Gözəl İslam / Təvazö göstərməyə çalışmaq

Təvazö göstərməyə çalışmaq

Sual: Təvazö sahibi olmaqla təvazö göstərmək eynidir?

CAVAB

    Təvazö göstərməklə, təvazö sahibi olmaq çox fərqlidir. Təvazö sahibi təriflənmiş, təvazö göstərməyə çalışan isə tənqid edilmişdir. Cüneydi Bağdadi həzrətləri, “Təvazö göstərməyə çalışmaq da təkəbbürdür. Çünki özündə bir varlıq hiss edən təvazö göstərməyə çalışar. Gerçək təvazökar özündə bir varlıq hiss etməz ki, təvazö göstərməyə çalışsın. Onun təvazökarlığı təbiidir, süni deyildir” buyurur. Bəzisi də, “Bu günahkar, bu kasıb” deyərək özünün təvazökar olduğunu göstərməyə çalışır. Bir günahını söyləyəndə dərhal hirslənər. O vaxt sözündə süni olduğu aydın olar. Din böyükləri də “bu kasıb” deyə istifadə edərlər. Fəqət, bunlar belə sözlərində səmimidir.

Bu kasıb nə demək?

Sual: Danışarkən, “Bu kasıb, bu aciz, bəndəniz” kimi ifadələrdən istifadə etmək təvazö sahibi olmaqdan irəli gəlir?

CAVAB

      Təvazö göstərməklə, təvazö sahibi olmaq fərqlidir. Təvazö sahibi olmaq yaxşıdır, təvazö göstərməyə çalışmaq isə pisdir.

    Kasıb, möhtac deməkdir. Peyğəmbər əfəndimizin Allahu təaladan istədiyi və öyündüyü kasıblıq, hər vaxt, hər işdə Allahu təalaya möhtac olduğunu bilməkdir. Abdullah Dəhləvi həzrətləri, “Təsəvvüfdə kasıb, muradı olmayan, yəni Allahu təalanın razılığından başqa diləyi olmayan deməkdir”  buyurur. (Dürr-ül-məarid)

     Təsəvvüfdə kasıb, nəfəqəsi olmayan da, səbir və qənaət edər. Allahu təalanın feilindən və iradəsindən razı olar. Dinimiz əmr etdiyi üçün ruzi qazanmağa çalışır. Çalışarkən ibadətlərini tərk etməz və haram işləməz. Qazanarkən də, qazandığını sərf edərkən də, İslamiyyətə tabe olar. Belə kimsəyə zənginlik də, yoxsulluq da faydalı olar. Dünya və axirət səadətinə qovuşmasına səbəb olar. Fəqət, nəfsinə uyaraq, səbir və qənaət etməyən kimsə, Allahu təalanın qəza və təqdirinə razı olmaz. Yoxsul olanda, az deyə etiraz edər. Zəngin olarsa doymaz, daha istəyər. Qazandığını haramlara sərf edər. Zənginliyi də, yoxsulluğu da, dünyada və axirətdə fəlakətinə səbəb olar.(İslam Əxlaqı)

    “Bu kasıb” deyə bilmək üçün yüksək dərəcəyə çatmaq lazımdır. Yoxsa süni olar, qüsuru ortaya çıxar, işin əhli bizə gülər. Təvazö göstərəcəyik deyərkən kibrli olduğumuz meydana çıxar.

      “Bu günahkar, bu aciz, bu kasıb, bəndəniz” kimi ifadələrlə təvazö göstərən, səmimi söyləyirsə çox yaxşıdır, fəqət, bunlar indiki vaxtda ümumiyyətlə təvazö göstərmək üçün süni olaraq deyilir. Bəndə, kölə deməkdir. Kölə, əmr edilən işləri heç düşünmədən edər. Belə təvazökar olan kimsənin, bəndəniz [köləniz] deməsi çox gözəl olar. Əgər əmr edilən işi etməsi çətin gəlirsə, bunu söz olsun deyə söylədiyi, süni, hətta kibr əlaməti olduğu aydın olar, çünki Cüneydi Bağdadi həzrətləri, “Təvazö göstərməyə çalışmaq da kibrdir, çünki özündə bir varlıq hiss edən təvazö göstərməyə çalışar. Gerçək təvazökar, özündə bir varlıq hiss etməz ki, təvazö göstərməyə çalışsın. Onada təvazö təbiidir, süni deyildir.” buyurur.

Kibrdəndir çox təvazö göstərmək,

Bu günahkar deyə özünü tənqid etmək!

Mən və ya biz demək

Sual: Mən deyə danışmaq uyğundur?

CAVAB

    Ümumiyyətlə, mən demək kibrdən qaynaqlanır. Məsələn, bu işi mən etdim, bunu ancaq mən edərəm kimi. Özündə bir varlıq hiss edərək, mən mənasında biz demək daha pisdir. Məsələn, biz adamın ciyərini çıxardarıq, demək kimi. Bu halda mən və biz kəlimələrindən heç istifadə etməmək deyil, yerli yerində istifadə etmək önəmlidir.

14-03-2018, 13:49
Geri