allahu təala Həzrəti İsaya vəhy edər ki:

            “İkisinə də söylə!  İkisinin də keçmişini məhv etdim. Yenidən əmələ başlasınlar. Özünü bəyəndiyi üçün həvarinin ibadətini məhv etdim. Özünü alçaq gördüyü üçün də quldurun günahlarını əfv etdim.”

            Həzrəti İsa vəziyyəti hər ikisinə də bildirər və qulduru həvariləri arasına alar. (İ. Qəzali)

İbadətləri bəyənmək

Sual: Etdiyimiz ibadətləri bəyənməkdə zərər vardır?

CAVAB

            Bütün taətlərini, ibadətlərini qüsurlu bilmək, haqqıyla edə bilmədiyini düşünmək lazımdır! Əbu Muhamməd ibn Mənazil həzrətləri buyurdu ki:

            Allahu təala Əli İmran surəsinin 17-ci ayəsində səbr edənləri, sadiqləri, namaz qılanları, zəkat verənləri və səhər vaxtlarında istiğfar edənləri mədh buyurdu. Hamısından sonra istiğfar edənləri bildirməsi, insanın hər ibadətini qüsurlu görüb, daim istiğfar etməsi üçündür.

            Cəfər ibn Sinan həzrətləri də buyurdu ki:

            İbadət edənlərin özlərini bəyənmələri, fasiqlərin günahlarından daha pis və daha zərərlidir.

Kibr və ucb

Sual: Etdiyim işləri bəyənir, “Başqası belə gözəl edə bilməz” deyirəm. Başqalarını özümə güldürməmək üçün işimi düzgün etməyə çalışıram. Bunlar kibrdirmi, ucbdurmu?

CAVAB

            Başqalarını deyil, Allahın bizə nə deyəcəyini düşünməliyik. Hansı iş olarsa olsun, “Allahu təala bu iş üçün bizə nə deyər?” deyə düşünərək etmək lazımdır. Allah bizdən razı isə, bütün dünya bizə gülsə nə çıxar? Tərsinə, Allah razı deyilsə, dünya bizi əl üstündə tutsa nəyə yarayar?

            Kibr, özünü başqasından üstün göstərmək, ucb isə qüsurlarını görməyib, ibadət etdiyi üçün özünü və ibadətlərini bəyənmək, başqasından özünü üstün bilməkdir. Buna eqoizm deyilir. İki hədisi-şərif:

            “Ucb fəlakətə aparar.” [Beyhəqı]

            “Ucb sahibi lal və kar olaraq, kibrli isə qatrandan paltar geyərək həşr olar.” [Tibyan]

            Heç kimin olmadığı yerdə insan ucba düşə bilər, fəqət kibrli ola bilməz. Çünki insan kimsə olmasa da özünü və işini bəyənə bilər, fəqət kimsə olmadığı üçün özünü böyük göstərə bilməz, kibrlənə bilməz. Ucb, etdiyi yaxşı işlər səbəbiylə özünü bəyənməkdir. Özünü bəyənən başqalarından üstün görə bilər. Bu da kibrdir. Yəni ucbdan kibr doğular. Hədisi-şərifdə, “Zərrə qədər kibr sahibi Cənnətə girə bilməz” buyurulur . (Tabərani)

            O halda insanların nə deyəcəyini deyil, Allahın nə deyəcəyinə önəm vermək, kibrdən və ucbdan çox çəkinmək lazımdır.

14-03-2018, 13:57
Geri