Gözəl İslam / Müsəlmanların  haqları və vəzifələri

Müsəlmanların  haqları və vəzifələri

Sual: Bir müsəlmanın digər müsəlman üzərindəki haqları nələrdir?

CAVAB

Müsəlman, digər müsəlman qardaşını ən az özü qədər düşünər. Özünə edilməsini uyğun görmədiyi şeylərin başqalarına da edilməməsini istəyər. Hədisi-şərifdə buyuruldu ki:

“Özü üçün sevdiyini, din qardaşı üçün sevməyən kamil mömin ola bilməz.” [Buxari]

Müsəlman, başqalarına gözəl öyüd verər. Hədisi-şərifdə buyuruldu ki:

“Siz, din qardaşınızın güzgüsüsünüz. Onda gördüyünüz ləkəni silin!” [Əbu Davud]

Müsəlman, hər kəsin könlünü xoş etməyə, kədərini aradan qaldırmağa çalışar.

Hədisi-şəriflərdə buyuruldu ki:

“Bir mömini sevindirəni, Allahu təala qiyamət günü sevindirər.” [İbni Mübarək]

“Bir insanın kədər və sıxıntısını aradan qaldıranı və ya bir məzluma kömək edəni, Allahu təala yetmiş üç dəfə məğfirət edər.” [Haraiti]

“Allah qatında ən məqbul əməl, bir mömini sevindirmək, kədərini aradan qaldırmaq, borcunu ödəmək və ya qarnını doyurmaqdır.” [Beyhəqı]

Müsəlman, başdan ayağa faydalı kimsə deməkdir. O halda, digər müsəlmanlara əlindən gələn köməyi etmək lazımdır! Hədisi-şəriflərdə buyuruldu ki:

“Bu iki şeydən daha pisi yoxdur: Allaha şirk qoşmaq və Onun qullarına zərərli olmaq. Bu iki xislətdən də daha üstünü yoxdur: Allaha iman etmək və Onun qullarına faydalı olmaq.”  [Deyləmi]

“Din qardaşının işini bir müddət təqib edən kimsə, o işi görsün və ya görə bilməsin, iki aylıq itikafdan daha çox savab alar.” [Hakim]

Peyğəmbər əfəndimiz, “Məzlum da, zalım da olsa din qardaşınıza kömək edin” buyuranda, “Ya Rəsulallah zalıma necə kömək edək?”dedilər. Cavabında buyurdu ki:

“Onun zülmünə mane olmaqla kömək etmiş olarsınız.” [Buxari]

Bir kimsə, müsəlmanlara hər gün dua edərsə məqbul insan olar. Namaz qılan mömin təhıyyatda saleh qullara dua edir. Onun üçün namaz qılmayan möminləri bu duadan məhrum buraxır.

Asqıranda Əlhamdülillah demək, bunu eşidən müsəlmanın da, Yərhamükəllah yəni “Allah sənə rəhmət etsin” deməsi lazımdır! Üçüncü biri varsa Yəhdinə və yəhdikümullah  deməsi lazımdır! Üçüncü bir kimsə yoxsa, asqıranın cavab olaraq eyni şeyi söyləməsi lazımdır! Hədisi-şərifdə buyuruldu ki:

“Asqıranda “Əlhəmdülillah” deyən göz ağrısı görməz.” [Tabərani]

İnsanların haqlı işlərində vasitə olmaq, onlara kömək etmək, imkan nisbətində ehtiyaclarını görmək  lazımdır. Hədisi-şəriflərdə buyuruldu ki:

“İnsanlardan mənə gəlib ehtiyac tələbində olanlar olur. O anda yanımda olanların onlara kömək etməsi lazımdır ki, əcr qazansınlar. Allahu təala, sevdiyi şeyi peyğəmbərlərin əli ilə verər.” [Mülsim]

“Ehtiyacları üçün mənə gələnlərə, siz də kömək edin! Mən etməyi murad etdiyim şeyləri, sizlərin vasitə olub, əcr qazanmağınız üçün bir az gecikdirərəm.” [Nəsai]

“Dil ilə edilən köməkdən daha fəzilətli bir sədəqə ola bilməz. Vasitəçi olmaq sayəsində qan davası önlənər, mənfəət təmin edilər və zərərin qarşısı alınmış olar.” [Haraiti]

Müsəlmanlara ediləcək yaxşılıqların ən böyüklərindən biri də salam verməkdir.

Hədisi-şərifdə buyuruldu ki:

“Allahu təalaya and içirəm ki, mömin olmadıqca Cənnətə girə bilməzsiniz. Bir-birinizi sevmədikcə də mömin ola bilməzsiniz. Sizə bir əməl bildirim, onunla bir-birinizi sevərsiniz: Aranızda salamı yayın!” [Müslim]

“Dəstəmaza davam et və gözəl dəstəmaz al ki, ömrün uzansın. Qarşılaşdığın hər kəsə salam ver ki, həsənətin çoxalsın! Evinə girəndə, ev xalqına salam ver ki, evin yaxşılığı və bərəkəti artsın!” [Haraiti]

Salam vermək sünnət, almaq fərzdir. Salam almayan müsəlmana mələklər çox təəccüb edər. Hədisi-şərifdə buyuruldu ki:

“Salam verib müsafəha edən iki müsəlmanın arasına yüz rəhmət enər. Bunun doxsanı əvvəl salam verib əlini uzadana, onu isə o birinə verilər.” [Bəzzar]

Bir kimsə salamsız, icazəsiz girəndə, Rəsuli-əkrəm əfəndimiz buyurdu ki:

“Qayıt, salam ver, sonra içəri gir.” [Əbu Davud]

Müsəlmanın vəzifələri

Sual: Müsəlmanın neçə növ vəzifəsi vardır?

CAVAB

Üç növ vəzifəsi vardır:

1- Şəxsi vəzifə:

Hər müsəlman, özünü yaxşı yetişdirməsi, səhhətli, ədəbli, yaxşı xasiyyətli olması, ibadətlərini yerinə yetirməsi, elm və gözəl əxlaq öyrənməsi, halal qazanmaq üçün çalışması, şəxsi vəzifəsidir.

2- Ailə içindəki vəzifəsi:

Həyat yoldaşına, ana-atasına, uşaqlarına, qardaşlarına olan haqlarını yerinə yetirməsi ailə içindəki vəzifələrindəndir.

3- Cəmiyyətdəki vəzifəsi:

Qonşularına,  müəllimlərinə, tələbələrinə, ailəsinə, əmrində olanlara, hökumətə və dövlətə, bütün vətəndaşlara, dini və milləti başqa olanlara qarşı vəzifələridir.

Hər kəsə yaxşılıq etməsi, əli ilə, dili ilə kimsəni incitməməsi, kimsəyə zərər verməməsi, xəyanət etməməsi, hər kəsə faydalı olması, dövlətə, qanunlara qarşı üsyan etməməsi, hər kəsin haqqını ödəməsi cəmiyyətdəki vəzifələrindəndir.

14-03-2018, 13:51
Geri